“SpaceX”ın 40 peyki sıradan çıxıb

10-02-2022 / 10:57

Kosmosda baş verən geomaqnit qasırğası nəticəsində Elon Maska məxsus “SpaceX” şirkəti tərəfindən ötən həftə orbitə buraxılmış 40 peyk sıradan çıxıb.

Xeberler.az məlumat verir ki, bunu “SpaceX” şirkəti də təsdiq edib.

Məlumata görə, ötən cümə günü “Starlink” layihəsi üzrə ümumilikdə 49 peyk kosmosa göndərilib və onların böyük əksəriyyəti orbitə çıxmaq əvəzinə atmosferə daxil olmadan yanıb.

Bu peyklər kosmosda dünyanı sabit internetlə təmin etmək üçün hazırlanan peyk qrupunun tərkib hissəsi idi.

Qeyd edək ki, “Starlink” dünyanın kəsintisiz internetlə təmin etmək üçün planlaşdırılan bir layihədir. E.Mask bu məqsədlə 12 000 peyki orbitə çıxarmaq üçün ABŞ rəsmilərindən icazə alıb. Hazırda isə 2 000 peyk kosmosda öz orbitindədir.


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.