Previous Next
Bağla

Mərkəzi Seçki Komissiyasında mətbuat konfransı keçirilib

01-09-2024 09:38
Mərkəzi Seçki Komissiyasında mətbuat konfransı keçirilib

Sentyabrın 1-də ölkəmizin bütün suveren ərazisində VII çağırış Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər keçirilir. Mərkəzi Seçki Komissiyasında (MSK) növbədənkənar seçkilərin keçirilməsi ilə əlaqədar mətbuat konfransı təşkil olunub.

Xeberler.az məlumat verir ki, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə çıxış edən MSK-nın sədri Məzahir Pənahov bütün seçki məntəqələrinin səsvermə üçün tam hazır vəziyyətə gətirildiyini bildirib. Qeyd edib ki, seçkilər elan olunduqdan sonra MSK tərəfindən bütün lazımi tədbirlər görülüb. MSK və dairə seçki komissiyaları bütün addımları Seçki Məcəlləsinin tələblərinə uyğun atıb.

Sədr bildirib ki, seçkilər Azərbaycanda böyük hadisəyə çevrilib. Parlament seçkiləri ilk dəfə ölkəmizin bütün suveren ərazisində keçiriləcək.

Məzahir Pənahov deyib ki, parlament seçkiləri 125 seçki dairəsi üzrə 6478 məntəqədə keçirilir. Seçkilərlə əlaqədar yaradılan 125 dairənin 10-nun məcburi köçkün dairələri olduğunu vurğulayan MSK sədri əlavə edib ki, Milli Məclisə seçkilərdə 397 min 862 məcburi köçkün 574 məntəqədə səs verə biləcək. Hazırda azad olunmuş ərazilərdə 54 seçki məntəqəsi fəaliyyət göstərir.

Şəffaflığın təmin olunması məqsədilə 6478 məntəqənin minində veb-kameralar quraşdırılıb.

Məntəqələrə 6 milyon 516 min 567 seçki bülleteni paylanılıb.

Sədr qeyd edib ki, 6 milyon 421 min 960 vətəndaş bu gün keçirilən parlament seçkilərində səsvermə hüququndan istifadə edə biləcək.

MSK sədri diqqətə çatdırıb ki, parlament seçkilərində deputat mandatı uğrunda 990 namizəd mübarizə aparacaq. Qeydə alınanlardan 305 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən irəli sürülüb. “Azərbaycanda keçirilən seçkilərə beynəlxalq miqyasda böyük maraq var. Beynəlxalq müşahidəçilərin əksəriyyəti seçkilər üzrə böyük təcrübəyə malikdir və onların fikirləri əhəmiyyətlidir”, - deyə o əlavə edib.

M.Pənahov vurğulayıb ki, seçkilərdə beynəlxalq müşahidəçilər çox geniş şəkildə təmsil olunublar. 598 beynəlxalq müşahidəçi seçkiləri izləyə biləcək. Bundan əlavə, 112 min 749 yerli müşahidəçi də seçkiləri izləyəcək.

Diqqətə çatdırılıb ki, Milli Məclisə növbədənkənar seçkiləri 22 beynəlxalq media nümayəndəsi də işıqlandıra biləcək.

Onun sözlərinə görə, parlament seçkiləri ilə əlaqədar “exit-poll” keçirmək üçün Mərkəzi Seçki Komissiyasında üç təşkilat - Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası, "Tərəqqi" sosial tədqiqatlar ictimai birliyi və “Sosioloji Tədqiqatlar Mərkəzi” qeydə alınıb. Onlardan ikisi öz fəaliyyətlərini xarici partnyorları ilə birgə qurublar.

Məzahir Pənahov seçkiləri izləyəcək yerli müşahidəçilərin 65 minə yaxınının 25 siyasi partiyanın nümayəndələri olduqlarını da qeyd edib.

2008-ci ildən seçkilərin müşahidəsində veb-kameralar praktikasından istifadə edildiyini deyən M.Pənahov istənilən ölkədən maraqlı tərəfin Mərkəzi Seçki Komissiyasının saytına daxil olaraq seçkiləri müşahidə edə biləcəyini vurğulayıb. Bildirib ki, bu da seçkilərdə aşkarlığın bir nümunəsidir.

MSK sədri seçiciləri fəal olmağa çağırıb. Deyib ki, daxil olan ilkin nəticələr bu gün ictimaiyyətə çatdırılacaq. Bütün müraciətlərə operativ şəkildə cavab verilir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

MSK-nın sədri: İstənilən ölkədə nümayəndəsi MSK-nın saytına daxil olaraq seçkiləri müşahidə edə bilər

01-09-2024

Bu gün Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər keçirilir

01-09-2024

MSK sədri: Min məntəqədə veb-kameralar quraşdırılacaq

11-01-2025

Bu gün Azərbaycan Milli Məclisinə seçkilər keçirilir

01-11-2015

Məzahir Pənahov: Seçkilərlə əlaqədar MSK-nın rəsmi internet səhifələrinə 3 milyona yaxın baxış olub

16-09-2024

MSK-da veb-kameralara texniki nəzarət mərkəzinə baxış keçirilib

31-01-2024

Seçkilər internetdən izlənəcək

21-08-2015

Azərbaycanda prezident seçkiləri keçirilir

11-04-2018

Parlament seçkilərinin səsverməsi başa çatıb

01-11-2015

Deputatlığa namizədliyi qeydə alınanların sayı açıqlandı

10-10-2015

1000 məntəqədə veb-kamera quraşdırılacaq

15-02-2018

MSK səsvermənin nəticələrini açıqladı-İlham Əliyev birincidir

12-04-2018

Hər kəs seçki prosesini onlayn izləyə biləcək

22-09-2016

“Sosial şəbəkələrdə yayılan videoları araşdıra bilmədik”

18-11-2015

MSK: Saat 12.00-a qədər respublika üzrə seçici fəallığı 38,57 faiz olub

07-02-2024

Məzahir Pənahov mətbuat və sosial şəbəkələrə çağırış edib

01-11-2015

Məzahir Pənahov və Əli Abbasov bir arada

04-11-2010

Rabitə naziri veb-kameralara texniki baxış mərkəzində olub

05-11-2010

MSK-da veb-kameralara texniki nəzarət mərkəzinə baxış keçirilib

05-02-2020

MSK qəzetləri cəzalandıra bilər

02-11-2010

Bələdiyyə seçkiləri ilə bağlı sosial şəbəkələrdəki 68 görüntü araşdırılır

10-02-2025

Prezident seçkilərini internet vasitəsilə bütün dünya izləyə biləcək

22-09-2008

MSK sədri sosial şəbəkə istifadəçilərinə müraciət edib

26-09-2016

Parlament seçkilərini internet üzərindən 200 minə yaxın insan izləyib

19-11-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə