Previous Next
Bağla

SİMA-nın növbəti tərəfdaşı “Kredit Evi” QSC oldu

08-08-2022 10:08
SİMA-nın növbəti tərəfdaşı “Kredit Evi” QSC oldu

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC tərəfindən yaradılan SİMA – bulud əsaslı yeni nəsil rəqəmsal imzanın tərəfdaş qurumların sistemlərinə inteqrasiya prosesi davam edir.

Xeberler.az bildirir ki, inteqrasiya prosesinə əsasən “Kredit Evi” QSC SİMA üzrə növbəti tərəfdaş oldu. Bundan sonra “Kredit Evi” QSC-nin müştəriləri yeni nəsil rəqəmsal imzanın imkanlarından yararlanaraq “Lombard Krediti” məhsulundan faydalana bilərlər. Belə ki, qızıl girovu olan müştərilər yenidən kredit əldə etmək üçün “Kredit Evi” QSC-nin mobil tətbiqi üzərindən müraciət edib və müsbət cavab aldıqdan sonra sənədlərin imzalanmasını SİMA vasitəsilə məsafədən və daha operativ həyata keçirə bilərlər. “Kredit Evi” QSC ilə bağlı daha ətraflı məlumat almaq istəyən vətəndaşlar *2200 Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərlər.

Yeni nəsil rəqəmsal imzadan istifadə edərək maliyyə təşkilatları ilə yanaşı, digər sahələr üzrə də elektron xidmətlərdən yararlanmaq mümkündür. Bunlara rəqəmsal dövlət, bank, sığorta, mobil operatorlar, elektronika, məişət, TV və internet provayderlər, bir sözlə, imza tətbiq olunan bütün sahələr daxildir.

Yeni nəsil rəqəmsal imzanın həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün bir sıra üstünlükləri var. Maliyyə xərclərinin azaldılması və vaxt itkisinin qarşısının alınması isə hər iki seqment üzrə xüsusi üstünlüklər yaradır. Bundan əlavə, SİMA-nın istənilən sistemə inteqrasiya oluna bilməsi, eləcə də avtomatlaşdırılma istifadəçilər üçün sürətli və istənilən sayda imzalama imkanı da qazandırır.

Mobil tətbiqlə işləyən imzanı əldə etmək üçün SİMA tətbiqini mobil cihaza yükləmək və bir dəfə qeydiyyatdan keçmək kifayətdir. Rəqəmsal xidmətlərə əlçatanlığı artıran imzanın ölkəmizdə biznes proseslərini sürətləndirəcəyi gözlənilir.

SİMA rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı şirkətin rəsmi saytından və “157” Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

SİMA ilə həyat sığortası məhsullarını əldə etmək imkanı yaradıldı

15-08-2022

SİMA ilə sığorta məhsullarını əldə etmək imkanı yaradıldı  

24-05-2022

“PAŞA Həyat” SİMA ilə əməkdaşlığa başladı

29-08-2022

SİMA üzrə yeni tərəfdaş “Yelo Bank” oldu

18-05-2022

SİMA-nın ilk BOKT tərəfdaşı “AzKredit” oldu

02-08-2022

SİMA-nın ilk tərəfdaşı “PAŞA Bank” oldu

11-04-2022

SİMA ilə “E-gov” sisteminə giriş daha əlçatan oldu

18-07-2022

SİMA ilə “TuranBank”da əmanət yerləşdirmək daha əlçatan oldu

05-05-2022

SİMA ilə “Etik İmza”da bütün sənədləri dərhal imzalamaq mümkün oldu

22-08-2022

SİMA-nın 60-dan çox qurumla inteqrasiya prosesi aparılır

06-10-2022

SİMA Elm və Təhsil Nazirliyinin sisteminə inteqrasiya edildi

06-06-2023

Artıq “Azercell” abunəçiləri internetsiz SİMA-dan istifadə edə biləcəklər

09-08-2023

SİMA vasitəsilə iş yerlərindən arayışların alınması daha rahat oldu

14-06-2022

ərlər Siyasət İqtisadiyyat Cə SİMA ilə yeni bank hesablarının açılması sadələşdi

15-08-2023

SİMA-ya yeni funksionallıq əlavə edildi

20-10-2022

SİMA elektron gömrük xidmətlərini daha əlçatan etdi

23-06-2022

“SİMA İmza” ilə MİDA-nın “Güzəştli mənzil” sistemindən ev əldə et!

17-11-2023

“AccessBank” “SİMA İmza” ilə öz xidmətlərini rəqəmsallaşdırıb

20-12-2024

“SİMA İmza” ilə banka getmədən kredit əldə etmək mümkündür

28-11-2023

“Sizin Lombard”da kreditini “SİMA İmza” ilə rəsmiləşdir!

25-10-2024

Cərimələr və etibarnamələrlə bağlı məlumatlar daha əlçatan oldu

21-06-2022

“SİMA İmza” “Dostbank” mobil tətbiqinə inteqrasiya edilib

10-04-2025

“SİMA İmza” “Xalq” bankın internet bankçılıq sisteminə inteqrasiya edilib

17-12-2024

“SİMA İmza” ilə banka getmədən ATB-dən kart sifariş et!

05-04-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə