Previous Next
Bağla

SİMA-ya yeni funksionallıq əlavə edildi

20-10-2022 20:10
SİMA-ya yeni funksionallıq əlavə edildi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin yaratdığı SİMA mobil tətbiqinə yeni nəsil rəqəmsal imza ilə imzalanmış sənədlərin yoxlanması funksiyası əlavə edilib.

Xeberler.az məlumat verir ki, yeni funksiya vətəndaşlara SİMA mobil tətbiqi vasitəsilə sənədin imza müəllifləri, imzalanma tarixi və məzmununda hər hansı təhrif barədə məlumat əldə etmək imkanı yaradır.

Vurğulayaq ki, hazırda 12-si dövlət qurumu olmaqla, 60-dan çox müəssisə SİMA yeni nəsil rəqəmsal imzanın xidmətlərindən yararlanmaq məqsədilə inteqrasiya həyata keçirir.

İndiyədək isə maliyyə sahəsində fəaliyyət göstərən “PAŞA Bank”, “Turanbank”, “Yelo Bank”, “Azkredit” BOKT, “Kredit Evi” QSC öz xidmətlərinin daha əlçatan olması və müştərilər tərəfindən çevik əldə edilməsi üçün inteqrasiyanı yekunlaşdırıb. Bundan əlavə, SİMA ilə FİNDOC platformasına (www.findoc.az) daxil olan vətəndaşlar özlərinin kredit skorları, tarixçələri və hesabatı əldə edə bilərlər.

Həmçinin sığorta şirkətləri olan “PAŞA Həyat”, “Bakı Sığorta”, “Qala Sığorta” və “Qala Həyat”ın məhsullarından SİMA vasitəsilə faydalanmaq olar.

Eyni zamanda, vətəndaşlar SİMA ilə “ASAN Login”ə daxil olmaqla 80 portal və sistemə vahid məkandan giriş-çıxış imkanı əldə ediblər. “Azərişıq” ASC-nin “Əhali abonentinin enerji təchizatı şəbəkəsinə qoşulması” xidmətinə müraciət edərkən sənədləri SİMA ilə daha rahat imzalaya bilərlər.

SİMA rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı rəqəmsal imzanın rəsmi saytından və “157” Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

SİMA-nın 60-dan çox qurumla inteqrasiya prosesi aparılır

06-10-2022

“PAŞA Həyat” SİMA ilə əməkdaşlığa başladı

29-08-2022

SİMA ilə həyat sığortası məhsullarını əldə etmək imkanı yaradıldı

15-08-2022

SİMA ilə sığorta məhsullarını əldə etmək imkanı yaradıldı  

24-05-2022

SİMA üzrə yeni tərəfdaş “Yelo Bank” oldu

18-05-2022

SİMA ilə “E-gov” sisteminə giriş daha əlçatan oldu

18-07-2022

SİMA-nın növbəti tərəfdaşı “Kredit Evi” QSC oldu

08-08-2022

SİMA ilə “TuranBank”da əmanət yerləşdirmək daha əlçatan oldu

05-05-2022

“AccessBank” “SİMA İmza” ilə öz xidmətlərini rəqəmsallaşdırıb

20-12-2024

SİMA-nın ilk tərəfdaşı “PAŞA Bank” oldu

11-04-2022

“Sizin Lombard”da kreditini “SİMA İmza” ilə rəsmiləşdir!

25-10-2024

SİMA-nın ilk BOKT tərəfdaşı “AzKredit” oldu

02-08-2022

Ipoteka krediti və kirayə mənzilləri “SİMA İmza” ilə də əldə etmək olacaq

05-02-2026

“mygov”da bütün sənədləri “SİMA İmza” ilə əldə etmək mümkündür!

23-09-2024

“SİMA İmza” “Dostbank” mobil tətbiqinə inteqrasiya edilib

10-04-2025

SİMA vasitəsilə iş yerlərindən arayışların alınması daha rahat oldu

14-06-2022

“SİMA İmza” və “Yelo Bank”dan yenilik

25-04-2025

“PAŞA Bank” onlayn bank platformasını daha da əlçatan edib

06-12-2023

“SİMA İmza” ilə “Həyatın yaşam sığortası”nı məsafədən əldə etmək mümkün oldu

03-02-2024

“SİMA İmza” “Xalq” bankın internet bankçılıq sisteminə inteqrasiya edilib

17-12-2024

“SİMA İmza” ilə banka getmədən ATB-dən kart sifariş et!

05-04-2024

“SİMA İmza” ilə “Expressbank”da depozit yerləşdirilməsi rəqəmsallaşdı

22-01-2026

“SİMA İmza” daha 3 platformaya inteqrasiya edilib

15-01-2025

SİMA ilə “Etik İmza”da bütün sənədləri dərhal imzalamaq mümkün oldu

22-08-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə