“StartUp Wise Guys Global Pre-revenue” proqramına müraciətlər başlayıb

19-08-2023 / 14:06

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) təşəbbüsü və “Paşa Holding” şirkətlər qrupunun sponsorluğu ilə dünyanın ən nüfuzlu və qabaqcıl akseleratorlarından biri “Startup Wise Guys” ilə tərəfdaşlıq nəticəsində ərsəyə gələn “StartUp Wise Guys Global Pre-revenue” proqramına müraciətlər başlayıb.

Xeberler.az məlumat verir ki, unikal nəzəri və praktik biliklərlə zəngin proqrama 15 ən perspektivli startap komandası seçiləcək. Təlim müddətində innovativ düşüncənizi doğru yöndə istiqamətləndirəcək və dayanıqlı gəlir modeli yaratmağı təşviq edəcək təməl bilgiləri əldə edəcəksiniz. Üstəlik, qalib komandanı “Sabah.Hub”da akselerasiya və mentorluq fürsəti gözləyir.

Startapınızın gəlirlilik modelini təkmilləşdirməyi hədəfləyənlər heç tərəddüd etmədən “StartUp Wise Guys Global Pre-revenue” proqramına müraciət etməyə tələsməlidir.

Müraciət üçün son tarix avqustun 31-dək olacaq. 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə