“Samsung” istifadəçiləri üçün təhlükə: Fərdi məlumatlarınız ələ keçə bilər

24-05-2023 / 13:44

“Samsung” cihazlarında ciddi boşluq (CVE-2023-21492) aşkarlanıb.

Elektron Təhlükəsizlik Xidmətindən Xeberler.az-a bildirilib ki, “Android” 11, 12 və 13 versiyalarında çalışan “Samsung” cihazlarının nüvəsindəki boşluq kiberdələduzun “ASLR”dan yan keçməsinə imkan verir.

Boşluğun istismarı kiberdələduzun cihazda mövcud fərdi məlumatları ələ keçirməsinə, zərərli proqram təminatı quraşdırmasına və cihazı uzaqdan idarə etməsinə səbəb ola bilər.

Təhlükəsizlik üçün istifadəçilərə “Android” əməliyyat sisteminin ən son təhlükəsizlik yeniləmələrini etmək tövsiyə olunur.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə