Previous Next
Bağla

Autizmli uşaqlar üçün mobil tətbiq və saytın təqdimatı olub

01-06-2022 22:50
Autizmli uşaqlar üçün mobil tətbiq və saytın təqdimatı olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sifarişi ilə icra olunan layihə çərçivəsində autizmli uşaqlar üçün “AutizmDERS” mobil tətbiqi və www.autizmders.az saytının təqdimatı olub.

Xeberler.az bildirir ki, hökumət və qeyri-hökumət qurumlarının nümayəndələrinin iştirak etdiyi tədbirdə Agentliyin sədri Vüqar Behbudov yeni layihənin həm sağlamlıq imkanları məhdud uşaqlar, həm də onların valideynləri üçün önəmini qeyd edib. Bildirilib ki, layihənin məqsədi sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası ilə bağlı valideynlərinin bacarıqlarının artırılması, bu sahədə innovativ həllərin tətbiqinin genişləndirilməsidir. “AutizmDERS” vasitəsilə valideynlər uşaq psixoloqu, loqoped, özəl pedaqoq və müalicəvi idman müəllimlərinin iştirakı ilə hazırlanmış video materiallardan istifadə edə biləcək. Bununla övladlarının ev şəraitində də bir sıra reabilitasiya tədbirləri ilə əhatə olunmalarına dəstək verə biləcəklər.

Tətbiqdən istifadə edən şəxslər müəyyən qrafik üzrə video dərslərə xatırlatma qoya və fərdi planlaşdırmanı asanlıqla apara biləcəklər. Tətbiq valideynlərə uşaq inkişafı ilə bağlı resurs mərkəzi funksiyasını da yerinə yetirəcək. İlkin mərhələdə 7 istiqamət üzrə 200 video dərs tərtib olunub və həm veb səhifəyə, həm mobil tətbiqə yerləşdirilib. Video materialların məzmunu hazırlanan zaman bir sıra ölkələrin mütəxəssislərinin tədris proqramı və vəsaitlərindən istifadə olunub.

Evdə fərdi məşğələlər keçirməyi öyrədən videodərslərdən sağlamlıq imkanları məhdud, xüsusilə də autizm sindromundan əziyyət çəkən uşağı olan hər bir valideyn yararlana bilər.

“AutizmDERS” mobil tətbiqini həm iOS (Apple Store), həm də Android (Google Play) əməliyyat sistemli smartfonlarda istifadə etmək mümkündür.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ekspert:“AutizmDERS” vasitəsilə valideynlər 200 video dərsdən istifadə edə biləcək

01-06-2022

Danışan kitab saytının və mobil tətbiqinin təqdimatı olub

27-06-2019

Azərbaycanın İlk distant təhsil məktəbi

07-04-2020

Eşitmə və nitq qabiliyyəti olmayanlar üçün video portal istifadəyə verilib

10-04-2020

Azercell və Azərbaycan Milli Paralimpiya Komitəsi əməkdaşlığı davam etdirir

10-04-2025

Valideynlər uşaqların Shorts-a baxışına nəzarət edə biləcək

15-01-2026

Sağlamlıq imkanı məhdud olan uşaqlar üçün onlayn təlimlər təşkil edilib

23-06-2015

Uşaq Paralimpiya Komitəsi işini onlayn davam etdirir

01-05-2020

Azercell-in dəstəyilə növbəti Uşaq Paralimpiya Oyunlarına start verilib

23-11-2021

“Uşaqlara kiberqayğı” qrant layihəsi yekunlaşıb

01-10-2025

Azercell-in dəstəyi ilə Uşaq Paralimpiya Oyunları keçiriləcək

19-12-2025

Nar autizm sindromlu uşaqlara növbəti dəstəyini göstərib

23-01-2019

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi "Azercell"i təltif etdi

18-01-2023

Azercell xüsusi qayğıya ehtiyacı olan uşaqların “Busuu” tətbiqinə çıxışını təmin edir

01-06-2020

Şəmkirdə distant təhsil mərkəzi yaradılıb

01-09-2015

Azercell Uşaq Paralimpiya İdman Oyunlarına dəstək olub

12-12-2017

Nar-dan autizmli uşaqlara dəstək

02-10-2018

Azercell-in dəstəyi ilə V Uşaq Paralimpiya Oyunları keçiriləcək

31-10-2019

“Uşaqlara kiberqayğı 2” layihəsinə başlanılıb

18-05-2026

Azərbaycanda növbəti Uşaq Paralimpiya İdman Oyunları baş tutub

28-12-2021

ETX uşaqlar üçün sosial videoçarx hazırlayıb

06-05-2026

www.ushaqlar.az-ın təqdimatı olub

24-06-2011

Google uşaqlar üçün “Youtube Kids” tətbiqini təqdim etdi

24-02-2015

IV Uşaq Paralimpiya oyunları keçirilib

15-11-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə