Previous Next
Bağla

Universitetlər Anlaşma Memorandumu imzaladılar

07-03-2024 12:25
Universitetlər Anlaşma Memorandumu imzaladılar

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Gəncə Dövlət Universiteti (GDU), Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU), Mingəçevir Dövlət Universiteti (MDU) və Azərbaycan Texnologiya Universiteti (ATU) tərəfindən Gəncə Yaşıl İqtisadiyyat Forumunun keçirilməsi barədə Anlaşma Memorandumunun imzalanması məqsədilə onlayn formatda görüş keçirilib.

Görüşdə Azərbaycan Respublikasının Birinci Vitse-Prezidentinin Katibliyinin baş məsləhətçisi Elmar Məmmədov, Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova, Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf və sosial siyasət şöbəsinin müdiri Hüseyn Hüseynov, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov, Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov və Azərbaycan Texnologiya Universitetinin rektoru vəzifəsini icra edən Yaşar Ömərov çıxış ediblər. Görüşdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Energetika Nazirliyinin və Dövlət Turizm Agentliyinin rəsmiləri də iştirak ediblər. 

Birinci Vitse-Prezidentin Katibliyinin baş məsləhətçisi Elmar Məmmədovun moderatorluğu ilə keçirilən görüşdə bildirilib ki, XXI əsrdə qlobal inkişaf gündəliyinin mühüm prioriteti kimi müəyyən edilmiş iqlim dəyişmələri ilə mübarizə və dayanıqlı inkişaf səylərinin kökündə duran əsas məsələlərin, o cümlədən insanlarla təbiət arasında harmoniyanın zəruriliyi hələ XII əsrdə dünya ədəbiyyatının görkəmli nümayəndəsi dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi tərəfindən öz əsərlərində təbliğ edilmişdir. 2021-ci ildə ölkəmizdə “Nizami Gəncəvi İli” çərçivəsində Azərbaycan Dövlət İqtisad Universiteti nəzdində Nizami Gəncəvi adına Dayanıqlı İnkişaf və Yaşıl İqtisadiyyat Mərkəzi, Gəncə Dövlət Universiteti nəzdində Nizami Gəncəvi adına Dayanıqlı Ağıllı Regionlar və Şəhərlər Mərkəzi və Mingəçevir Dövlət Universiteti nəzdində Dayanıqlı İnkişaf və Regional İnnovasiyalar Tədqiqat Mərkəzi təsis edilmiş və bu gün də bu mərkəzlər uğurla fəaliyyət göstərirlər.

Ötən il “Heydər Əliyev İli” çərçivəsində “Milli ekoloji prioritetlər və qlobal iqtisadi təhdidlər: yeni çağırışlar, imkanlar və perspektivlər” mövzusunda Gəncə şəhərində təşkil edilmiş elmi-praktiki konfransın “Yaşıl enerji, yaşıl şəhərlər və yaşıl nəqliyyat” sessiyasında aparılmış müzakirələrin nəticəsi olaraq, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Gəncə Dövlət Universiteti (GDU), Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU), Mingəçevir Dövlət Universiteti (MDU) və Azərbaycan Texnologiya Universiteti (ATU) tərəfindən hər il Gəncə Yaşıl İqtisadiyyat Forumunun (GYİF) təşkil edilməsinə dair birgə təşəbbüs yaranmışdır.

Onlayn görüş iştirakçıları Azərbaycanda ilk dəfə reallaşdırılacaq bu təşəbbüsün əsas hədəfinin iqlim dəyişmələri ilə mübarizə, yaşıl iqtisadiyyata keçid, o cümlədən “ədalətli yaşıl keçid” və “yaşıl artım” – “yaşıl iqtisadiyyat” – “dayanıqlı inkişaf” üçlüyünün reallaşdırılması üzrə dünya təcrübəsinin öyrənilməsi, eləcə də bu istiqamətdə insan kapitalının inkişaf etdirilməsi, professor-müəllim heyəti və tələbələr tərəfindən elmi tədqiqatların aparılması, yaşıl startapların yaradılması, “yaşıl” sektorların inkişaf etdirilməsi, dövlət-özəl “yaşıl” tərəfdaşlığının təşviq edilməsi, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, habelə “ağıllı yaşıl keçid”in müəyyən edilməsi işinə töhfə verməkdən ibarət olduğunu bildiriblər. Çıxış edənlər forumun Gəncə şəhərində keçirilməsinin təsadüfi olmadığını, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin tapşırığı ilə ölkəmizdə ilk “Yaşıl şəhər” layihəsinin məhz Gəncədə reallaşdırıldığını və şəhərin Avropa Yenidənqurma və İnkişaf Bankının yaşıl şəhərlər proqramında uğurla iştirak etdiyini diqqətə çatdırıblar. Görüş iştirakçıları 2024-cü ilin ölkəmizdə “Yaşıl Dünya naminə Həmrəylik İli” elan edilməsinə görə Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

Sonra ümumi tələbə sayı 40.000 nəfərə yaxın olan 5 tərəfdaş universitetin rektorları tərəfindən Gəncə Yaşıl İqtisadiyyat Forumunun təsis edilməsinə dair müvafiq Anlaşma Memorandumu imzalanıb.

Anlaşma Memorandumuna əsasən Gəncə Yaşıl İqtisadiyyat Forumu 5 iyun Ümumdünya Ətraf Mühit Günündə öz işinə başlayacaq və hər il 5-7 iyun tarixlərində Gəncə şəhərində təşkil olunacaq. Hər il bir iştirakçı universitet bu Forumda sədrlik və təşkilatçılıq funksiyasını həyata keçirəcək.    Digər universitetlər də bu Forumun üzvlüyünə qoşula bilərlər. 

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ilk Forum Gəncə Dövlət Universiteti tərəfindən təşkil ediləcək. Universitet tərəfindən “Yaşıl inkişaf xəbərləri” bülleteninin də nəşri nəzərdə tutulur.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Yaşıl avtomobil nəqliyyatının infrastrukturuna keçid” mövzusunda seminarı keçirilir

04-11-2022

"Region Universitetlərinin I İnnovasiya və Sahibkarlıq Forumu" keçirilib

20-12-2024

KOBİA və Asiya İnkişaf Bankı arasında memorandum imzalanıb

06-12-2024

Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib

25-12-2023

Yaşıl və rəqəmsal transformasiyalara həsr olunmuş konfrans başa çatıb

11-11-2024

“Əqli mülkiyyət və innovasiyalar yaşıl gələcək naminə” adlı dəyirmi masa keçiriləcək

28-10-2024

“Azərpoçt” MMC “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində poçt markaları buraxıb  

24-05-2024

“Yaşıl və rəqəmsal transformasiyalar” adlı konfrans keçirilib

09-11-2024

İnformatika olimpiadasının yarımfinal mərhələsinin nəticələri açıqlanıb

13-03-2026

“GreenTech” Startap və Yaşıl Texnologiyalar” müsabiqəsinə start verilir

04-04-2024

DİA-da “ASAN xidmət” mərkəzlərinin əməkdaşları üçün təlim keçirilib

02-12-2024

“ASAN xidmət” mərkəzlərində alternativ enerjidən istifadə olunacaq

02-11-2024

Azərbaycan BMT ilə “yaşıl enerji” layihələri işləyəcək

11-11-2022

Bakıda aqrar və yaşıl texnologiyalar üzrə beynəlxalq forum işə başlayıb

10-12-2018

BDU və 4SİM arasında anlaşma memorandumu imzalanıb

06-05-2026

  Azərbaycan Gənclər Fondu “Yaşıl dünya naminə həmrəylik ili" ilə bağlı müsabiqə elan edəcək.

31-01-2024

Sədr: Məqsəd innovasiyaların yaşıl gələcəkdəki rolunu göstərməkdir

30-10-2024

Daha 27 tələbə Azercell-dən təqaüd alacaq

09-01-2017

Pakistanda yaşıl texnologiyalar əlçatan deyil

04-10-2024

“Yaşıl inkişaf” portalı istifadəyə veriləcək

13-11-2024

İİTKM-də Qlobal Beyin Mərkəzləri Forumu keçirilib

16-11-2024

"Green Hackathon 2024" layihəsi başa çatıb

30-10-2024

“Müasir elektron kitabxanalarda yaşıl və rəqəmsal transformasiyalar” adlı seminar keçirilib

04-11-2024

“Startup School 3” çərçivəsində beynəlxalq təlimlərə start verilib

05-08-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə