“Azərbaycanda seçkilə bağlı proseslər günün tələblərinə uyğundur. Keçirilən seçkiləri dünyanın inkişafı etmiş ölkələrində keçirilən seçkilərlə müqayisə etmək olar”.
Xeberler.az Report-a istinadən bildirir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.
Məzahir Pənahov qeyd edib ki, dünyanın bütün ölkələrində seçkilərin keçirilməsinda qüsurlar olur: “Azərbaycanda Seçki Məcəlləsi beynəlxalq standartalara uyğun hazırlanıb. Azərbaycanda keçirilən seçkilərə bir sıra beynəlxalq qurumlar tərəfindən müsbət rəy verilib. Keçirilən seçkiləri dünya ölkələrindən olan müşahidəçilər izləyirlər. Amma nədənsə bu prosesi görmək istəməyənlər də meydana çıxır”.
O bildirib ki, seçki məntəqələrində veb-kamerlar quruşdırılıb, bu addım şəffaflığı təmin etmək üçün edilib: “Azərbaycanda siyasi mövqe ortaya qoyan güc olsaydı, onlar çalışardılar, nəticəyə təsir etsinlər. Sosial şəbəkələrdə yayılan və dəqiq ünvanı göstərilməyən videoları, bunun hansı məntəqələrdə baş verdiyini araşdıra bilmədik. Çünki ünvan yoxdur. Bu, o deməkdir ki, kimlərsə başqa maraqlar güdürlər. Elə video görüntülər vardı ki, orada heç dairənin adı da göstərilmirdi".
Məzahir Pənahov qeyd edib ki, Azərbaycan ictimaiyyəti ölkənin gələcəyinə biganə deyil.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri