“SpaceX” 22 ədəd “Starlink” mini peykini orbitə çıxarıb

02-02-2025 / 17:56

“Falcon 9” daşıyıcı aparatı “Starlink” sisteminin qlobal internet şəbəkəsinin orbital qrupunu doldurmaq üçün 22 mini peykdən ibarət partiyanı uğurla orbitə çıxarıb.

Xeberler.az məlumat verir ki, bu barədə “SpaceX”-in məlumatında bildirilib. “22 “Starlink” peykinin orbitə buraxılması təsdiqlənib”, - deyə qeyd olunub.

Raket şənbə günü Sakit okean vaxtı ilə saat 15:02-də Kaliforniyadakı Vandenberq Hərbi Hava Qüvvələri bazasında SLC-4E buraxılış meydançasından buraxılıb. Təxminən bir saat sonra peyklər buraxılış aparatının ikinci pilləsindən ayrılaraq orbitə daxil olub.

2019-cu ilin may ayından etibarən “SpaceX” “Starlink” layihəsi çərçivəsində 7800-dən çox belə peyk buraxıb. Hazırda orbitdə 6900-dən çox cihaz işlək vəziyyətdədir.

 

 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə