Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC-nin yaratdığı SİMA yeni nəsil rəqəmsal imzanın tərəfdaş çevrəsi genişlənməkdə davam edir. “SİMA İmza” vasitəsilə xidmətlərini rəqəmsallaşdıran növbəti qurumlar “E-Legal”, “Profmart” və “Qarabug” platformaları olub.
Fiziki və korporativ hüquqi xidmətlər göstərən “E-Legal” şirkəti SİMA rəqəmsal imza ilə müştərilərin platformada onlayn imzalama xidmətini rəqəmsallaşdırıb. İstifadəçilər platformada müxtəlif növ hüquqi xidmətləri “SİMA İmza” ilə əldə edə bilərlər.
“Profmart” platformasında isə fiziki şəxslər və korporativ xidmət göstərmək istəyən hüquqi şəxslərin öz aralarında müqavilələrin onlayn imzalanmasını “SİMA İmza” ilə həyata keçirməsi mümkündür. Xidmətlərin sırasına vergi və mühasibat uçotu, maliyyə, hüquq, mediasiya, İT və digər xidmətlər daxildir.
“Qarabug” platformasında isə kibertəhlükəsizlik sahəsində monitorinqlər və tədqiqatlar aparan sahə adamları platformaya giriş üçün “SİMA İmza”dan istifadə edə bilərlər. Platformadan etik hakerlər və qurumların istifadəsi mümkündür.
SİMA ilə vətəndaşların xidmət mərkəzlərindən asılılığına son qoyulur, qurumların iş yükü və xərcləri azalır. “SİMA İmza”nın istənilən sistemə inteqrasiya oluna bilməsi istifadəçilərə sürətli və istənilən sayda imzalama imkanı qazandırır. SİMA yeni nəsil rəqəmsal imza ilə bağlı ətraflı məlumatı sima.az saytından və “157” Zəng mərkəzi ilə əlaqə saxlayaraq əldə etmək olar.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri