Previous Next
Bağla

Azercell-in “DataMinds Bootcamp” proqramı uğurla yekunlaşıb

23-09-2025 14:40
Azercell-in “DataMinds Bootcamp” proqramı uğurla yekunlaşıb

Azercell-in “Amazon Web Services”in (AWS) texnoloji dəstəyi ilə həyata keçirdiyi “DataMinds Bootcamp” proqramı uğurla başa çatıb. Yeddi həftə davam edən intensiv tədris marafonu çərçivəsində 31 tələbə data və süni intellekt sahələrində praktiki bilik və bacarıqlar qazanaraq məzun olub.

Proqram məlumatların toplanması və təhlili, böyük həcmli datanın idarə edilməsi, süni intellektin tətbiqi sahələrini əhatə edib. Azercell-in Data və Süni İntellekt üzrə ekspertlərinin təlimlərində tələbələr DataOps, MLOps və Generativ AI üzrə interaktiv məşğələlərdə iştirak edib, əldə etdikləri bilikləri real layihələrdə tətbiq ediblər. Final mərhələsində keçirilən müsahibə hazırlığı və peşəkar inkişaf bloku isə onların komanda işi, problem həll etmə və layihə idarəetmə bacarıqlarını daha da gücləndirib.

Məzunları təbrik edən Azercell-in Data Analitikası və Süni İntellekt departamentinin direktoru Sabir Mərdanov və Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin
(AZCON) Rəqəmsal Transformasiya departamentinin direktoru Orxan Quliyev datanın idarəetmə və qərarvermədə artan rolunu vurğulayaraq proqramın rəqəmsal ixtisaslaşmaya və kadr potensialının güclənməsinə verdiyi töhfəni qeyd ediblər.

Tədbirdə məzunların proqram müddətində qazandıqları nailiyyətlər qeyd olunub, onlara rəsmi sertifikatlar təqdim edilib. Proqramı fərqlənmə ilə tamamlayan 11 tələbə Azercell-də işə qəbul və təcrübə imkanı qazanıb. Onların sırasında Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Mühəndislik Universiteti, Nyu-York Universiteti, ADA Universiteti, Fransız-Azərbaycan Universiteti (UFAZ) və Bakı Ali Neft Məktəbində təhsil alan gənclər yer alır.

Azercell “DataMinds Bootcamp” kimi təşəbbüslərlə Azərbaycanda təhsil, innovasiya və rəqəmsal inkişaf ekosistemini dəstəkləməyə davam edir. Şirkət gənc istedadların müasir texnologiyalar üzrə bacarıqlar qazanmasına şərait yaratmaqla ölkənin rəqəmsal transformasiya prosesinə, innovasiya mühitinin gücləndirilməsinə və peşəkar kadrların yetişdirilməsinə mühüm töhfə verir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azercell-in “DataMinds” bootcamp proqramına qeydiyyat davam edir

20-06-2025

Azercell gənclər üçün “DataMinds Bootcamp” proqramına start verib

23-07-2025

Azercell gənclər üçün “DataMinds” bootcamp layihəsinə start verir

14-06-2025

“Azercell” “Tələbə Təqaüdü Proqramı”nın qaliblərini təbrik edib

06-04-2026

Azercell “CyberCell Hackathon”a start verir

18-10-2025

"İnnovasiya və Süni İntellekt" proqramı üzrə 25 gənc təqaüd qazanıb

25-05-2026

Azercell gənclərin işlə təmin olunmasına yardımçı olur

19-12-2018

Azərbaycanlı tələbə beynəlxalq “IT bootcamp” proqramına seçilib

23-02-2026

30 tələbə Azercell-də təcrübə keçmək imkanı qazanıb

20-07-2016

Rəqəmsal bacarıqlar üzrə beynəlxalq təhsil proqramına start verilib

16-02-2026

Azercell daha 25 tələbəyə təqaüd verəcək

09-01-2018

Azercell və ADA Universiteti “İdeya İnkubasiyası Proqramı”nın növbəti etapına start verir

25-01-2025

“Azercell”in “Barama” layihəsindəki staj proqramı başa çatıb

29-10-2010

Azercell “Tələbə Təqaüdü Proqramı 2026”nı elan edir

03-02-2026

Azercell tələbələrlə görüşüb

14-10-2017

Azercell-in “İdeya İnkubasiyası Proqramı” çərçivəsində ADA tələbələri innovativ ideyalarının inkişafı üzərində işə başlayır!

11-09-2023

“Dəstəklə və Yenilə: Rəqəmsal dövrün çağırışları və imkanları ətrafında müzakirə”

06-05-2023

Daha 27 tələbə Azercell-dən təqaüd alacaq

09-01-2017

"Azercell" Tələbə Təqaüdü və Təcrübə Proqramının iştirakçıları uğurlarını bölüşür

16-04-2021

Azercell tələbələr üçün yeni imkanlar açır

17-03-2022

“Azercell” tələbələri sevindirdi

27-12-2010

Azercell daha bir bilik yarışmasına dəstək oldu

10-12-2015

Azercell Təqaüd və Təcrübə Proqramının qaliblərini təbrik edib

05-03-2022

Tələbələrin Yay Təcrübə Proqramı başa çatdı-Foto

05-09-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə