Previous Next
Bağla

Osman Gündüz: DİN Ukraynada kiberəməliyyatı necə keçirib?

03-11-2026 19:06
Osman Gündüz: DİN Ukraynada kiberəməliyyatı necə keçirib?

Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin Ukrayna polisi ilə birgə keçirdiyi əməliyyat ekspertlər tərəfindən yüksək qiymətləndirilir. Əməliyyat nəticəsində Azərbaycan vətəndaşlarını hədəfə alan və Ukraynada yerləşən beynəlxalq kiberdələduzluq şəbəkəsi ifşa edilib. Təşkilatçılar da daxil olmaqla 11 nəfər saxlanılaraq Azərbaycana gətirilib.

Xeberler.az bildirir ki, Azərbaycan İnternet Forumunun Prezidenti, ekspert Osman Gündüz sosial şəbəkədəki paylaşımında əməliyyatın texniki-texnoloji və təşkilati məqamlarına diqqət çəkib. Onun sözlərinə görə, burada ayrı-ayrı kiberdələduzların yox, fiziki olaraq xaricdə yerləşən mütəşəkkil kiber şəbəkənin ifşasından söhbət gedir.

O. Gündüz hesab edir ki, şəbəkənin xaricdəki təşkilatçılarına qədər gedib çıxmaq uzunmüddətli və mürəkkəb texniki-texnoloji, əməliyyat-axtarış və analitik iş tələb edib. Ekspertin fikrincə, bu prosesdə beynəlxalq zənglərin və rəqəmsal izlərin təhlili, bank kartları üzrə maliyyə əməliyyatlarının izlənilməsi, Telegram üzərindən əlaqələrin araşdırılması, pulların kriptovalyutaya çevrilməsinin müəyyənləşdirilməsi kimi işlər aparılıb.

Ekspert qeyd edib ki, DİN əməliyyatda istifadə olunan konkret texnoloji və analitik mexanizmləri açıqlamayıb. Lakin nəticələr ciddi araşdırma, ölkədaxili və xarici koordinasiya aparıldığını düşünməyə əsas verir. O, prosesdə banklar, mobil operatorlar və təhlükəsizlik qurumlarının da iştirak etdiyini ehtimal edir.

O. Gündüz xatırladıb ki, Ukrayna uzun illərdir müxtəlif ölkələrin vətəndaşlarını hədəfə alan saxta “Call Center”lərin fəaliyyət göstərdiyi məkanlardan biri kimi tanınır. Müharibə şəraitində xarici hüquq-mühafizə orqanları ilə birgə əməliyyatın təşkili və şəbəkə təşkilatçılarının saxlanılması isə xüsusi əhəmiyyət daşıyır.

Ekspert əməliyyatı Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin peşəkar potensialını, beynəlxalq əməkdaşlıq imkanlarını və transsərhəd kibercinayətkarlığa qarşı mübarizə qabiliyyətini göstərən ciddi uğur kimi dəyərləndirib. O, əməliyyatın hazırlanmasında və həyata keçirilməsində iştirak edən kiber mütəxəssisləri və analitikləri təbrik edib.

O. Gündüzün fikrincə, bu cür əməliyyatlar onu da göstərir ki, kibercinayətkarlıqla effektiv mübarizədə yalnız ənənəvi metodlar artıq yetərli deyil. Bunun üçün güclü İT infrastrukturu, rəqəmsal kriminalistika və analitika, eləcə də beynəlxalq əməkdaşlıq vacib şərtdir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
DİN-in Ukrayna polisi ilə birgə əməliyyatı nəticəsində kiberdələduzlar Azərbaycana gətirilib

DİN-in Ukrayna polisi ilə birgə əməliyyatı nəticəsində kiberdələduzlar Azərbaycana gətirilib

03-11-2026
Ötən il bank kartlarından 22 milyon manat kiber üsulla oğurlanıb

Ötən il bank kartlarından 22 milyon manat kiber üsulla oğurlanıb

21-05-2025
DİN-də Kibercinayətkarlıqla mübarizə strukturu olmalıdırmı?

DİN-də Kibercinayətkarlıqla mübarizə strukturu olmalıdırmı?

03-03-2020
Kibertalamalarla mübarizə məqsədi ilə işçi qrup yaradılıb

Kibertalamalarla mübarizə məqsədi ilə işçi qrup yaradılıb

19-07-2024
DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi nələri dəyişəcək?-RƏY

DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi nələri dəyişəcək?-RƏY

04-06-2023
Ekspert: Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi kibertalamaların qarşısnı ala biləcəkmi?

Ekspert: Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi kibertalamaların qarşısnı ala biləcəkmi?

21-08-2024
Kibercinayətkarlığa kim cavabdehdir?

Kibercinayətkarlığa kim cavabdehdir?

21-06-2019
Kiberpolis zərərli kompüter proqramları satan xakeri ifşa edib

Kiberpolis zərərli kompüter proqramları satan xakeri ifşa edib

31-10-2025
Sosial şəbəkələrdə onlayn qumar təşkil edən daha bir dəstə ifşa olunub

Sosial şəbəkələrdə onlayn qumar təşkil edən daha bir dəstə ifşa olunub

11-02-2025
m10 insidenti artıq fintex yox, milli təhlükəsizlik məsələsidir - Ekspert

m10 insidenti artıq fintex yox, milli təhlükəsizlik məsələsidir - Ekspert

18-02-2026
DİN qumar oyunlarında iştirak edən şəxslərə qarşı əməliyyatlar keçirib

DİN qumar oyunlarında iştirak edən şəxslərə qarşı əməliyyatlar keçirib

21-11-2025
“Instagram”da 30-dan çox şəxsə “Formula-1"ə saxta bilet satan şəxs saxlanılıb

“Instagram”da 30-dan çox şəxsə “Formula-1"ə saxta bilet satan şəxs saxlanılıb

12-09-2024
DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi yaradılıb

DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi yaradılıb

02-06-2023
DTX-in “darknet” əməliyyatı nəyi göstərdi? - Ekspert

DTX-in “darknet” əməliyyatı nəyi göstərdi? - Ekspert

14-07-2025
Din: Kiberdələduzluq edən haker şəbəkəsi ifşa olunub

Din: Kiberdələduzluq edən haker şəbəkəsi ifşa olunub

19-03-2026
DİN əməliyyat keçirib, saxta profillərlə kiberdələduzluq edən 8 nəfər saxlanılıb

DİN əməliyyat keçirib, saxta profillərlə kiberdələduzluq edən 8 nəfər saxlanılıb

17-08-2026
Bank Kartları niyə hədəfə çevrilir? -Gizli siyahılarla aparılan kiber “ov”

Bank Kartları niyə hədəfə çevrilir? -Gizli siyahılarla aparılan kiber “ov”

11-04-2025
DİN: Tələbələrin fotolarını yayan şəxs saxlanılıb

DİN: Tələbələrin fotolarını yayan şəxs saxlanılıb

27-02-2026
Kaspersky Lab və İnterpol birgə əməkdaşlığa davam edir

Kaspersky Lab və İnterpol birgə əməkdaşlığa davam edir

11-07-2019
Onlayn qumar və kazino oyunları təşkil edən daha iki dəstə ifşa edilib

Onlayn qumar və kazino oyunları təşkil edən daha iki dəstə ifşa edilib

25-11-2025
Sosial şəbəkədə qumar oyunlarını reklam edənlər saxlanılıb

Sosial şəbəkədə qumar oyunlarını reklam edənlər saxlanılıb

07-11-2025
Kiberpolis onlayn kazino şəbəkəsinin rəhbərini saxlayıb

Kiberpolis onlayn kazino şəbəkəsinin rəhbərini saxlayıb

19-08-2026
Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi internetdə milyonluq dövriyyəsi olan şəbəkəni ifşa edib

Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi internetdə milyonluq dövriyyəsi olan şəbəkəni ifşa edib

20-09-2024
Azərbaycan “Kibercinayətkarlığa qarşı” Konvensiyanı imzalayıb

Azərbaycan “Kibercinayətkarlığa qarşı” Konvensiyanı imzalayıb

28-10-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə