Previous Next
Bağla

SABAH.angels üzvləri Azərbaycan startapına 500 min manat investisiya yatırıb

29-10-2026 14:58
SABAH.angels üzvləri Azərbaycan startapına 500 min manat investisiya yatırıb

SABAH Mələk İnvestorlar Klubunun (SABAH.angels) üzvləri azərbaycanlı təsisçilərin yaratdığı “Clopos Inc.” şirkətinə ümumilikdə 500 min manat investisiya yatırıb. İnvestisiya prosesi klubun baş icraçı direktoru Alya Abbaszadənin rəhbərliyi ilə təşkil olunub. Bu, klubun ümumilikdə beşinci investisiyası, eyni zamanda, klubun ilk yerli startap investisiyasıdır.

Xeberler.az bildirir ki, bu barədə İnvestorlar Klubundan məlumat verilib.

2023-cü ildə yaradılmış SABAH.angels erkən mərhələli texnologiya şirkətlərini mələk investorlarla bir araya gətirən investisiya klubudur. Klubun fəaliyyəti investor şəbəkəsinin inkişafını, startapların qiymətləndirilməsini, investisiya imkanlarının üzvlərə təqdim olunmasını və investisiya proseslərinin təşkilini əhatə edir. Məqsəd inkişaf potensialı olan şirkətlərin kapitala çıxışını və investorların bu şirkətlərdə iştirakını genişləndirməkdir.

SABAH.angels hazırda 180-dən çox aktiv mələk investoru birləşdirir. Onlardan 69-u investisiya proseslərində müntəzəm iştirak edir. Müxtəlif sahələrdə təcrübəsi olan investorları bir araya gətirən klub ABŞ, Azərbaycan, Türkiyə, Gürcüstan, Mərkəzi Asiya, Yaxın Şərq və Şimali Afrikada yüksək inkişaf potensialına malik erkən mərhələli startaplara diqqət yetirir.

Kluba təqdim olunan layihələr maliyyə, investisiya, mühəndislik, informasiya texnologiyaları və digər sahələrdə təcrübəsi olan 11 klub üzvündən ibarət Seçim Komitəsi tərəfindən qiymətləndirilir. Təhlil zamanı biznes modeli, bazar potensialı, məhsulun rəqabət üstünlükləri, komandanın icra qabiliyyəti və miqyaslanma imkanları nəzərə alınır. Qiymətləndirmə həm layihənin kommersiya perspektivlərini, həm də komandanın inkişaf planlarını həyata keçirmək imkanlarını əhatə edir. Seçilmiş layihələr investisiya üçün klub üzvlərinə təqdim olunur.

“Clopos Inc.” şirkətinə yatırılan sərmayə yerli kapitalın Azərbaycan təsisçilərinin yaratdığı və beynəlxalq bazarlarda fəaliyyət göstərən texnologiya şirkətinə yönəldilməsi baxımından əhəmiyyət daşıyır. Bu investisiya klubun yerli startapları investorlarla əlaqələndirmək istiqamətində fəaliyyətinin nəticələrindən biridir.

2018-ci ildə yaradılmış “Clopos Inc.” restoran, kafe və digər iaşə müəssisələri üçün bulud əsaslı POS və idarəetmə həlləri təqdim edir. Platforma satış, ödəniş, anbar, maliyyə və gündəlik əməliyyatların vahid sistemdən idarə olunmasına imkan yaradır. Hazırda 13-dən çox ölkədə 4500-dən artıq aktiv müştəriyə xidmət göstərən şirkətin baş ofisi Nyu-Yorkda, tədqiqat və inkişaf mərkəzi isə Bakıda yerləşir.

Azərbaycanda texnologiya sahibkarlığının inkişafı üçün maliyyələşmə ilə yanaşı, elm, təhsil və biznes imkanlarını birləşdirən mühit də əhəmiyyətlidir. Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkının bazasında yaradılmış SABAH.city innovasiya şəhərciyi startapları, texnologiya şirkətlərini, universitetləri, tədqiqatçıları və investorları bir araya gətirir. Şəhərcik startapların inkişafı, tədqiqatların kommersiyalaşdırılması və elm ilə biznes arasında əməkdaşlığın genişləndirilməsi üçün imkanlar yaradır. Ekosistem daxilində inkubasiya və akselerasiya proqramları, mentorluq və tərəfdaş şəbəkəsinə çıxış vasitəsilə sahibkarlara ideyadan biznesin böyüməsinədək müxtəlif mərhələlərdə dəstək göstərilir.

Baş icraçı direktor Alya Abbaszadənin rəhbərlik etdiyi SABAH.angels qarşıdakı dövrdə də yüksək inkişaf potensialına malik yerli və regional startapları investorlarla əlaqələndirməyi, yerli investorların erkən mərhələli investisiyalarda iştirakını genişləndirməyi və Azərbaycanın regional innovasiya ekosistemində mövqeyinin gücləndirilməsinə töhfə verməyi hədəfləyir.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Clopos startapı INMerge Ventures-dən yeni investisiya alıb

Clopos startapı INMerge Ventures-dən yeni investisiya alıb

24-04-2026
 Startaplar üçün 50 min dollaradək investisiya şansı

Startaplar üçün 50 min dollaradək investisiya şansı

24-06-2023
Azercell və “Mələk İnvestorlar Məktəbi” startap və investorları bir araya gətirir

Azercell və “Mələk İnvestorlar Məktəbi” startap və investorları bir araya gətirir

01-11-2025
Azərbaycanlı mələk investorlar qlobal startaplara yatırımlar edəcəklər

Azərbaycanlı mələk investorlar qlobal startaplara yatırımlar edəcəklər

25-01-2024
 Azərbaycanda Vençur Kapital Fondu yaradılır

Azərbaycanda Vençur Kapital Fondu yaradılır

14-06-2022
Clopos beynəlxalq bazarda 43 faiz böyüyüb

Clopos beynəlxalq bazarda 43 faiz böyüyüb

15-08-2025
İKT sahəsində İnvestorlar Klubu yaradılıb

İKT sahəsində İnvestorlar Klubu yaradılıb

01-10-2018
"Sabah city" texnoparkı yaradılacaq

"Sabah city" texnoparkı yaradılacaq

27-06-2024
Ekspert: Ekosistemdə investisiya yönümlü qurumun yaradılması olduqca əhəmiyyətlidir

Ekspert: Ekosistemdə investisiya yönümlü qurumun yaradılması olduqca əhəmiyyətlidir

14-06-2022
“Investment Readiness” adlı “bootcamp” keçirilir

“Investment Readiness” adlı “bootcamp” keçirilir

14-08-2025
Azərbaycanda ikinci vençur fondunun yaradılması üçün şərtlər açıqlanıb

Azərbaycanda ikinci vençur fondunun yaradılması üçün şərtlər açıqlanıb

09-10-2023
Yerli startaplar xarici “mələk investor”larla görüşə biləcək

Yerli startaplar xarici “mələk investor”larla görüşə biləcək

16-02-2023
Azercell-in tərəfdaşlığı ilə “Mələk İnvestorlar Məktəbi” layihəsi baş tutdu

Azercell-in tərəfdaşlığı ilə “Mələk İnvestorlar Məktəbi” layihəsi baş tutdu

14-11-2025
“Baku ID” festivalında startaplar 2 milyon dollardan artıq investisiya əldə etdilər!

“Baku ID” festivalında startaplar 2 milyon dollardan artıq investisiya əldə etdilər!

02-07-2024
Azərbaycanda yeni investisiya alətləri yaradılacaq

Azərbaycanda yeni investisiya alətləri yaradılacaq

26-10-2023
YTP ilə İsrail şirkəti arasında anlaşma memorandumu imzalanıb

YTP ilə İsrail şirkəti arasında anlaşma memorandumu imzalanıb

19-11-2025
Türk Dövlətləri Startap və İnnovasiya Əməkdaşlıq Platforması yaradılacaq

Türk Dövlətləri Startap və İnnovasiya Əməkdaşlıq Platforması yaradılacaq

24-10-2025
İRİA “Microsoft for Startups Investor Network” beynəlxalq proqramına qoşulub

İRİA “Microsoft for Startups Investor Network” beynəlxalq proqramına qoşulub

29-06-2026
Avropanın innovasiya platforması "Tenity" Azərbaycana gəlir

Avropanın innovasiya platforması "Tenity" Azərbaycana gəlir

17-10-2025
Ölkəmizin startap ekosistemi üçün daha bir əhəmiyyətli addım

Ölkəmizin startap ekosistemi üçün daha bir əhəmiyyətli addım

16-02-2023
Azərbaycanda Mələk İnvestorlar Məktəbi fəaliyyətə başlayıb

Azərbaycanda Mələk İnvestorlar Məktəbi fəaliyyətə başlayıb

09-10-2023
İnvestorlar üçün real startap fürsətləri

İnvestorlar üçün real startap fürsətləri

20-02-2021
Prezident “SABAH.city” innovasiya şəhərciyinin açılışında iştirak edib

Prezident “SABAH.city” innovasiya şəhərciyinin açılışında iştirak edib

14-09-2026
“Bakcell”dən Azərbaycanın innovasiya ekosisteminə dəstək

“Bakcell”dən Azərbaycanın innovasiya ekosisteminə dəstək

08-07-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə