“Aztelekom” MMC Zaqatala rayonunda 7036 ev təsərrüfatına GPON texnologiyası ilə yüksəksürətli internetə qoşulma imkanı yaradıb.
Xeberler.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaydığı məlumata istinadən xəbər məlumat ki, hazırda 4746 abunəçi müvafiq xidmətlərdən yararlanır.
Rayonun 11 kəndi, 1 qəsəbəsi və 1 massivində, həmçinin şəhərin 10 prospekt və 1 küçəsində işlər artıq tamamlanıb.
Hazırda rayonun Yuxarı Tala, Aşağı Tala, Yengiyan, Mosul, Muğanlı, Makov, Yolayrıc, Höytala, Paşan kəndlərində, şəhərin Heydər Əliyev prospekti, Faiq Əmirov, Anar Həmidov, İmam Şamil, Nizami, Vidadi, H.Z.Tağıyev və 28 May küçələrində isə işlər davam etdirilir.
Yeni GPON texnologiyasının tətbiqi ilə abunəçilərə daha sürətli (30 mbit/s-dən 100 mbit/s-dək) internet paketləri təklif olunur. Həmin paketlər aşağıdakı kimidir:
– internet
– internet + telefoniya
– internet + televiziya
– internet + telefoniya + televiziya
Xidmət haqqı seçilmiş tarifdən və müştəri tələbatından asılı olaraq 18 AZN-dən 54 AZN-dək dəyişir.
Vətəndaşlar xidmətlərə qoşulmaq üçün “Aztelekom”un “170” Çağrı mərkəzinə zəng edə, ərazi üzrə xidmət göstərən şöbəyə (ünvan: Zaqatala şəhəri, H.Əliyev pr. 36), həmçinin qurumun rəsmi saytı vasitəsilə müraciət edə bilərlər.
Qeyd edək ki, müasir texnologiyaların tətbiqi istiqamətində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin həyata keçirdiyi “Onlayn Azərbaycan” layihəsi çərçivəsində ölkənin digər bölgələrinin də yüksəksürətli internetlə təmin edilməsi üçün müvafiq işlər planlı şəkildə davam etdirilir.
2023-cü ilin 8 ayı ərzində 491 min ev təsərrüfatının genişzolaqlı internetə çıxışı təmin edilib. Ümumilikdə isə 1,3 milyondan çox ev təsərrüfatı üçün genişzolaqlı internetə qoşulma imkanı yaradılıb. Bu, ölkədə mövcud ev təsərrüfatlarının 49%-ni təşkil edir. Cari ilin sonuna kimi göstəricinin 55%-ə çatdırılması nəzərdə tutulur.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri