AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC Bakıda keçirilən WUF13 – Ümumdünya Şəhərsalma Forumu çərçivəsində AZCON Holding-in stendində təşkil olunan infosessiyada Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini təqdim edib.
“Aztelekom” MMC-nin Müştəri dəyərinin idarə edilməsi və biznes analitikası şöbəsinin müdiri Orxan Əlipaşayev “İnklüziv şəhər inkişafı üçün rəqəmsal təməlin qurulması” mövzusunda çıxış edərək ölkədə genişmiqyaslı Qiqabit tutumlu passiv optik şəbəkə (GPON) əsaslı fiber-optik infrastrukturun qurulması, regionlarda rəqəmsal inklüzivliyin genişləndirilməsi və universal bağlantının sosial-iqtisadi inkişafa təsiri barədə ətraflı məlumat verib.
Təqdimatda qeyd olunub ki, “Onlayn Azərbaycan” layihəsi çərçivəsində son illərdə ölkədə fiber-optik internetin əhatə dairəsi təxminən 13 dəfə artaraq 100%-dək yüksəlib. Bundan əlavə, layihə çərçivəsində 2025-ci ilədək ölkə üzrə təxminən 3 milyon ev təsərrüfatı və biznes subyekti fiber-optik şəbəkə ilə əhatə olunub.
Bununla yanaşı, “Aztelekom” MMC-nin nümayəndəsi qeyd edib ki, görülən işlərin nəticəsində ölkədə genişzolaqlı internetdən istifadə səviyyəsi 44%-dən təxminən 95%-ə yüksəlib, internet sürətlərində isə beş dəfədən artıq artım müşahidə edilib. Çıxış zamanı bu transformasiyanın şəhərlə regionlar arasında rəqəmsal fərqin azaldılması, elektron dövlət xidmətlərinə çıxışın genişləndirilməsi, məsafədən iş imkanlarının artması və rəqəmsal sahibkarlığın inkişafına verdiyi töhfələr xüsusi vurğulanıb.
Təqdimatda, həmçinin fiber-optik infrastrukturun “ağıllı” şəhər həlləri, 5G texnologiyaları, “bulud” xidmətləri, “İoT” sistemləri və dayanıqlı rəqəmsal şəhər modelləri üçün əsas baza rolunu oynadığı bildirilib.
Qeyd edək ki, Bakıda keçirilən WUF13 BMT-nin İnsan Məskunlaşmaları Proqramı tərəfindən təşkil olunan və urbanizasiya, dayanıqlı şəhər inkişafı və gələcəyin şəhər modelləri üzrə dünyanın ən nüfuzlu beynəlxalq platformalarından biri hesab edilir.
“Aztelekom”un forum çərçivəsində etdiyi təqdimat Azərbaycanın rəqəmsal infrastruktur sahəsində əldə etdiyi nəticələrin beynəlxalq auditoriyaya çatdırılması baxımından əhəmiyyətli olub.
































Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları