Previous Next
Bağla

Trendyol Group birbaşa Azərbaycanda işləyəcək

01-05-2023 08:51
Trendyol Group birbaşa Azərbaycanda işləyəcək

Türkiyənin aparıcı e-ticarət platforması və Avropanın ən böyük texnologiya şirkətlərindən biri olan “Trendyol” Azərbaycanın aparıcı konqlomeratı olan “PAŞA Holding” ilə müqavilə bağlayıb. Müqaviləyə əsasən, tərəflər Azərbaycanda birgə elektron ticarət xidmətləri göstərəcək.

Xeberler. az məlumat verir ki, Trendyol Qrupunun prezidenti Çağlayan Çetin bu barədə belə bildirib: “PAŞA Holding”in Azərbaycan bazarında olan təcrübəsi və “Trendyol”un texnologiya, logistika və istehsalat sahəsində mövcud təcrübəsinin birgə yaratdığı sinerji Azərbaycanda elektron ticarət ekosisteminin inkişafına mühüm töhfələr verəcək. İnanıram ki, bizim strateji tərəfdaşlığımız uğurlu olacaq və qardaş ölkəmiz Azərbaycana müsbət təsir göstərəcək”.

“PAŞA Holding”in baş icraçı direktoru Cəlal Qasımov bu barədə fikirlərini bölüşərək deyib: “Artıq neçə müddətdir ki, Azərbaycanda “Trendyol”un məhsul və xidmətlərinə ciddi istehlak tələbi müşahidə olunur. Bu müqavilə ilə biz həm şirkət olaraq rəqəmsal pərakəndə satış ekosistemində fəaliyyətimizi genişləndirəcəyik, həm də qardaş ölkələrimiz arasında e-ticarət təcrübəsinin paylaşılmasını təmin edəcəyik”.

Cəlal Qasımov bu əməkdaşlığın ölkə bazarında yaradacağı yeni imkanların əhəmiyyətini də vurğulayıb. “Elektron ticarətin sadəliyi, geniş məhsul seçimlərinin təqdim etməsi və rəqabətli qiymət təklif etməsinə görə ölkəmizdə bu sahəyə maraq olduqca yüksəkdir. Bu müqavilə istifadəçilərə daha geniş məhsul çeşidinə daha sərfəli qiymətlərlə asan çıxış təmin edərək müştəri təcrübəsini yaxşılaşdıracaq. Eyni zamanda, platforma daxilində ölkəmizdə fəaliyyət göstərən şirkətlərin təqdim etdiyi digər maliyyə xidmətləri və loyallıq proqramları da buraya əlavə olunacaq ki, bu da ümumi maliyyə sağlamlığına da töhfə verəcək. Bundan əlavə, cari əməkdaşlıq ölkəmizdə texnologiya və logistika sahələrinin inkişafına töhfə verəcək ki, bu da öz növbəsində həm ölkədaxili çatdırılma xidmətlərinə müsbət təsir göstərəcək, həm yeni iş yerlərinin yaranmasını təşviq edəcək, həm də ölkəmizə xarici yatırımların axınını stimullaşdıracaq”, – deyə Cəlal Qasımov bildirib.

Trendyol Qrupunun prezidenti Çağlayan Çetin strateji tərəfdaşlığın ortaq sinerjiləri artıracağını bildirib. “PAŞA Holding” ilə biz bu maraqlı strateji tərəfdaşlıqda ilk addımı atdıq. İnfrastrukturumuz tamamlandıqdan sonra Azərbaycanda fəaliyyətə başlayacağıq. Qeyd edim ki, ötən il Azərbaycan “Trendyol”a daxil edilən beynəlxalq sifarişlərə görə birinci yerdə qərarlaşıb. Bundan əlavə, Trendyol tətbiqi 2022-ci ildə Azərbaycanda ən çox yüklənən proqram olub. Düşünürəm ki, “PAŞA Holding”in Azərbaycan bazarındakı təcrübəsi “Trendyol”un texnologiya, logistika və istehsal sahəsində təcrübəsi ilə birlikdə həm şirkətlərin, həm də ölkələrimizin iqtisadiyyatının inkişafına mühüm töhfələr verəcək. Platforma Türkiyə və Azərbaycan istehsalçılarını, satıcılarını və müştərilərini bir araya gətirməyə xidmət edəcək və beləliklə, hər iki ölkənin maraqlarına xidmət edən ilk ekosistem olacaq. Odur ki, biz strateji tərəfdaşlığımızın uğuruna və onun qardaş ölkəmiz Azərbaycana göstərəcəyi müsbət təsirə inanırıq”, – deyə Çağlayan Çetin vurğulayıb.

“Bu təşəbbüs həm də sərhədlərarası ticarəti asanlaşdırmaq və regionda iqtisadi artımı təşviq etməklə Türkiyə və Azərbaycan arasında əməkdaşlıq əlaqələrini gücləndirəcək” – deyə Trendyol Qrupunun prezidenti əlavə edib.

“Trendyol” və “PAŞA Holding” Azərbaycanda e-ticarət xidmətlərinin göstərilməsi üçün birgə şirkətin yaradılması barədə razılığa gəliblər.

2010-cu ildə qurulan “Trendyol” Türkiyənin aparıcı e-ticarət platforması və Avropanın ən böyük texnologiya şirkətlərindən biridir. Şirkət Türkiyənin R&D mərkəzləri, “Trendyol Tech”, “Trendyol Express”, “Trendyol Go”, “Dolap”, eləcə də Türkiyənin ən sürətli logistika və çatdırılma şəbəkələri daxil olmaqla bir çox şirkətləri ehtiva edir. Bundan əlavə, trendyol.com/de (Alman müştəriləri üçün) və trendyol.com/en vasitəsilə “Trendyol” türk istehsalçılarını 27 Avropa ölkəsi ilə bir araya gətirir. “Trendyol”, həmçinin B2B modeli ilə partnyor platformaları vasitəsilə 90-dan çox ölkədəki müştərilərə çıxış əldə edir və yerli istehsalçılar üçün ümumilikdə 100-dən çox ölkəyə elektron ixrac imkanı yaradır. “Trendyol” müştərilərə birbaşa Azərbaycanda öz platforması vasitəsilə xidmət göstərəcək.

2006-cı ildə təsis edilən “PAŞA Holding” Azərbaycanda bankçılıq, sığorta, tikinti, kənd təsərrüfatı, qonaqpərvərlik və digər sahələr də daxil olmaqla, müxtəlif sektorlarda fəaliyyət göstərir. Ənənəvi oflayn biznesləri ilə yanaşı, “PAŞA Holding” istehlakçılar üçün əsas pərakəndə bankçılıq xidmətləri (yəni, “Kapital Bank” tərəfindən “BirBank”) ətrafında əlavə rəqəmsal xidmətlər təklif edərək ekosistem formalaşdırıb. Bu xidmətlərə bonus proqramı, B2C (yəni biznesdən müştəriyə yönəlmiş) bazarı, rəqəmsal pul kisəsi və digər xidmətlər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Trendyol”un Azərbaycanda 3 milyondan çox istifadəçisi var

30-11-2023

“Trendyol” Azərbaycanda şirkət yaradıb

24-08-2023

Azərbaycanda elektron ticarət xidmətləri göstərən startaplar və layihələr təsdiqlənməyə çalışırlar – ŞƏRH

12-10-2023

Azərbaycanda “Trendyol”a qarşı tədbirlər görülə bilər

23-02-2023

Süheylə Cəfərovaya “Trendyol”da yüksək vəzifə verildi

18-01-2024

Azərbaycan “Trendyol” vasitəsilə ən çox alış-veriş edən ölkə olub

16-03-2024

Sosial şəbəkələrdə “Trendyol” adından saxta iş təklifləri göndərilir - Xəbərdarlıq

25-05-2023

Trendyol-dan Azərbaycan istifadəçiləri üçün - Yenilik

03-05-2023

Trendyol-un Azərbaycana gəlişi e-ticarət ekosisteminə necə təsir edəcək?

01-05-2023

"Trendyol"dan sifariş verilən məhsulların gecikməsinə aydınlıq gətiriLİb

10-01-2024

Agentlikdə “Trendyol” şirkətinin nümayəndələri ilə görüş keçirilib

05-02-2026

İKTA və “Trendyol” məlumat mübadiləsi həyata keçirəcək

22-02-2024

“Trendyol”un baş direktoru: Texnologiya və innovasiyalar üzrə regionun lideri olan Azərbaycan bizim üçün mühüm bazardır

10-10-2024

“InMerge İnnovasiyalar Sammiti”nin ilk gününün xülasəsi

01-12-2023

“InMerge İnnovasiyalar Sammiti”nin ilk gününün xülasəsi

01-12-2023

“Trendyol”a qarşı araşdırma başlayıb

13-06-2022

Dövlət Xidmətində “Trendyol” şirkətinin nümayədə heyəti ilə görüş keçirilib

04-11-2023

“Bakcell” “Birbank” istifadəçilərinə xüsusi üstünlüklər verən"Birinci" tarifini təqdim edir

05-11-2024

Azərbaycanda “INMerge Ventures” kapital fondu yaradılıb

10-10-2024

“Bakcell” və “Birbank” Azərbaycanda ilkə imza atdı

12-05-2025

Clopos startapı INMerge Ventures-dən yeni investisiya alıb

24-04-2026

NEQSOL Holding şirkətləri Azərbaycanda ən iri vergi ödəyiciləri sırasında

14-04-2026

Bakıda “INMerge” innovasiya sammiti davam edir

11-10-2024

“Amazon”un vitse-prezidenti və “YouTube”un həmtəsisçisi Bakıya gəlir

30-08-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə