Previous Next
Bağla

Ukrayna və Starlink mobil operator əməkdaşlığı edəcək

19-08-2025 08:31
Ukrayna və Starlink mobil operator əməkdaşlığı edəcək

Kyivstar, İlon Mask-a məxsus Starlink-in direct-to-mobile texnologiyasını Şərqi Avropada uğurla sınaqdan keçirib. Pilot test Ukraynanın Zhytomyr bölgəsində aparılıb. Test zamanı Kyivstar-ın CEO-su Oleksandr Komarov və Ukraynanın rəqəmsal transformasiya naziri Mykhailo Fedorov adi smartfonlardan istifadə edərək bir-birilərinə mesaj göndərə biliblər.

Xeberler.az bildirir ki, bu texnologiyanın əsas üstünlüyü odur ki, mobil şəbəkələrin işləmədiyi bölgələrdə belə etibarlı əlaqə təmin edir. Xüsusilə müharibədən zərər görmüş Ukrayna ərazilərində bu vacibdir, çünki Rusiya hücumları nəticəsində rabitə tez-tez kəsilir. Peyklərdə quraşdırılmış xüsusi modemlər siqnalları birbaşa smartfonlara ötürür və sanki kosmosda kiçik mobil baza stansiyası işləyirmiş kimi rabitəni mümkün edir.

Qeyd edək ki, dünyada bir çox telekommunikasiya şirkətləri peyk texnologiyasına maraq göstərir. Məqsəd “ölü zonaları” aradan qaldırmaq və ən ucqar yerlərdə belə internet və mobil rabitə təmin etməkdir. Starlink artıq 10 ölkədə mobil operatorlarla əməkdaşlığa başlayıb, Kyivstar isə Avropada bu xidməti tətbiq edən ilk operator olacaq.

Planlara görə, xidmət kommersiya istifadəsinə 2025-ci ilin sonlarında veriləcək. İlkin mərhələdə yalnız mesajlaşma aktiv olacaq, 2026-cı ildən isə mobil peyk interneti geniş auditoriyaya təqdim olunacaq.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ukrayna “Starlink”i istifadəyə verən ilk Avropa ölkəsi olacaq

10-07-2025

Starlink və Beeline Qazaxıstanda peyk mobil rabitə xidməti göstərəcək

07-11-2025

"Starlink" 2026-cı ildən Qazaxıstanda fəaliyyətə başlayacaq

23-12-2025

İlon Mask Ukraynanı “Starlink” peykindən ayırmayacaq

10-03-2025

Daha bir ölkə “Starlink” peyk rabitəsinə qoşulub

05-02-2026

Ekspert: Ukrayna yenidən İlon Maska müraciət edib

07-04-2022

“SpaceX” telefon siqnallarını kosmosdan birbaşa smartfonlara ötürəcək peyklər buraxıb

07-01-2024

Ukrayna Polşa ilə "Starlink"in ödənişi barədə danışıqlara başlayıb

26-08-2025

“Starlink” internet şəbəkəsində nasazlıq yaranıb

15-09-2025

“Starlink” internet servisi bu tarixdən Azərbaycanda əlçatan olacaq

16-05-2022

Ermənistan 300-dən çox "Starlink" terminalı idxal edib

16-02-2026

İlon Mask “Starlink”in Azərbaycanda fəaliyyətə başlamasını elan edib

29-03-2025

Estoniya Ukraynaya "Starlink" üçün 3,5 milyon avro ayırıb

15-11-2025

İran Starlink peyk internetini bloklayan ilk ölkədir

13-01-2026

“Starlink” Qətərdə istifadəyə verilib

08-07-2025

”SpaceX” İranda ”Starlink”i pulsuz edib

14-01-2026

Rusiya Starlink analoqunun istehsalına başlayır

19-01-2026

“Starlink” kosmosdan 5G bağlantısı vəd edir

03-03-2026

“Starlink” Azərbaycanda fəaliyyətə başlayıb

29-03-2025

Qanunsuz “Starlink” terminalları rusiyalılara cəbhədə irəliləməyə kömək edir

14-10-2024

Nazir Rəşad Nəbiyev “Starlink”in nümayəndəsi ilə görüşüb

21-08-2024

İtaliya "Starlink" ilə danışıqları dayandırıb

22-03-2025

İlon Mask Azərbaycanda şirkət yaradıb

30-12-2022

“SpaceX”ın 40 peyki sıradan çıxıb

10-02-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə