Sabah Bakıda Startap Günləri başlayacaq

13-11-2014 / 18:43

Startap Azərbaycan Təşkilat Komitəsi bildirir ki, sabah, 14 noyabr tarixdə saat 14-də Yüksək Texnologiyalar Parkında Startap Günlərinə start veriləcək.

Xeberler.az-ın məlumatına görə, startap Günləri 3 gün davam edəcək.

Startap Günlərinin keçirilməsində məqsəd ölkədə  internet biznesin inkişafına təkan vermək, milli startup infrastrukturunu inkişaf etdirmək, yeni startupların yaradılmasına kömək etmək və bu istiqamətdə onlara informasiya-metodiki  dəstək vermək,  startupçılar arasında əlaqələri gücləndirməkdən ibarətdir.

Startap Günləri çərçivəsində “Milli startaplara dövlətin və özəl sektorun dəstəyi” mövzusunda konfrans və  gənc və yeni başlayan startupçilar üçün beynəlxalq ekspertin iştirakı ilə Təlimlərin keçiriləcək. Startap Günlərinin əsas tədbirlərindən biri də startupçıların  biznes ideyalarının və yeni İnternet layihələrinin ilkin variantlarının yarışması olacaq.

Günlər çərçivəsində beynəlxalq səfərlərdə və beynəlxalq tədbirlərdə iştirak edən  yerli startup sahiblərinin  yeni başlayan, internet biznesə maraq göstərən gənclərlə görüşləri təşkil olunacaq.

Startap Günlərində  startapçılar  innovativ biznes ideyalar ətrafında Komandalar formalaşdıracaq,  mentorların və ekspertlərin köməyi ilə yeni startap Layihələrinin ilkin variantlarını hazırlayacaqlar. Yekunda  bu layihələrin təqdimatları və  yarışması təşkil olunacaq və peşəkar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.
Qaliblərə və fərqlənənlərə təşkilatçıların və sponsorların qiymətli hədiyyələri, diplomlar və sertifikatlar təqdim olunacaq.

Startap Günlərinə  Rabitə və Yüksək Texnologiyalar nazirliyi,  Yüksək Texnologiyalar Parkı, Cybernet, SİNAM, SMART və Khazar Ventures şirkətləri dəstək verirlər.

Startap Günlərinin Proqramı : http://startupdays.startup.az/static_page.php?id=3
Startap Günlərinin Formatı : http://startupdays.startup.az/news_details.php?id=21
Ekspertlər və mentorlar :  http://startupdays.startup.az/static_page.php?id=5 

 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə