Previous Next
Bağla

“SİMA” Vergi portalının fərdi sahibkar xidmətlərinə inteqrasiya edilib

13-05-2025 10:15
“SİMA” Vergi portalının fərdi sahibkar xidmətlərinə inteqrasiya edilib

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON Holdinq) tərkibində fəaliyyət göstərən “AzInTelecom” MMC tərəfindən yaradılmış SİMA yeni nəsil rəqəmsal imzanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) İnternet Vergi İdarəsində (new.e-taxes.gov.az) təqdim edilən 80-dən çox elektron xidmətə inteqrasiyası tamamlanıb.

Xeberler.az bildirir ki, İnteqrasiya nəticəsində artıq fərdi sahibkarlar new.e-taxes.gov.az portalında elektron qaimə göndərə, sadələşdirilmiş, gəlir, əmlak və s. kimi bir çox vergi bəyannamələrini SİMA rəqəmsal imza ilə rahatlıqla təqdim edə bilərlər. Bundan başqa, sahibkarlar üçün POS-terminalların qeydiyyatı və qeydiyyatdan çıxarılması da artıq “SİMA İmza” ilə mümkündür. Yeni inteqrasiyaların tamamlanması ilə artıq fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan hər kəs il ərzində üç aydan bir təkrarlanan vergi hesabatlarını da SİMA yeni nəsil rəqəmsal imza ilə həyata keçirə bilərlər.

Diqqətə çatdıraq ki, hazırda fərdi sahibkarlar üçün “SİMA İmza” tətbiqində güzəşt kampaniyası nəzərdə tutulub. 13 iyuna qədər davam edəcək kampaniya çərçivəsində sahibkarlar “6AYPULSUZ” promokodu ilə 6 ay müddətində tətbiqdən abunə haqqı ödəmədən istifadə edə biləcəklər. Kampaniya həm new.e-taxes.gov.az, həm də digər bütün elektron portallar üçün keçərlidir.

Qeyd edək ki, “SİMA İmza”nın Vergi portalına inteqrasiya prosesi 2023-cü ildə başlayıb. Portalda olan digər xidmətlərə də “SİMA İmza”nın inteqrasiya prosesi davam edir.

SİMA yeni nəsil rəqəmsal imza ilə maliyyə xərcləri azalır, vaxt itkisi aradan qalxır. “SİMA İmza”nın istənilən sistemə inteqrasiya oluna bilməsi, eləcə də avtomatlaşdırma funksiyası istifadəçilərə sürətli və istənilən sayda imzalama imkanı qazandırır. Rəqəmsal xidmətlərə əlçatanlığı artıran “SİMA İmza” ölkəmizdə biznes proseslərini sürətləndirir. SİMA rəqəmsal imza əldə etmək üçün hər hansı xidmət məntəqəsinə getməyə və ya fiziki daşıyıcıya ehtiyac yoxdur. Olduğunuz yerdən “SİMA İmza” tətbiqini smartfona yükləyib bir dəfə qeydiyyatdan keçmək kifayətdir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Vergi bəyannamələrini “SİMA İmza” ilə ödənişsiz təqdim et!

03-07-2025

Vahid vergi bəyannaməsinin “SİMA İmza” ilə verilməsi mümkün oldu

08-10-2025

“SİMA İmza”nın yüklənilmə sayı 5 milyonu ötüb

16-09-2025

“AccessBank” “SİMA İmza” ilə öz xidmətlərini rəqəmsallaşdırıb

20-12-2024

“SİMA İmza” ilə daha 30-dək elektron vergi xidməti əlçatan olub

18-11-2025

“SİMA İmza” - vergi ödəyiciləri üçün ən sərfəlisi

23-04-2026

“SİMA İmza” ilə banka getmədən ATB-dən kart sifariş et!

05-04-2024

“SİMA İmza”da FİN kod və seriya nömrəsi ilə qeydiyyat mümkün oldu

14-02-2024

“SİMA İmza” daha 3 platformaya inteqrasiya edilib

15-01-2025

“SİMA İmza”nın tərəfdaş sayı 100-ə çatıb

30-12-2025

“SİMA İmza” “Xalq” bankın internet bankçılıq sisteminə inteqrasiya edilib

17-12-2024

“Smart Customs” tətbiqinə “SİMA İmza” ilə daxil ol!

22-01-2024

“SİMA İmza” “Dostbank” mobil tətbiqinə inteqrasiya edilib

10-04-2025

“SİMA İmza” və “Yelo Bank”dan yenilik

25-04-2025

Azərbaycanda qanuni yaşayan əcnəbilər “SİMA İmza” əldə edə biləcək

11-12-2023

“SİMA İmza” ilə MİDA-nın “Güzəştli mənzil” sistemindən ev əldə et!

17-11-2023

SIMA “Portmanat” elektron pulqabına inteqrasiya olundu

14-03-2024

SİMA və “Yelo Bank”dan yeni rəqəmsal imkanlar

15-08-2025

“SİMA İmza” ilə “Expressbank”da depozit yerləşdirilməsi rəqəmsallaşdı

22-01-2026

“SİMA İmza” ilə “Həyatın yaşam sığortası”nı məsafədən əldə etmək mümkün oldu

03-02-2024

“SİMA İmza”nı yükləyənlərin sayı 2 milyonu ötdü

13-09-2024

Daha 5 qurum “SİMA İmza”nın tərəfdaşı olub

23-05-2025

“SİMA İmza” ilə insan resursları üzrə əməliyyatlar rəqəmsallaşıb

07-03-2024

“SİMA İmza” ilə elektron səhiyyə xidmətləri daha əlçatan oldu

21-06-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə