Previous Next
Bağla

“Sənaye 4.0 Hazırlıq Proqramı” çərçivəsində ilk “bootcamp” keçirilib

24-07-2025 18:12
“Sənaye 4.0 Hazırlıq Proqramı” çərçivəsində ilk “bootcamp” keçirilib

Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi tərəfindən şirkətlər üçün texnoloji transformasiyaya dair ilk qısamüddətli, intensiv təlim (“bootcamp”) təşkil edilib. 

Xeberler.az bildirir ki, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi tərəfindən həyata keçirilən “Sənaye 4.0 Hazırlıq Proqramı” (S4HP) çərçivəsində ilk texnoloji transformasiya “bootcamp”ı (qısamüddətli, intensiv təlim) keçirilib. “Bootcamp” S4HP-nin bu sahədə ilk təşəbbüsüdür. Proqramın məqsədi yerli şirkətlərin texnoloji transformasiyasını sürətləndirmək və innovasiyaların tətbiqi ilə onların fəaliyyətində səmərəliliyi artırmaqdır. 

Tədbirdə S4HP-nin pilot mərhələsində iştirak edən “STP Global Cable”, “Metak” və “Azerfloat” şirkətlərinin texnoloji transformasiya üzrə məsul şəxsləri və mütəxəssisləri iştirak ediblər.

Tədbirin açılışında 4SİM-in icraçı direktorunun müavini Soltan Bayramov proqramın son mərhələsinə keçmiş iştirakçılara uğurlar arzulayıb. Sənayedə tətbiq olunan son rəqəmsal texnologiyalar barədə praktiki biliklərin aşılanmasında “bootcamp”ın önəmi qeyd olunub. 

Beynəlxalq ekspert Cem Arslan robotlar, sensorlar və fiziki avtomatlaşdırma texnologiyaları haqqında məlumat verib, bu yöndə müzakirə aparılıb. 

Tədbirdə proseslərin rəqəmsallaşdırılması və proqram təminatları ilə avtomatlaşdırma mövzusunda təqdimatlar keçirilib. İştirakçılar verilənlərin təhlili və süni intellektin sənaye proseslərində tətbiqi barədə məlumatlandırılıblar.

Yerli müəssisələr “industry4.az” portalı vasitəsilə S4HP proqramına müraciət edə bilərlər. 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Sənaye 4.0 Hazırlıq” Proqramı texnoloji transformasiyaya dəstək verir

11-08-2025

“Sənaye 4.0 Hazırlıq” çərçivəsində yerli müəssisələrlə görüş keçirilib

15-10-2025

“Sənaye 4.0 Hazırlıq” çərçivəsində növbəti şirkətlə danışıqlar aparılıb

21-10-2025

“Sənaye 4.0 Hazırlıq Proqramı”na müraciət üçün portal istifadəyə verilib

17-07-2025

“Sənaye 4.0 Hazırlıq” Proqramına müraciət edən müəssisələrin qiymətləndirilməsinə başlanılıb

25-09-2025

“Sənaye 4.0 Hazırlıq” çərçivəsində “Təcrübə mübadiləsi sessiyası” keçirilib

28-11-2025

4SİM Dünya İqtisadi Forumunun regional tədbirində iştirak edib

31-10-2025

4SİM Pekində keçirilən beynəlxalq forumda təmsil olunub

21-07-2025

“Sənaye 4.0 Hazırlıq” çərçivəsində müəssisələr qiymətləndirilir

14-11-2025

Bu il 15 müəssisə “Sənaye 4.0 Hazırlıq” proqramına qoşulub

21-11-2025

4SİM “Regional Universitet-Sənaye Birliyi Sammiti”ndə təmsil olunub

27-10-2025

“Investment Readiness” adlı “bootcamp” keçirilir

14-08-2025

4SİM 15 müəssisəyə transformasiya üzrə yol xəritəsi təqdim edib

05-02-2026

Özbəkistan nümayəndə heyəti 4SİM-də olub

19-09-2024

4SIM 2030-cu ilədək 650 müəssisənin rəqəmsal transformasiyasını həyata keçirməyi planlaşdırır

05-03-2025

"DEFAGE Bootcamp" intensiv inkişaf proqramına start verilir

12-04-2025

Azercell-in “DataMinds Bootcamp” proqramı uğurla yekunlaşıb

23-09-2025

Dördüncü Sənaye İnqilabı texnologiyaları üzrə İşçi Qrupun 1-ci iclası keçirilib

08-02-2022

Azərbaycanda 4.0 Sənaye Mərkəzi yaradılacaq

05-03-2025

Xankəndidə “Bootcamp” keçirilib

10-10-2025

4SİM DİF-in platformasında Azərbaycanın “NextGen” modelini təqdim edib

01-05-2026

Azercell gənclər üçün “DataMinds Bootcamp” proqramına start verib

23-07-2025

Azərbaycanlı tələbə beynəlxalq “IT bootcamp” proqramına seçilib

23-02-2026

Azərbaycanda 4Sİ texnologiyalarının tətbiqi müzakirə edilib

13-07-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə