Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC-nin yaratdığı SİMA yeni nəsil rəqəmsal imza tərəfdaş şəbəkəsini genişləndirməyə davam edir. “SİMA İmza” vasitəsilə xidmətlərini rəqəmsallaşdıran növbəti təşkilat “GL” ASC-ə məxsus “Sizin Lombard” MMC olub.
Tez, etibarlı və rahat kreditə ehtiyacı olan vətəndaşlar qızıl girovu ilə müvafiq filiala yaxınlaşaraq, kredit təsdiqləndikdən sonra “SİMA İmza” ilə şəxsiyyətlərini təsdiq edib kredit müqaviləsini asanlıqla imzalaya bilərlər. Proses zamanı vətəndaşın üz təsviri ilə kimliyi müəyyən edilir. Müqavilə imzalandıqdan sonra vəsait müştərinin “Sizin Lombard” tərəfindən təqdim edilən plastik kartına köçürülür.
“SİMA İmza” üzərindən kredit müqaviləsinin biometrik texnologiya vasitəsilə təsdiqlənməsi dələduzların vətəndaşların adından kredit götürməsinin qarşısını alır. Eyni zamanda SİMA rəqəmsal imza sayəsində vaxt və xərclərə qənaət olunur, qurumların iş yükü və xərcləri azalır.
SİMA yeni nəsil rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı www.sima.az saytından və “157” Zəng mərkəzi ilə əlaqə saxlayaraq əldə etmək mümkündür.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri