Previous Next
Bağla

Trendyol-un Azərbaycana gəlişi e-ticarət ekosisteminə necə təsir edəcək?

01-05-2023 14:44
Trendyol-un Azərbaycana gəlişi e-ticarət ekosisteminə necə təsir edəcək?
Trendyol-un Azərbaycana gəlişi çoxdan gözlənilirdi, amma PAŞA Holdinqlə anlaşma çərçivəsində gəlişi bir az gözlənilməz oldu.
 
Ötən günlər bu iki qurum İstanbulda keçirilən "TEKNOFEST" çərçivəsində Azərbaycanda birgə fəaliyyətlə bağlı anlaşma imzalayıblar. 
Bu gəliş və anlaşma Azərbaycan bazarına necə təsir edəcək?
 
Trendyol kimi nəhəng, bazar təcrübəsi olan və məşhur bir e-ticarət platformasının Azərbaycan bazarına daxil olması ekosistemin inkişafı baxımından, yeni e-ticarət mədəniyyətinin formalaşması, xidmətlərin daha sürətli əldə edilməsi, innovasiyaların və texnologiyaların tətbiqi, əlçatanlıq, daha rahat alış- veriş şəraiti, müştəri loyallığı və güvənlik baxımından müsbət addım olaraq dəyərləndirilə bilər. Amma dərhal da qeyd edim ki, yalnız Trendyol-a istiqamətlənən onlarla yerli, kiçik karqo şirkətlərimiz üçün rəqabət çox çətinləşəcək. Güman etmək olar ki, onların çoxu, digər bazarlara çıxış imkanı qazanmasalar rəqabətə tab gətirməyəcək və bağlanmaq təhlükəsi ilə üzləşə biləcəklər.
 
Xatırladıram ki, son 2-3 ildə bu tip karqo şirkətlərin sayı 200-ə çatmışdı. Əslində, digər xidmətlər təqdim etməyən, yalnız "aralıq" funksiyası göstərən bu tip şirkətlərin nə zamansa təhlükə ilə üzləşəcəyi proqnozlaşdırılan idi.  Düşünürəm ki, nisbətən böyük karqo şirkətlərimiz, Trendyol-dan fərqli olan mağaza və platformalar üzərindən də xidmət göstərənlər, dəyişikliyə uyğunlaşmaqla, yeni bazarlar əldə etməklə və innovasiyaları genişləndirməklə rəqabətə davam gətirə biləcəklər.
PAŞA Holdinqin bu şirkətlərlə münasibəti və çatdırılma sahəsində onlarla əməkdaşlıq da bu karqo şirkətlərin gələcək taleyində mühüm rol oynayacaq.
 
Düşünmək olar ki, e-ticarət ekosistemində PAŞA Holdinqin, onun e-ticarət platforması olan Umico-nun xüsusi çəkisi artacaq. PAŞA Holdinq bu bazarda nəhəng oyunçuya çevriləcək. Güman ki,Trendyol üzərindən bütün alış-veriş əməliyyatların ödəniş sistemi PAŞA Bankın ödəniş sistemi ilə reallaşacaq. PAŞA Holdinq və Trendyol anlaşmalarının Umico-nun güclənməsinə xidmət edəcəyi şəksizdir. Çatdırılma infrastrukturu da olan Umico daha geniş müştəri bazası əldə edə biləcək və s. Bu baxımdan yerli e-ticarət qurumları üçün də risklər qaçılmaz ola bilər.
 
PAŞA Holdinq son zamanlar yeni ödəniş sistemləri də formalaşdırıb. Güman ki, Trendyol Yemək və s. servislər də yaxınlarda Azərbaycan bazarına daxil olacaq.
Qısası, gözləmək olar ki, bu cür davam etsə, PAŞA Holdinq Azərbaycanın karqo, fintex və e-ticarət sektorunda hətta hökmran mövqeyə sahib olsun. Belə olan halda isə Holdinq antiinhisar qanunvericiliyin perimetrinə daxil olacaq. Yeri gəlmişkən, bu sövdələşməyə Antiinhisar Dövlət Xidmətinin də münasibəti maraqlıdır.
 
Əsas məsələ odur ki, görəsən Trendyol-un gəlişindən sonra Azərbaycan vətəndaşları üçün qiymətlər necə olacaq ?
 
Düşünmək olar ki, Trendyol.com-a daxil olmaq istəyənlər Trendyol.az -a yönləndiriləcək, görəsən vətəndaşlarımız burada əvvəlki qaydada sərfəli olan köhnə qiymətlərlə rastlaşacaqlar, yoxsa Trendyol Azərbaycan bazarı üçün yeni, baha qiymətlər müəyyən edəcək?
 
Anlaşmanı imzalayan PAŞA Holdinq rəhbəri Cəlal Qasımov daha sərfəli qiymətlərin və məhsul çeşidlərinə çıxış imkanlarının olacağını da bildirib.
 
Amma Azərbaycan bazarında olan bəzi brendlərin Trendyol vasitəsilə satışında məhdudiyyətlərin olacağını indidən proqnozlaşdırmaq olar. Ümumiyyətlə, qiymət siyasətinin necə olacağını güman ki, yaxın zamanlarda görəcəyik.
 
Ümid edək ki, daha sərfəli və ağlabatan qiymətlər olacaq.
 
Osman Gündüz
Azərbaycan İnternet Forumunun prezidenti, ekspert 
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“PAŞA Holdinq” taksi bazarına da daxil olur-ŞƏRH

03-05-2023

Trendyol-dan Azərbaycan istifadəçiləri üçün - Yenilik

03-05-2023

Trendyol Group birbaşa Azərbaycanda işləyəcək

01-05-2023

Azərbaycanda “Trendyol”a qarşı tədbirlər görülə bilər

23-02-2023

Sosial şəbəkələrdə “Trendyol” adından saxta iş təklifləri göndərilir - Xəbərdarlıq

25-05-2023

“Trendyol” Azərbaycanda şirkət yaradıb

24-08-2023

“Trendyol”un Azərbaycanda 3 milyondan çox istifadəçisi var

30-11-2023

Azərbaycan “Trendyol” vasitəsilə ən çox alış-veriş edən ölkə olub

16-03-2024

Süheylə Cəfərovaya “Trendyol”da yüksək vəzifə verildi

18-01-2024

"Trendyol"dan sifariş verilən məhsulların gecikməsinə aydınlıq gətiriLİb

10-01-2024

Agentlikdə “Trendyol” şirkətinin nümayəndələri ilə görüş keçirilib

05-02-2026

İKTA və “Trendyol” məlumat mübadiləsi həyata keçirəcək

22-02-2024

Azərbaycanda “INMerge Ventures” kapital fondu yaradılıb

10-10-2024

“Bakcell” “Birbank” istifadəçilərinə xüsusi üstünlüklər verən"Birinci" tarifini təqdim edir

05-11-2024

Azərbaycanda elektron ticarət xidmətləri göstərən startaplar və layihələr təsdiqlənməyə çalışırlar – ŞƏRH

12-10-2023

Dövlət Xidmətində “Trendyol” şirkətinin nümayədə heyəti ilə görüş keçirilib

04-11-2023

Son 5 ildə elektron ticarətin dövriyyəsi 20 dəfə artıb

01-03-2024

“InMerge İnnovasiyalar Sammiti”nin ilk gününün xülasəsi

01-12-2023

“InMerge İnnovasiyalar Sammiti”nin ilk gününün xülasəsi

01-12-2023

“Trendyol”un baş direktoru: Texnologiya və innovasiyalar üzrə regionun lideri olan Azərbaycan bizim üçün mühüm bazardır

10-10-2024

Azərpoçt-un hesabatı haqqında

26-01-2024

Azərbaycanın nəhəng holdinqi ABŞ-a “İnnovasiyalar səfəri” təşkil edib

16-06-2022

“Trendyol”a qarşı araşdırma başlayıb

13-06-2022

Karqolar və rəqəmsal dünyada istehlakçı hüququ

16-09-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə