“SpaceX” telefon siqnallarını kosmosdan birbaşa smartfonlara ötürəcək peyklər buraxıb

07-01-2024 / 11:45

Yaxın illərdə mobil rabitə siqnallarını ötürən yerüstü stansiyalara ehtiyac olmayacaq. Belə ki, İlon Maskın “SpaceX” şirkəti telefon siqnallarını kosmosdan birbaşa smartfonlara ötürə bilən ilk “Starlink” peyklərini “Falcon 9” raketi ilə kosmosa buraxıb.

Xeberler.az  “Reuters” agentliyinə istinadla xəbər verir ki, mobil rabitə şirkətləri hələ 2022-ci ilin avqustunda elan etmişdilər ki, ABŞ-ın mobil operatoru İlon Maska məxsus “SpaceX” şirkətinin “Starlink” peyklərindən Birləşmiş Ştatların bəzi bölgələrində mobil istifadəçilərə şəbəkəyə çıxışı təmin etmək üçün istifadə edəcək.

Dünyanın digər mobil rabitə provayderləri, o cümlədən Yaponiyanın KDDI (9433.T), Avstraliyanın “Optus”, Yeni Zelandiyanın “One NZ”, Kanadanın “Rogers” (RCIb.TO) birbaşa mobil texnologiyanı işə salmaq üçün “SpaceX” ilə əməkdaşlıq edəcək.

Qeyd olunub ki, birbaşa mobil xidmət əvvəlcə mətn mesajları ilə başlayacaq, daha sonra səs və məlumat imkanları da təqdim ediləcək.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə