Previous Next
Bağla

Süni intellektə əsaslanan diaqnostika xəstəlikləri erkən aşkarlamağa kömək edir

21-02-2025 17:04
Süni intellektə əsaslanan diaqnostika xəstəlikləri erkən aşkarlamağa kömək edir

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosu 2025-2030-cu illəri əhatə edən ikinci beşillik Avropa İş Proqramı (EPW2, The European Programme of Work 2) üçün hazırlıqlara başlayıb. Bu prosesin bir hissəsi olaraq ÜST-nin Avropa Regional Bürosu 2030-cu ilə qədər Avropa Regionu üçün vahid səhiyyə gündəliyi üzrə fikir mübadiləsi, prioritetləri və tövsiyələri müzakirə etmək məqsədilə üzv dövlətlər, vətəndaş cəmiyyəti və digər tərəfdaşlar üçün genişmiqyaslı virtual ictimai dinləmələr təşkil edir. Fevralın 21-də onlayn formatda “Gələcəyin səhiyyə sistemləri: səhiyyədə texnologiyaların və innovasiyaların istifadəsi – hər yerdə və hər kəsin maraqlarına uyğun” mövzusunda videokonfrans keçirilib.

Xeberler.az bildirir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, beynəlxalq konfransda ölkəmizi səhiyyə naziri Teymur Musayev təmsil edib.

Videokonfransda çıxış edən ÜST-nin Avropa üzrə regional direktoru Hans Henri Klüge qeyd edib ki, yeni texnologiyalar, o cümlədən rəqəmsal alətlər səhiyyə sektorunu transformasiya etdirir. Onun sözlərinə görə, süni intellekt, dəqiq tibb, şəxsi və demoqrafik məlumatlardan daha yaxşı istifadə xəstəliklərin qarşısının alınması, diaqnostikası və müalicəsinə kömək edir. Bu da nəticədə insanların sağlamlığının və rifahının yaxşılaşmasına gətirib çıxarır. Bununla belə, texnoloji tərəqqi qayğıkeş insan münasibətlərini əvəz edə bilməz.

Azərbaycanın səhiyyə naziri çıxışında qlobal səhiyyənin son onillikdə, xüsusən də son iki-üç il ərzində sürətli texnoloji tərəqqi yaşadığını qeyd edib: “Səhiyyə sistemlərinin gələcəyi daha proqnozlaşdırıcı, fərdiləşdirilmiş və interaktiv olacağı ehtimalı çox yüksəkdir. Səhiyyə sənayesi texnoloji tərəqqi, məlumatlara əsaslanan qərarların qəbulu və fərdiləşdirilmiş tibbə doğru addımların birləşməsi ilə formalaşacaq. Hazırda da süni intellekt (AI), məlumatlar bazası və rəqəmsal həllər səhiyyə xidmətlərinin təkmilləşdirilməsində həlledici rol oynayır”.

Nazirin sözlərinə görə, süni intellekt səhiyyənin effektivliyini bir neçə yolla artıra bilər. “Planlaşdırma və sənədləşdirmə kimi təkrarlanan tapşırıqların avtomatlaşdırılması tibb işçilərinə diqqətini xəstələrin qayğısına fokuslanmasına imkan verir. Eyni zamanda, rəqəmsal alətlər klinik qərarlar üçün dəstəyi təkmilləşdirir. Süni intellektə əsaslanan diaqnostika xəstəliklərin erkən və daha dəqiq aşkarlanmasına kömək edərək qərar qəbulunu sürətləndirir. Məlumat bazasının təhlili ictimai səhiyyə tendensiyalarının müəyyən etməsinə kömək, habelə hədəflənmiş səhiyyə strategiyalarının hazırlanmasına imkanlar yaradır. Bununla belə, biz Aİ-ni səhiyyəyə inteqrasiya etdikcə, müvafiq qaydalar və etik prinsiplər vasitəsilə süni intellektə əsaslanan həllərin ədalətli və qərəzsiz istifadə olunmasını təmin etməliyik.

Səhiyyə sistemlərinin gələcəyinin digər əsas aspekti davamlılıqdır. Ətraf mühitə təsirləri minimuma endirmək, enerji istehlakını azaltmaq və davamlılığı təşviq etmək üçün biz yaşıl xəstəxanaların sayını artırmalı, enerjiyə qənaət edən səhiyyə müəssisələrinə və davamlı səhiyyə tullantılarının idarə edilməsinə sərmayə qoymalıyıq.

Rəqəmsal alətlər çox böyük faydalar təqdim etsə belə, onlar insanların qarşılıqlı əlaqəsini əvəz etməməlidir. Bu texnologiyalar tibb işçilərinə birbaşa xəstələrə qulluq üçün daha çox vaxt sərf etməyə imkan verən dəstəkləyici vasitələr rolunu oynamalıdır. Səhiyyə sistemləri süni intellekt və rəqəmsal həllərdən istifadə etməklə işçi qüvvəsi çatışmazlığını aradan qaldıra, tibbi xidmətin keyfiyyətini yaxşılaşdıra və daha davamlı və səmərəli gələcək yarada bilər”, - deyə səhiyyə naziri fikrini tamamlayıb.

İclas zamanı ÜST-nin Avropa Regional Bürosuna üzv dövlətlərin, tərəfdaşların və vətəndaş cəmiyyətinin nümayəndələri səhiyyə sistemlərinin fəaliyyətini yaxşılaşdırmaq üçün sürətli texnoloji irəliləyişlərin potensialını, səhiyyə sistemlərinin texnoloji nailiyyətlərdən daha yaxşı istifadə etməsini təmin etmək üçün lazım olan əsas siyasət dəyişikliklərini, “rəqəmsal təcridlə” mübarizədə vətəndaşların və icmaların rolu kimi mövzuları müzakirə ediblər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Süni intellekt və real həllər vasitəsilə səhiyyə problemləri birdəfəlik həll edilə bilər

15-03-2025

Azərbaycanın səhiyyə sahəsində mütərəqqi texnologiyaların və süni intellektin tətbiqi müzakirə edilib

22-05-2023

Çin səhiyyədə süni intellekt istifadəsini genişləndirir

05-11-2025

Nazirlik: Bütün tibbi qeydiyyat sənədləri elektronlaşdırılacaq

18-12-2024

Süni intellekt tibdə yeni imkanlar yaradır

06-05-2026

Ümumdünya Səhiyyə Təşkilatı süni intellektlə bağlı çağırış edib

21-11-2025

Bir həftə ərzində 1730 elektron xəstəlik vərəqi imzalanıb

07-05-2025

Elektron səhiyyə ilə bağlı seminar keçirilib

05-04-2019

Azərbaycanın elektron səhiyyə sahəsində yenilik

09-12-2015

Elektron Səhiyyə Xidmətinə müraciətlər çoxalıb

30-04-2015

2023-cü ildən etibarən “Elektron Epikriz” səhiyyə işçiləri üçün əlçatandır

25-02-2023

Elektron səhiyyə xidmətinə edilən müraciətlərin sayı açıqlanıb

28-09-2015

“Elektron reseptin verilməsinə çalışırıq”

16-03-2017

”Elektron səhiyyə” portalı yeniləndi

17-12-2015

Səhiyyə müəssisələrinin elektron poçt xidməti vahid domendə birləşdi

09-03-2011

İKT-nin tətbiqi TDT-ın sərhədlərarası pasiyent məlumatları mübadiləsini mümkün edir

08-10-2024

Kibertəhlükəsizliyə Nəzarət və Monitorinq Mərkəzi fəaliyyətə başlayıb

29-12-2025

Naxçıvanda e-səhiyyə sistemi qurulur

04-11-2025

"Elektron Səhiyyə" internet portalı yenilənib

28-02-2011

Elektron Səhiyyə Mərkəzinə 31 minə yaxın müraciət edilib

27-12-2015

“Elektron resept tibbi məlumatlara əlçatanlığı təmin edəcək”

17-01-2024

“Səhiyyə sisteminin transformasiyası çərçivəsində əczaçılıq sektorunun rəqəmsallaşdırılması” layihəsi təqdim edilib

16-01-2024

Azərbaycan MDB ölkələrini e-səhiyyə üzrə yeni qanunları birgə işləməyə çağırıb

12-06-2021

Azərbaycanda 20 həkimə 1 kompüter düşür

19-05-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə