Previous Next
Bağla

Startapçımızın yaratdığı qurğu istifadəyə verildi

24-02-2017 17:05
Startapçımızın yaratdığı qurğu  istifadəyə verildi

Bu gün Azərbaycan Respublikası Təhsil Nazirliyinin Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli xüsusi internat məktəbində Braille Teach interaktiv qurğusu təqdim olunub.

Braille Teach cihazı Bank of Baku-nun maliyyə dəstəyilə hazırlanıb və görmə məhdudiyyəti olan uşaqların Brayl əlifbasını öyrənmələrinə kömək etmək məqsədi daşıyır.

İnternat məktəbinin direktoru İradə Vəzirova bildirib ki, cihaz Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli respublika xüsusi internat məktəbində sınaqdan keçirilib.

Bu məqsədlə məktəbə 5 ədəd cihaz təqdim olunub.

Cihaz bir ay müddətində sınaqdan keçirilib, pedaqoji heyət tərəfindən əsasən məktəbəqədər və ibtidai siniflərdə təhsil alan gözdən əlil uşaqların şifahi nitqi və əqli inkişafı üçün əlverişli olduğu bildirilib.

İradə Vəzirova qeyd edib ki, sosial layihələrə maliyyə dəstəyi göstərən özəl sektorun dövlət qurumları ilə əməkdaşlığı təqdirəlayiqdir.

Bankın Reklam və İctimaiyyətlə Əlaqələr Departamentinin direktoru Nigar Tahirova bildirib ki, cihaz Bank of Baku-nun Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində istehsal olunub,uşaqların Brayl əlifbasını daha asan və rahat şəkildə öyrənmələrinə, həmçinin dərslərin interaktiv təhsil metodu ilə keçirilməsinə müsbət fayda verəcək.

Azərbaycanda ilk dəfə tətbiqinə başlanılacaq bu cihaz Bionix Tech şirkətinin təsisçisi və icraçı direktoru Rəşid Əliyev tərəfindən ixtira olunub.

Rəşid Əliyev cihaz və onun istifadəsi haqqında ətraflı məlumat verib, Brayl əlifbasının öyrənilməsində uşaqlar üçün təqdim etdiyi üstünlüklərdən danışıb.

Qeyd edək ki, cihaz 4 dildə - Azərbaycan, rus, ingilis və alman dillərində istehsal olunaraq həm hərflərin, həm də rəqəmlərin öyrənilməsi üçün müxtəlif oyunlardan ibarətdir. 

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Bank of Baku startap layihəmizə dəstək oldu

Bank of Baku startap layihəmizə dəstək oldu

26-07-2016
Azərbaycan startapı - 215 000$ QRANT ALDI

Azərbaycan startapı - 215 000$ QRANT ALDI

12-04-2022
Görmə məhdudiyyətli uşaqlar əlifbanı daha asan öyrənəcək

Görmə məhdudiyyətli uşaqlar əlifbanı daha asan öyrənəcək

14-06-2016
“Uşaqlara kiberqayğı” qrant layihəsi yekunlaşıb

“Uşaqlara kiberqayğı” qrant layihəsi yekunlaşıb

01-10-2025
Xüsusi internat məktəbində maarifləndirici təlim keçirilib

Xüsusi internat məktəbində maarifləndirici təlim keçirilib

26-09-2025
“Uşaqlara kiberqayğı 2” layihəsinə başlanılıb

“Uşaqlara kiberqayğı 2” layihəsinə başlanılıb

18-05-2026
Azərbaycanın İlk distant təhsil məktəbi

Azərbaycanın İlk distant təhsil məktəbi

07-04-2020
Bakcell şahmat və dama turnirinə dəstək verib

Bakcell şahmat və dama turnirinə dəstək verib

08-05-2018
“Uşaqlara kiberqayğı 2” qrant layihəsi yekunlaşıb

“Uşaqlara kiberqayğı 2” qrant layihəsi yekunlaşıb

03-06-2026
Azad edilmiş ərazilərdə avadanlıq, cihaz və qurğuların idxalına güzəşt tətbiq olunub

Azad edilmiş ərazilərdə avadanlıq, cihaz və qurğuların idxalına güzəşt tətbiq olunub

26-01-2023
Şəmkirdə distant təhsil mərkəzi yaradılıb

Şəmkirdə distant təhsil mərkəzi yaradılıb

01-09-2015
İnsan beyninə nəzarət edən cihaz

İnsan beyninə nəzarət edən cihaz

05-11-2008
Sənədsiz məktəbli qalmayacaq- Aksiya

Sənədsiz məktəbli qalmayacaq- Aksiya

26-11-2015
Bu cihaz depressiyanı müalicə edəcək

Bu cihaz depressiyanı müalicə edəcək

19-08-2019
Uşaq Paralimpiya Komitəsi işini onlayn davam etdirir

Uşaq Paralimpiya Komitəsi işini onlayn davam etdirir

01-05-2020
Sağlamlıq imkanı məhdud olan uşaqlar üçün onlayn təlimlər təşkil edilib

Sağlamlıq imkanı məhdud olan uşaqlar üçün onlayn təlimlər təşkil edilib

23-06-2015
Azercell və Azərbaycan Milli Paralimpiya Komitəsi əməkdaşlığı davam etdirir

Azercell və Azərbaycan Milli Paralimpiya Komitəsi əməkdaşlığı davam etdirir

10-04-2025
Nar görmə məhdudiyyətli insanlar üçün audio-kitablar hazırlayıb

Nar görmə məhdudiyyətli insanlar üçün audio-kitablar hazırlayıb

30-01-2020
Gözdən əlil insanlar üçün ağıllı saat istehsal edilib

Gözdən əlil insanlar üçün ağıllı saat istehsal edilib

04-08-2015
ASAN xidmət-in “Sənədsiz məktəbli qalmasın” aksiyası davam edir

ASAN xidmət-in “Sənədsiz məktəbli qalmasın” aksiyası davam edir

03-12-2015
Azercell-dən pulsuz göz müayinəsi imkanı

Azercell-dən pulsuz göz müayinəsi imkanı

30-03-2016
Azercell-in Mobil Göz Klinikasında 500-dən çox müayinə aparılıb

Azercell-in Mobil Göz Klinikasında 500-dən çox müayinə aparılıb

26-11-2015
Ev şəraitində görmə itiliyini yoxlayan cihaz təqdim olunub

Ev şəraitində görmə itiliyini yoxlayan cihaz təqdim olunub

29-12-2016
Autizmli uşaqlar üçün mobil tətbiq və saytın təqdimatı olub

Autizmli uşaqlar üçün mobil tətbiq və saytın təqdimatı olub

01-06-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə