Previous Next
Bağla

Görmə məhdudiyyətli uşaqlar əlifbanı daha asan öyrənəcək

14-06-2016 13:59
Görmə məhdudiyyətli uşaqlar əlifbanı daha asan öyrənəcək

Azərbaycanlı startapçı görmə məhdudiyyətli və tamamilə görmə qabiliyyətini itirmiş uşaqlar üçün Braille Teach adlı qurğu hazırlayıb.

Xeberler.az-ın məlumatına görə, BethClip və Braille Pad layihəsindən yaxından tanıdığımız Rəşi Əliyev görmə qabiliyyətini itirmiş uşaqlara Braille əlifbasının öyrədən, oyuncaq formasında dizayn edilmiş cihaz təqdim edib.

Xeberler.az olaraq cihaz barədə layihə rəhbəri ilə ətraflı söhbət etdik.

Rəşid Əliyev  bildirib ki, bu qurğu ilə görmə məhdudiyyətli uşaqlar Braille əlifbasını daha tez və rahat öyrənə biləcək.

O, cihazdan istifadə ilə bağlı məlumat verib:

“Cihaz üzərində hələ də iş gedir. Cihazın hazırki formasında üzərinə xüsusi düymələr yerləşdirilib. Düymələr ( push button) formasında çalışır. Yəni, düymələrə toxunmaqla onları idarə etmək olur. Cihaz oyuncaq formasında dizayn edilib. Braille Teach-in içərisində xüsusi quraşdırılmış dinamik var və cihazın yan hissələrində  6 ədəd düymə var. Belə ki, uşaqlar oyuncağı ( cihazı) yandırdıqda cihaz onları  müxətlif dillərdə salamlayacaq. Oyuncağım üzərində Braille-ə uyğun olaraq 2 sütun 3 sətr olmaqla 6 düymə var. Cihaz uşaqlara hərfləri öyrənmək  və ya menyudan  seçmi edərək 7 müxtəlif tədrisedici oyun oynamaq imkanı təklif edir. Hazırda cihazla ancaq Braille əlifbasını öyrənmək üçün imkan yaradılıb. Yəni, indiki halda yalnız hərfi cihaza daxil edirsiniz və cihaz sizə onun hansı hərf olduğunu deyir. Oyunlar da cihaza yaxın günlərdə əlavə ediləcək və proqram təminatı yenilənəcək”.

Onun sözlərinə görə, layihə qlobal bazar üçün nəzərdə tutulub. İlkin olaraq cihaza 4 dil əlavə etmək nəzərdə tutulub:

“Layihəmiz bütün dünyadakı görmə məhdudiyyətli və tamamilə görmə qabiliyyətini itirmiş uşaqları üçün nəzərdə tutulub. Layihəyə başlamadan öncə bazar araşdırması etmişik. Demək olar ki, bizim yaratdığımız cihaza alternativ yoxdur. Amma buna oxşar bəzi cihazlar var, onlar da tam olaraq bizim cihaz kimi  hərtərəfli çalışmır. Hələlik  cihaza region ölkələrdə  satılmasını təmin etmək üçün 4 dil əlavə etməyi planlaşdırırıq. Daha sonra dillərin sayı artırılacaq”.

Rəşid Əliyev deyib ki, Braille Teach ilə uşaqlar müəllim və valideynlərinin köməyi olmadan da Braille əlifbasını öyrənə bilər:

“ Bu cihazla görmə məhdudiyyətli uşaqlar Braille əlifbasını özləri rahat formada öyrənə bilər. Yəni, Braille Teach ilə valideyn və müəllimin də nəzarəti olmadan əlifbanı öyrənmək   mümkündür. Braille əlifbasını öyrənmək üçün ilk vaxtlar böyük hərflərdən istifadə edirlər. Daha sonra isə əlifbanı öyrənənlər kiçik -ral ölçüdəki mənbələrdən (kitab, oyuncaq və s.) istifadəyə keçir. Ona görə də hazırda bizim cihazla əlifbanı öyrənmək üçün müəllimə elə də  çox ehtiyac duyulmur”.

Layihə rəhbəri deyib ki, Braille Teach cihazını Ukraynadakı həmtəsisçisi Yevqen Artamonov ilə birgə hazırlayırlar.

Rəşid Əliyev cihazın qiymətinə də aydınlıq gətirib:

“ İndiki halda cihazın qiymətini  20 dollardan aşağı təyin etmişik. Lakin istədiyimiz yatırımı  əldə edə və istədiyimiz sayda istehsal  həyata keçirə bilsək, ( təxminən 50 min ədəd) o zaman qiymət 10 dollara qədər enə bilər”.

Layihə rəhbəri onu da qeyd edib ki, cihazın istehsalı Azərbaycanda da mümkün olsa da, baha başa gəldiyi üçün Braille Teach-i xarici ölkələrdə istehsal etməyi düşünürlər.

Lakin Azərbaycanda cihazın istehsalını təmin etmək istəyən şəxslərlə danışığa açıqılar.

Bundan öncə Rəşid Əliyev görmə  məhdudiyyətli insanlar üçün nəzərdə tutulan planşet-Braille Pad cihazını da yaradıb. 

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bank of Baku startap layihəmizə dəstək oldu

26-07-2016

Azərbaycan startapı - 215 000$ QRANT ALDI

12-04-2022

Görmə qüsurlu insanlar üçün planşet hazırlanır

20-02-2015

Startapçımızın yaratdığı qurğu istifadəyə verildi

24-02-2017

Azərbaycan startapı ABŞ-da təqdim edilib

13-01-2016

Startap layihəmiz Gürcüstanda investorlara təqdim edilib

25-05-2016

Startapımız beynəlxalq müsabiqədə yer tutdu

25-04-2015

Startap komandamız ABŞ universiteti ilə danışıqlara başlayıb

01-09-2015

Startap layihəmizə böyük miqdarda yatırım edilə bilər

15-10-2015

Yeni Fikir-in qalib startapları nə iş görür?-İcmal

13-06-2017

Fiziki məhdudiyyətli insanlar üçün yeni sistem yaradılacaq

20-07-2017

Ev şəraitində görmə itiliyini yoxlayan cihaz təqdim olunub

29-12-2016

Facebook-dan yenilik

14-10-2015

MiniLab tələbələrə kömək edəcək-Fotolar

02-05-2016

İlon Musk:Yeni Neuralink implantı anadangəlmə kor insanlara görmə imkanı verəcək

18-09-2024

"Neuralink" gələn il kor xəstədə görmə bərpası əməliyyatı planlaşdırır

05-09-2025

Nar görmə məhdudiyyətli insanlar üçün audio-kitablar hazırlayıb

30-01-2020

Qalib startap layihələri nə iş görəcək? - İcmal

01-02-2016

Oyun həvəskarları üçün xüsusi cihaz

24-04-2009

Ən ucuz telefon və ən ucuz kompüter

19-08-2008

Görmə qabiliyyətini tamamilə itirmiş insanlar üçün süni göz

21-12-2015

Bu cihaz depressiyanı müalicə edəcək

19-08-2019

“Nar” ən böyük Azərbaycandilli səsli kitabxanaya dəstəyini davam etdirir

20-10-2021

Layihə rəhbərləri 3-cü qrant müsabiqəsindən nə gözləyir?

22-10-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə