Previous Next
Bağla

Elektron Səhiyyə Mərkəzinə 31 minə yaxın müraciət edilib

27-12-2015 08:56
Elektron Səhiyyə Mərkəzinə 31 minə yaxın  müraciət edilib

İl ərzində Elektron Səhiyyə Mərkəzinə 31 minə yaxın insan müraciət edib.

Bu barədə Xeberler.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, vətəndaşların səhiyyə ilə bağlı müraciətlərinin təcili həlli məqsədilə keçən ilin sonunda Elektron Səhiyyə Mərkəzi istifadəyə verilib. Vaxtilə vətəndaşlar ərizə ilə, məktubla Nazirliyə müraciət edib, xeyli gözləməli olurdularsa, indi isə bir növ Səhiyyə Nazirliyinin Asan Xidmət funksiyasını yerinə yetirən bu Mərkəz onların problemlərini rahat və qısa müddətdə həll etməyə imkan verir.

Eyni zamanda Səhiyyə Nazirliyinin Qaynar xətt əlaqə mərkəzinə daxil olmuş 528 məlumat araşdırılıb.

Məlumatda qeyd edilir ki, Vahid Səhiyyə İnformasiya Sistemi-nin formalaşdırılması, o cümlədən səhiyyə sahəsində elektron xidmətlərinin genişləndirilməsi istiqamətində də işlər aparılır.

Nazirliyin rəsmi internet səhifəsində yaradılmış “Elektron xidmətlər” bölməsində 38 elektron xidmət artıq fəaliyyət göstərir.

2015-ci il ərzində “Elektron Səhiyyə” internet portalı vasitəsi ilə təqdim olunan elektron xidmətlərdən 49 mindən çox istifadə qeydə alınıb.

Bundan əlavə , ili ərzində tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin (Forma 88) vahid mərkəzləşdirilmiş reyestri yaradılıb.

 Talassemiya ilə mübarizə sahəsində qəbul olunmuş Dövlət Proqramı çərçivəsində nikah üçün tibbi arayışların məlumat bazası yaradılıb və respublika üzrə 69 tibb müəssisəsi və 4 ASAN xidmət mərkəzində tətbiq olunub.

Kadrların Avtomatlaşdırılmış Uçot Sistemi təkmilləşdirilib. Tibb işçilərinin mərkəzləşdirilmiş işə qəbulu və sertifikasiya üzrə informasiya sistemləri yeni qaydalara uyğun olaraq hazırlanıb.

 

Məltəm Talıbzadə 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycanın elektron səhiyyə sahəsində yenilik

09-12-2015

Bir həftə ərzində 1730 elektron xəstəlik vərəqi imzalanıb

07-05-2025

"Elektron Səhiyyə" internet portalı yenilənib

28-02-2011

Elektron səhiyyə xidmətinə edilən müraciətlərin sayı açıqlanıb

28-09-2015

Tibbi arayışların verilməsi ilə bağlı elektron registr yaradılıb

22-12-2014

”Elektron səhiyyə” portalı yeniləndi

17-12-2015

Elektron səhiyyə ilə bağlı seminar keçirilib

05-04-2019

Elektron Səhiyyə Xidmətinə müraciətlər çoxalıb

30-04-2015

Səhiyyə müəssisələrinin elektron poçt xidməti vahid domendə birləşdi

09-03-2011

“Elektron reseptin verilməsinə çalışırıq”

16-03-2017

“Həkim axtarışı” - yeni xidmət yaradılır

13-02-2015

2023-cü ildən etibarən “Elektron Epikriz” səhiyyə işçiləri üçün əlçatandır

25-02-2023

Naxçıvanda e-səhiyyə sistemi qurulur

04-11-2025

Nazirlik: Bütün tibbi qeydiyyat sənədləri elektronlaşdırılacaq

18-12-2024

Bu gündən xəstəlik vərəqələri elektron formada veriləcək

01-05-2025

İndiyədək vətəndaşlara elektron qaydada verilmiş tibbi arayışların sayı açıqlanıb

17-09-2024

Mayın 1-dən “e-bülleten” sisteminə keçid ediləcək

21-04-2025

Nikaha daxil olmaqla bağlı tibbi arayışlar elektronlaşdırılır

02-05-2023

Səhiyyə sahəsində rəqəmsal qeydiyyat sistemi yaradılacaq

30-12-2016

Hamilə qadınlara nəzarət üçün vahid elektron registr yaradılır

01-07-2015

Azərbaycanda xəstəlik vərəqələri elektron veriləcək

04-04-2023

“Elektron resept tibbi məlumatlara əlçatanlığı təmin edəcək”

17-01-2024

“Elektron hökumət” portalı üzərindən tibb sahəsinə dair iki yeni elektron xidmət təqdim edilib

13-12-2013

Azərbaycanda həkim axtarışı elektronlaşdırılıb

21-07-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə