Previous Next
Bağla

Karqolar və rəqəmsal dünyada istehlakçı hüququ

16-09-2021 17:04
Karqolar və rəqəmsal dünyada istehlakçı hüququ
 
Son bir-iki ildə ölkədə karqo (daşıma-kuryer) şirkətlərinin sayı sürətlə artıb.
 
Xeberler.az bildirir ki, hazırda ölkədə 200-dən çox karqo şirkəti qeydiyyatdan keçib və xeyli hissəsi aktiv fəaliyyət göstərir. Təkcə son bir ildə 100-dən çox karqo şirkəti açılıb. Bu şirkətlərin bir çoxu artıq regionlarda filiallarını da yaradıblar.
 
Bu şirkətlər yüz minlərlə vətəndaşın e-ticarət yolu ilə xaricdən, Türkiyədən, Çindən, Avropadan və ABŞ-dan müxtəlif malların alınmasında yardımçı olur.
 
Malların çatdırılması üçün yerli karqo şirkətlərinə çəkidən asılı olaraq müəyyən rüsumlar ödənilir. Ölkə daxilində qiymətlərin baha olması və Pandemiya son illər e-ticarəti daha da canlandırıb.
 
Vətəndaşlar malı xarici onlayn platformadan həm birbaşa özü alır, həm də alacağı malın linkini karqo şirkətinə təqdim edərək sifariş verməklə alış-veriş prosesində iştirak edirlər.
 
Onlayn alış-verişdə çətinlik çəkənlər, yerli bank kartı ilə ödənişdə problemi olanlar adətən sifariş yolunu seçirlər.
 
Sifarişin təsdiqlənməsi, malın alınması və xarici anbara çatdırılması, Bakıya yola düşməsi, Bakıdakı anbara çatması və sonda təhvil verilməsi ilə bağlı məlumatlar mobil telefona, email və şəxsi kabinetə bildiriş kimi ötürülür.
 
Məsələyə bağlı Azərbaycan İnternet Formunun Prezidenti Osman Gündüz münasibət bildirib.
 
Ekspertin sözlərinə görə, son ildə karqo şirkətlər ölkədə elektron ticarətin dövriyyəsinin artırılmasınada, elektron ticarət mədəniyyətinin formalaşmasında, daşıma və çatdırılma infrastukturunun, sektorda əlavə dəyərlərin formalaşmasında, kart daşıyıcılarının sayının artmasında və nəqdsiz dövriyyənin yüksəlməsində mühüm rol oynayır.
 
"Yeri gəlmişkən qeyd edim ki, e-ticarətin inkişafında Dövlət Gömrük Komitəsinin Smart Customs sistemi də mühüm rol oynayır.
 
Elektron ticarət yolu ilə xaricdən alınan malların karqolar və vətəndaşlar tərəfindən gömrük bəyyanəmələrinin verilməsi məhz online mühitdə, Smart Customs üzərindən həyata keçirilir.
 
Yüz minlərlə vətəndaşımız, o cümlədən də karqo şirkətlər Smart Customs-dan effektiv istifadə etməklə gömrük proseduralarını onlayn mühitdə gerçəkləşdirə bilirlər".
 
Osman Gündüz bildirib ki, bəzi hallarda karqoların keyfiyyətsiz xdimətlərindən də şikayətlər olur. Son zamanlar bu tip hallar daha tez-tez təkrar olunur. Bəzi hallarda alınan mallar çox gec çatdırılır. Belə hallarda istehlakçılar öz hüquqlarını reallaşdırmaqda çətinlik çəkirlər.
 
"Ümumiyyətlə, ölkədə, xüsusən də rəqəmsal sektorda istehlakçıların hüquqlarının qorunması istiqamətidnə ciddi problemlər var.
 
Bu sahəyə cavadeh olan Antiinhisar və İstehlak Bazarına nəzarət Dövlət Xidməti səylərini gücləndirməlidir. Rəqəmsal sektorda, e-ticarət sahəsində vətəndaşların hüquqlarının qorunması üçün müvafiq qanunvericilik, Elektron ticarət haqqında və İstehlakçıların hüquqlarının qorunması haqqında qanunlar yenidən işlənməlidir. Eyni zamanda, düşünürəm ki, karqo şirkətlərin vahid bir reyestrinin yaradılması da doğru olardı.
 
Bu reyestrin DGK və ya NRYTN tərəfindən hazırlanması və rəsmi saytlarda yerləşdirilməsi də vətəndaşlar üçün xeyli faydalı olardı".
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ekspert: Smart Customs resursu qarşıya qoyulan vəzifəni yerinə yetirə bilirmi?

03-05-2021

“Smart Customs” yenidən fəaliyyətini bərpa edib

01-02-2021

Trendyol-dan Azərbaycan istifadəçiləri üçün - Yenilik

03-05-2023

Dövlət Agentliyi sosial şəbəkələrdə alış-verişlə bağlı xəbərdarlıq edib

12-03-2026

Rəqəmsal mühitdə istifadəçi hüquqlarını kim qorumalı?

18-01-2018

Samir Məmmədov: "2 000-ə yaxın zərərli internet resuru bloklanıb"

12-03-2026

Rəqəmsal texnologiyalar sahəsində istehlakçı hüquqları ilə bağlı araşdırma aparılır

27-04-2022

Milli internet-mağazalar rəqabətə dözmür

26-01-2015

Böhran şəraitində elektron ticarətin taleyi necə olacaq?- Şərh

23-12-2015

Trendyol-un Azərbaycana gəlişi e-ticarət ekosisteminə necə təsir edəcək?

01-05-2023

Hökumətin verdiyi qərar e-ticarəti məhdudlaşdırmağa yönəlib

24-08-2020

Ən yaxşı mobil tətbiq hansıdır? - Ekspertdən açıqlama

21-09-2021

Agentlikdə “Trendyol” şirkətinin nümayəndələri ilə görüş keçirilib

05-02-2026

Poçt xidmətlərinin inkişafı elektron ticarətlə bağlıdır

24-05-2015

Son 5 ildə elektron ticarətin dövriyyəsi 20 dəfə artıb

01-03-2024

“Azərpoçt” MMC karqo xidmətini istifadəyə verib

29-11-2022

E- ticarətin vergiyə cəlb olunmasının səmərəli mexanizmi yaradılır

02-09-2016

Elektron pərakəndə ticarət dövriyyəsinin həcmi 6,4 milyon manat olub

15-01-2015

Ekspert: DGK və Azərpoçt e-ticarət üçün normal bir sistem qura bilmir

22-05-2019

Elektron ticarətə “ƏDV yükü” – yeni qanun niyə gecikir?

19-03-2021

“Smart Customs” mobil tətbiqi nə üçün çöküb ?

06-01-2021

"Smart Customs" mobil tətbiqi ilə məcburi bəyanetmə müvəqqəti dayandırılıb

30-09-2020

Malın gömrük dəyərinin müəyyən edilməsi üçün rəqəmsal həll niyə yaradılmır?

19-07-2023

Poçtdaşıma və kuryer şirkətləri üçün yeni ticarət platforması yaradılıb

29-01-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə