Previous Next
Bağla

BDU ilə COMSTECH arasında əməkdaşlıq əlaqələri qurulur

17-03-2025 15:22
BDU ilə COMSTECH arasında əməkdaşlıq əlaqələri qurulur

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayevin Pakistana səfəri çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Elmi və Texnoloji Əməkdaşlıq üzrə Daimi Komitəsinin (COMSTECH) Baş Koordinatoru Məhəmməd İqbal Çoudhari ilə rəsmi görüş keçirilib.

Xeberler.az məlumat verir ki, görüş zamanı BDU-nun COMSTECH-lə əməkdaşlıq imkanları, elmi-tədqiqat fəaliyyətlərinin gücləndirilməsi, üzvlük və birgə proqramların həyata keçirilməsi məsələləri ətraflı müzakirə edilib.

Müzakirələrin nəticəsi olaraq, Bakı Dövlət Universiteti ilə COMSTECH arasında anlaşma memorandumu imzalanıb. Bu mühüm sənəd iki qurum arasında elm və texnologiya sahəsində əməkdaşlığı daha da möhkəmləndirmək, birgə tədqiqat layihələrinin icrasını təşviq etmək və BDU-nun beynəlxalq elmi proqramlardan faydalanmasını təmin etmək məqsədi daşıyır. Memorandumun imzalanma mərasimində Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov iştirak edib. Səfir Xəzər Fərhadov bu əməkdaşlığın Azərbaycan və Pakistan arasında elmi əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verəcəyini vurğulayıb.

BDU üçün bu əməkdaşlıq böyük perspektivlər açır. Universitet COMSTECH-in elmi qrant və təqaüdlərindən faydalanmaq, müxtəlif sahələrdə ortaq elmi-tədqiqat işlərinə qoşulmaq imkanı əldə edir. Bu, xüsusilə fundamental və tətbiqi elmlər sahəsində yeni layihələrin reallaşdırılmasına, doktorant və tədqiqatçıların beynəlxalq təcrübə proqramlarında iştirakına şərait yaradacaq.

Cari ilin iyun ayında Bakıda İƏT-in Elm və Texnologiya üzrə Daimi Komitəsinin (COMSTECH) İcraiyyə Komitəsinin 29-cu iclası keçiriləcək. Bu tədbir İƏT üzv dövlətlərinin elm və təhsil sahəsində əməkdaşlığının dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bakı Dövlət Universiteti bu toplantıda aktiv iştirak edərək elmi-tədqiqat sahəsindəki nailiyyətlərini təqdim edəcək, eyni zamanda, üzv ölkələrin ali təhsil müəssisələri ilə əməkdaşlıq imkanlarını genişləndirmək istiqamətində müzakirələr aparacaq.

Qeyd edək ki, COMSTECH 1981-ci ilin yanvarında Səudiyyə Ərəbistanının Məkkə şəhərində keçirilən İƏT-in üçüncü İslam Zirvə toplantısında yaradılıb. Təşkilatın əsas məqsədi İƏT-ə üzv dövlətlər arasında elm və texnologiya sahəsində əməkdaşlığın genişləndirilməsinə, elmi potensialın artırılmasına və innovativ layihələrin dəstəklənməsinə töhfə verməkdir. COMSTECH-in sədri Pakistanın Prezidenti, həmsədri isə Baş naziridir. Təşkilat elmi biliklərin inkişafına yönəlmiş müxtəlif təqaüd, qrant və layihələr həyata keçirir və üzv ölkələrin alimlərini dəstəkləyir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

BDU-da ICESCO-nun elm və texnologiya müşaviri ilə görüş olub

25-04-2025

Pakistanda COMSTECH-in təşkilatçılığı ilə təlim kursları keçiriləcək

23-02-2009

BDU ilə Malayziya İnnovasiya Universiteti memorandum imzalayıb

05-11-2025

“Women in STEM” beynəlxalq vebinarında Azərbaycan da təmsil edilib

10-09-2020

BDU ilə Özbəkistan Universiteti arasında anlaşma memorandumu imzalanıb

19-02-2025

XRİTDX beynəlxalq seminarda iştirak edib

19-12-2024

BDU-da “Elsevier” ilə əməkdaşlıq imkanları müzakirə olunub

13-08-2025

BDU-da “Elsevier”in nümayəndəsi ilə görüş keçirilib

21-08-2025

Nümayəndə heyətimiz texnologiya üzrə I sammitdə iştirak edib

15-09-2017

BDU və “Codelandia” arasında əməkdaşlıq memorandumu imzalanıb

07-03-2025

Bakı Ali Neft Məktəbində Süni intellekt elmi-tədqiqat laboratoriyası fəaliyyətə başlayıb

28-03-2024

Elm və təhsilin inteqrasiyasına dair Memorandum imzalanıb

25-01-2024

Beynəlxalq Kosmik Hava Təşəbbüsü üzrə proqramın rəhbər heyətinin illik yığıncağı keçirilib

07-02-2025

BDU-nun rektoru “Huawei” şirkətinin nümayəndələri ilə görüşüb

03-03-2025

"Elmi-tədqiqat üzrə fəaliyyətin birgə həyata keçirilməsinə dair əməkdaşlıq memorandumu" imzalanıb

27-04-2023

Texnologiya Universiteti Xəzəryanı universitetlərin Baş Assambleyasında təmsil olunub

21-10-2025

“Azərkosmos” kosmik təhsil sahəsində yeni əməkdaşlığa imza atıb

25-04-2025

Azərbaycan Türkiyə ilə elm və texnologiya sahəsində saziş imzaladı

01-06-2015

Süni intellekt etikası üzrə beynəlxalq tədbir keçiriləcək

13-08-2025

Azercell-dən ADNSU tələbələrinə əməkdaşlıq imkanı

05-04-2016

“Rəqəmsal əsrdə universitet kitabxanaları” adlı seminar keçirilib

12-06-2025

BDU ilə “Huawei” arasında əməkdaşlıq memorandumu imzalanıb

30-09-2025

BDU-da Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi açılıb

25-06-2022

BDU Pakistanın Süni İntellekt və Kibertəhlükəsizlik Mərkəzi ilə əməkdaşlığa başlayır

28-11-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə