Previous Next
Bağla

“Baku ID” festivalında startaplar 2 milyon dollardan artıq investisiya əldə etdilər!

02-07-2024 15:05
“Baku ID” festivalında startaplar 2 milyon dollardan artıq investisiya əldə etdilər!

27-28 iyun tarixlərində “Bakı Kristal Zalı”nda keçirilən üçüncü “Baku ID” innovasiya festivalı baş tutdu.

Azərbaycanın və regionun əsas startap innovasiya tədbirlərindən biri olan “Baku ID” SABAH.HUB İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə həyata keçirildi və startapçılarla investorları bir araya gətirdi.

Bu ilki “Baku ID” tədbirində 200-dən çox yerli və xarici investor, 100-dən çox startap və minlərlə iştirakçı yer aldı. Tədbir çərçivəsində “Startup Wise Guys”, “Al-Farabi Innovation Hub”, “Caucasus Ventures”, “MOST Ventures”, “Startupbootcamp” və “SABAH.fund” vençur fondlarının dəstəyi ilə yaradılmış 1 000 000 $-dan çox olan investisiya fondunun qalibləri müəyyənləşdi. Ümumilikdə 7 startap komanda 1 milyon $ dəyərində investisiya əldə etdilər: Beep, ALIA, PLATMA, Dosty, Canscreen, Push30 və Tredu.

Tədbir çərçivəsində müxtəlif panellər təşkil edildi. Bunlardan biri COP29 hazırlıqla bağlı olan “CleanTech” paneli idi. Bu paneldə ümumilikdə iştirak edən 30 komandadan 13 komanda final mərhələsinə yüksəldi. Finala keçid alan 13 komanda 1 aylıq intensiv akselerasiya proqramına qoşulma şansı əldə etdilər. Bu proqram nəticəsində 10 komanda müəyyən ediləcək və hər birinə “Startupbootcamp” tərəfindən 100 000 $ investisiya şansı və SABAH.lab akselerasiya proqramına keçid imkanı yaradılacaq. Yarışmada SABAH.incubation, ABB Innovation, həmçinin yerli və xarici “GreenTech” komandaları iştirak etmişdir.

Qaliblərin mükafatlandırma mərasimində Elm və Təhsil naziri Emin Əmrullayev və Türkiyə Respublikası Prezidentinin Maliyyə Ofisinin rəhbəri Prof. Dr. Göksel Aşan şəxsən iştirak edərək mükafatları təqdim etdilər.

“Baku ID” innovasiya festivalının baş sponsorları Elm və Təhsil Nazirliyi, SOCAR, PAŞA Holding, ABB və Mappable, tərəfdaşları isə 4SIM və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi idi. Sponsor və startap stendləri də tədbir zamanı nümayiş etdirildi.

“Baku ID” innovasiya festivalı fəaliyyəti dövründə onlarla startapın inkişafına dəstək olaraq minlərlə şəxsin innovasiya ekosistemi haqqında birbaşa məlumatlanmasına nail olmuşdur. Ümumilikdə isə startapların 4 milyon dollardan çox investisiya cəlb etməsinə dəstək göstərmişdir.

“Baku ID” innovasiya festivalının fəaliyyəti ilə yaxından tanış olmaq və mütəmadi olaraq yeniliklərdən xəbərdar olmaq üçün sosial media kanalları (facebookinstagram və linkedin) və rəsmi vebsaytı (www.bakuid.com) vasitəsilə izləyə bilərsiniz.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
ABB-nin dəstəyi ilə “Baku ID” innovasiya festivalı başlanıb

ABB-nin dəstəyi ilə “Baku ID” innovasiya festivalı başlanıb

27-06-2024
SABAH.HUB İnnovasiya Mərkəzi tərəfindən “Demo Day” tədbiri təşkil olunub

SABAH.HUB İnnovasiya Mərkəzi tərəfindən “Demo Day” tədbiri təşkil olunub

17-01-2024
“Bakcell”dən Azərbaycanın innovasiya ekosisteminə dəstək

“Bakcell”dən Azərbaycanın innovasiya ekosisteminə dəstək

08-07-2023
Bakıda “Baku ID” innovasiya festivalı başlayıb

Bakıda “Baku ID” innovasiya festivalı başlayıb

27-06-2024
4SİM və SABAH.HUB ölkədə startap ekosisteminin inkişafına birgə dəstək göstərəcəklər

4SİM və SABAH.HUB ölkədə startap ekosisteminin inkişafına birgə dəstək göstərəcəklər

27-06-2024
4SİM-in tərəfdaşlığı ilə “Baku ID 2025” innovasiya festivalı keçiriləcək

4SİM-in tərəfdaşlığı ilə “Baku ID 2025” innovasiya festivalı keçiriləcək

18-06-2025
Nazir: SABAH.HUB Azərbaycanın təhsil və startap ekosisteminə töhfə verəcək

Nazir: SABAH.HUB Azərbaycanın təhsil və startap ekosisteminə töhfə verəcək

27-06-2024
“Baku ID” innovasiya festivalı keçirilir

“Baku ID” innovasiya festivalı keçirilir

19-06-2025
Bakıda innovasiya festivalı keçirilir

Bakıda innovasiya festivalı keçirilir

19-06-2025
Gənclərin iqlim texnologiyaları sahəsində startapları təqdim edilib

Gənclərin iqlim texnologiyaları sahəsində startapları təqdim edilib

16-11-2024
İnnovasiya və startap ekosisteminin inkişafı üçün memorandum imzalanıb

İnnovasiya və startap ekosisteminin inkişafı üçün memorandum imzalanıb

30-11-2023
ABB İnnovasiya Mərkəzinin daha 10 startapı investorlara təqdim edildi

ABB İnnovasiya Mərkəzinin daha 10 startapı investorlara təqdim edildi

01-07-2022
Clopos startapı INMerge Ventures-dən yeni investisiya alıb

Clopos startapı INMerge Ventures-dən yeni investisiya alıb

24-04-2026
Startap və innovasiya festivalı “Baku ID 2025” başa çatıb

Startap və innovasiya festivalı “Baku ID 2025” başa çatıb

21-06-2025
Azercell və “Mələk İnvestorlar Məktəbi” startap və investorları bir araya gətirir

Azercell və “Mələk İnvestorlar Məktəbi” startap və investorları bir araya gətirir

01-11-2025
BANM-ın “Agroficient” komandası 25,000 avro investisiya qazanıb

BANM-ın “Agroficient” komandası 25,000 avro investisiya qazanıb

26-04-2025
“Take Off Baku” beynəlxalq startap  sammiti keçiriləcək

“Take Off Baku” beynəlxalq startap sammiti keçiriləcək

02-03-2022
"Sabah city" texnoparkı yaradılacaq

"Sabah city" texnoparkı yaradılacaq

27-06-2024
Azərbaycanın Ən Yaxşı Startapı adını hansı komanda qazanacaq?

Azərbaycanın Ən Yaxşı Startapı adını hansı komanda qazanacaq?

07-06-2019
Azərbaycanda ikinci vençur fondunun yaradılması üçün şərtlər açıqlanıb

Azərbaycanda ikinci vençur fondunun yaradılması üçün şərtlər açıqlanıb

09-10-2023
Silikon Vadisinin startap proqramı Azərbaycanda

Silikon Vadisinin startap proqramı Azərbaycanda

18-10-2019
Startaplar üçün “IGNITE” İnkubasiya Proqramına start verilib

Startaplar üçün “IGNITE” İnkubasiya Proqramına start verilib

15-01-2024
“Startup School 3” finalının münsiflər heyəti elan olundu

“Startup School 3” finalının münsiflər heyəti elan olundu

17-11-2025
Startaplar üçün fürsət-  Minimum 100 min dollar dəyərində investisiya

Startaplar üçün fürsət- Minimum 100 min dollar dəyərində investisiya

18-09-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə