“Biletim.az” portalı ilə “Birbank” arasında əməkdaşlıq çərçivəsində sərnişinlər üçün yeni ödəniş imkanları yaradılıb.
Xeberler.az məlumat verir ki, yeniliklərə əsasən, sərnişinlər “BirPay” vasitəsilə ödəniş edə, topladıqları “Bir Bonus”lardan bilet alışında istifadə edə biləcəklər. Həmçinin ödənilmiş biletlər geri qaytarıldıqda, ödəniş məbləği dərhal sərnişinlərin hesabına köçürüləcək. Əməkdaşlıq çərçivəsində komissiya xərclərinin azaldılması isə bilet alışına görə ödənilən ümumi məbləğin daha aşağı olmasına imkan yaradacaq.
Qeyd edək ki, “biletim.az” portalı vasitəsilə 62 məntəqəyə 98 istiqamət üzrə bilet almaq mümkündür. Sistemə 378 reys üzrə 426 nəqliyyat vasitəsi qoşulub. Onlayn bilet satışı sistemi mərhələli şəkildə sərnişindaşıma sahəsində xidmət göstərən bütün daşıyıcıları və avtovağzalları əhatə edəcək.
Vətəndaşlara mənzil başına daha rahat və təhlükəsiz çatmaq üçün biletləri onlayn qaydada “Biletim.az” portalı vasitəsilə əldə etmələri tövsiyə olunur.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları