Previous Next
Bağla

Nazir seçkilərdə quraşdırılan Veb-kameraların fəaliyyəti ilə tanış olub

30-09-2013 09:33
Nazir seçkilərdə quraşdırılan Veb-kameraların fəaliyyəti ilə tanış olub
Bu gün Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov və Mərkəzi Seçki Komissiyasının ( MSK) sədri Məzahir Pənahov MSK-da yaradılan Veb-kameralara texniki nəzarət mərkəzinin fəaliyyəti ilə tanış olublar.
 
Xəbərlər-in verdiyi məlumata görə, onlara nəzarət mərkəzi haqqında ətraflı məlumat verilib.
 
Bildirilib ki, hər seçki ilində seçki proseslərində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi daha da genişləndirilib. Belə ki,  1998-ci ildə prezident seçkilərində bir sıra məntəqələr rabitə ilə təmin edilib, 2003-cü ilin prezident seçkilərində isə əksər məntəqələrə telefon xətləri çəkilib, telefon xətləri çəkilməyən məntəqələrdəki məlumatlar mobil telefon vasitəsilə ötürülüb.
 
2008-ci ildə isə bütün seçki məntəqələri telefonlaşdırılıb. Bununla yanaşı, internet üzərindən görüntülü müşahidə aparmaq üçün 500 veb-kamera quraşdırılıb. Builki prezident seçkiləri üçün isə 125 dairənin hamısına optik kabel çəkilib və  keyfiyyətli görüntü əldə edilib. Üstəlik, veb-kameraların sayı 500-dən 1000-ə qədər artırılıb.
 
Qeyd edilib ki, sözügedən kameralar tam yeni  texnologiya əsasında işləyir və onların hamısı həmişəlik olaraq məntəqələrdə qalacaq. Bundan başqa, bildirilib ki, hər bir insan, eləcə də maraqlı təşkilatlar Azərbaycanda keçirilən prezident seçkilərini izləmək üçün Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsinə (www.msk.gov.az) daxil ola bilər. Həmçinin, seçki prosesini "Elektron hökumət" portalı (e-gov.az) vasitəsilə də izləmək mümkündür.
 
Seçki günü saytların tam fəaliyyətini təmin etmək və hər hansı bir haker hücumlarından mühafizə edilməsi üçün tədbirlər həyata keçirilib.
 
Əlavə edilib ki, dairə və məntəqələrin internetlə tam təmin olunması və hər hansı bir problemin ortaya çıxmaması üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi oktyabrın 1-dən 13-nə kimi gücləndirilmiş iş rejimində işləyəcək.
 
Bununla yanaşı, TV və radionun əhəmiyyətli rolu nəzərə alınaraq RİTN tərəfindən xüsusi rejim yaradılıb. Poçt sistemi isə seçki gününün qeyri-iş günü olmasına baxmayaraq nəticələr elan olunana qədər fəaliyyətdə olacaq. Çünki ola bilər ki, hansısa məntəqənin nəticələrinin poçt vasitəsilə göndərilməsinə ehtiyac duyulsun.
 
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov qeyd edib ki, "Ölkədə informasiya kommunikasiya texnologiyaların  inkişafına dair Tədbirlər Planı"na uyğun olaraq, MSK-da da müasir İKT sisteminin tətbiqi genişləndirilib. Səsvermə günü seçki məntəqələrində prosesə nəzarət etmək üçün quraşdırılmış veb-kameralara nəzarət sistemi müasir texnologiyalarla təmin edilib və tam hazır vəziyyətdədir.
 
Nazir bildirib ki, məntəqələrə quraşdırılan kameraların köməkliyi ilə seçki prosesi həm qeyd edilərək saxlanılacaq, həm də onlayn formada yayımlanacaq: «İKT-nin geniş istifadəsi seçkilərin şəffaflığını bir daha göstərir. Azərbaycanda seçki prosesi dünyanın inkişaf etmiş ölkələrinin səviyyəsində həyata keçirilir».
MSK sədri Məzahir Pənahov  deyib ki, seçki prosesində İKT-nin geniş tətbiqi istiqamətində RİTN lazımi dəstəyi göstərib.
 
 
Xeberler.az
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

MSK-da veb-kameralara texniki nəzarət mərkəzinə baxış keçirilib

31-01-2024

Məzahir Pənahov və Əli Abbasov bir arada

04-11-2010

Rabitə naziri veb-kameralara texniki baxış mərkəzində olub

05-11-2010

MSK-da veb-kameralara texniki nəzarət mərkəzinə baxış keçirilib

05-02-2020

Nazir veb-kameralara texniki nəzarət mərkəzində olub

28-03-2018

“Veb-kamera”ların Texniki Nəzarət Mərkəzinə baxış keçirilib

13-03-2009

Hər kəs seçki prosesini onlayn izləyə biləcək

22-09-2016

1000 məntəqədə veb-kamera quraşdırılacaq

15-02-2018

“Veb-kamera”lar sınaqdan keçirilib

31-10-2010

“1000 məntəqədə videokamera quraşdırılıb”

22-10-2015

Veb-kameralar seçkidə şəffaflığı təmin edəcək

09-10-2015

Məzahir Pənahov: Seçkilərlə əlaqədar MSK-nın rəsmi internet səhifələrinə 3 milyona yaxın baxış olub

16-09-2024

MSK sədri: Min məntəqədə veb-kameralar quraşdırılacaq

11-01-2025

Seçki sisteminin mövcud rəqəmsal durumu ölkənin real rəqəmsal infrastrukturuna adekvat deyil

01-02-2024

Seçiklərlə bağlı veb-kameraların sayı niyə artırılmır?

28-03-2018

Mərkəzi Seçki Komissiyasında mətbuat konfransı keçirilib

01-09-2024

Seçki məntəqələrində veb-kameraların quraşdırılması işləri başa çatıb

21-10-2015

MSK-nın sədri: İstənilən ölkədə nümayəndəsi MSK-nın saytına daxil olaraq seçkiləri müşahidə edə bilər

01-09-2024

MSK-nın seçicilərə göstərdiyi xidmətlərin bir qrupu elektronlaşdırılaraq “Elektron hökumət” portalına inteqrasiya edilib

04-09-2013

Prezident seçkilərini internet vasitəsilə bütün dünya izləyə biləcək

22-09-2008

Parlament seçkilərini internet üzərindən 200 minə yaxın insan izləyib

19-11-2015

Seçki məntəqələrində texniki işlərə başlanılıb

05-08-2015

Səsvermənin gedişini onlayn izləmək olar

01-11-2015

Seçkilər internetdən izlənəcək

21-08-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə