Tərtər rayonunda təsərrüfatların çoxu genişzolaqlı internetlə təmin edilib

30-08-2024 / 18:06

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Onlayn Azərbaycan” layihəsi çərçivəsində Tərtər rayonunda mövcud ev təsərrüfatı və biznes subyektlərinə GPON texnologiyası ilə yüksəksürətli internetə qoşulma imkanı yaradılıb.

Xeberler.az bildirir ki, Tərtər şəhərində şəbəkənin tikintisi başa çatıb. Şəhər mərkəzində 6788 təsərrüfatdan 3787 ev təsərrüfatı və biznes subyekti GPON xidmətlərindən yararlanır.

Rayonun Seydimli, Hacıqərvənd, Buruc, Şəhləbad, Aşağı Sarıcalı, Yuxarı Sarıcalı, Bayandur, Əskipara, Ələsgərli, Yenikənd, Düyərli, Söylən, İrəvanlı, Mamırlı, Yuxarı Mamırlı, Hacalı, Alışarlı, Poladlı, Bildirçinli, Borsunlu, Kovdadıq, Umudlu, Rəcəbbəyli, Sarov, Bəyimsarov, Qaynaq, Aşağı Qapanlı, Qazyan, Hüsənli, Azad Qaraqoyunlu, İlxıçılar, Köçərli, Balakəngərli, Cəmilli, Dəmirçilər, Kəngərli, Qaradağlı, Təzəkənd, Xoruzlu, Ağkənd, Kəbirli, Bayandurlu, Talış kəndləri və Şıxarx qəsəbəsində 13695 təsərrüfat üçün şəbəkənin tikintisi başa çatdırılıb.

Ümumilikdə rayonda mövcud təsərrüfatların 95%-dən çoxunun genişzolaqlı internetə çıxışı təmin edilib. Hazırda rayon ərazisində 7939 təsərrüfat GPON xidmətlərindən yararlanır və yeni qoşulmalar davam etdirilir.

Müasir texnologiyaların tətbiqi istiqamətində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin həyata keçirdiyi “Onlayn Azərbaycan” layihəsi çərçivəsində ölkənin digər bölgələrində də yüksəksürətli internetin təmin edilməsi üçün müvafiq işlər planlı şəkildə davam etdirilir.

Qeyd edək ki, ümumilikdə 2,8 milyon təsərrüfat genişzolaqlı internetlə əhatə olunub.

Bu, ölkədə mövcud ev təsərrüfatı və biznes subyektlərinin 95,5%-ni təşkil edir.

 


ŞƏRHLƏR


OXŞAR XƏBƏRLƏR







sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə