“Sosial şəbəkələrə giriş bərpa olunacaq” - Binəli Yıldırım

04-11-2016 / 16:37

Türkiyənin Baş naziri Binəli Yıldırm ölkədə mobil telefonlar vasitəsilə Facebook, Whatsapp, Twitter və Youtube-a girişin bağlanmasına münasibət bildirib.

Xeberler.az XəzərXəbər-ə istinadən məlumat verir ki, Türkiyə KİV-nə istinadən xəbər verir ki, baş nazir bu addımın təhlükəsizliklə bağlı atıldığını deyib.

B.Yıldırım yaxın vaxtlarda Whatsapp, Twitter və Youtube-a girişin bərpa olunacağını söyləyib:

“Təhlükə aradan qalxdıqdan sonra sosial şəbəkələrin fəaliyyəti normallaşacaq”.

Qeyd edək ki, TurkeyBlocks senzura monitorinq qrupu Türkiyədə WhatsApp messenceri, YouTube videohostinqi, Facebook və Twitter sosial şəbəkələrinə girişin qadağan olunduğunu bildirmişdi.

TurkeyBlocks  sosial şəbəkə və mesencerlərə girişin qadağan olunmasını ötən gün HDP liderləri və 11 deputatın həbs olunması ilə əlaqələndirirlər.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə