Previous Next
Bağla

İİTKM-də Qlobal Beyin Mərkəzləri Forumu keçirilib

16-11-2024 11:21
İİTKM-də Qlobal Beyin Mərkəzləri Forumu keçirilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) Asiya İnkişaf Bankı (AİB), Asiya İnkişaf Bankı İnstitutu (AİBİ) və Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı İnstitutu (CAREC Institute) ilə birgə Qlobal Beyin Mərkəzləri Forumu keçirib.

Xeberler.az məlumat verir ki, “Qlobal yaşıl iqtisadiyyat: İqlim fəaliyyəti, maliyyələşdirmə və innovasiya” (Global Green Economy: Climate Action, Financing and Innovation) mövzusunda təşkil olunan Forumda T20 şəbəkəsinə daxil olan və qlobal miqyasda ən nüfuzlu beyin mərkəzlərinin nümayəndələri, alimlər, dövlət qurumlarının rəsmiləri, özəl sektor təmsilçiləri, QHT-lər və digər maraqlı tərəflər iştirak ediblər.

Forum çərçivəsində yaşıl iqtisadiyyat modeli - iqtisadi inkişafı ətraf mühitin qorunması ilə uyğunlaşdıraraq davamlı inkişafın təmin edilməsi modeli mühüm müzakirə predmeti olub. Forum iştirakçıları karbon emissiyalarının azaldılması, bərpa olunan enerji mənbələrinin genişləndirilməsi, yaşıl maliyyə mexanizmlərinin tətbiqi və iqlim dəyişikliklərinə uyğunlaşma tədbirlərinin vacibliyini vurğulayıblar.

Qlobal Beyin Mərkəzləri Forumu ölkələr arasında dialoqu təşviq etməklə iqlim dəyişikliyinin təsirlərinin daha yaxşı anlaşılmasına və Paris Sazişinin icrasını dəstəkləyən tədbirlərin təşviqinə töhfə verməyi qarşıya hədəf qoyub.  Forum Azərbaycanın COP29 çərçivəsində qlobal arenada nüfuzunun artırılmasına və beynəlxalq beyin mərkəzləri şəbəkəsi daxilində ölkənin strateji mövqeyinin gücləndirilməsinə mühüm töhfə verib.

Forum iki əsas sessiyadan ibarət olub. Forumun “Davamlılığa aparan qlobal yollar: təsirlərin azaldılması, uyğunlaşma və enerji keçidi” (Global Pathways to Sustainability: Mitigation, Adaptation, and Energy Transition) mövzusunda keçirilən birinci sessiyası, qlobal iqlim hədəflərinə nail olmaq üçün enerji keçidləri, uyğunlaşma strategiyaları və innovativ siyasətlərə həsr olunub. “Qlobal iqlim dayanıqlılığı üçün yaşıl maliyyə: Strategiyalar və innovasiyalar” (Green Finance for Global Climate Resilience: Strategies and Innovations) mövzusunda keçirilən ikinci sessiyada yaşıl istiqrazlar, dayanıqlı investisiya mexanizmləri və maliyyə sektorunun iqlim məqsədlərinə töhfəsi müzakirə edilib.

Bu tədbir iqlim dəyişikliyi ilə mübarizə, yaşıl iqtisadiyyatın inkişafı və qlobal əməkdaşlığın gücləndirilməsi baxımından mühüm platforma rolunu oynayıb. Forum iştirakçıları tərəfindən iqlim məqsədlərinin həyata keçirilməsində beyin mərkəzlərinin rolunu artırmaq üçün təkliflər irəli sürülüb. Tədbir, həmçinin, Azərbaycanın yaşıl iqtisadiyyatın inkişafı və iqlim dəyişikliyinə qarşı qlobal səylərə verdiyi töhfəni bir daha nümayiş etdirib.

Forumda Asiya İnkişaf Bankı (AİB), Asiya İnkişaf Bankı İnstitutu (AİBİ) və Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı İnstitutu (CAREC Institute) ilə yanaşı, "Brookings Institutions", İtaliyanın Beynəlxalq Münasibətlər İnstitutu (IAI), Braziliya Beynəlxalq Münasibətlər Mərkəzi (CEBRI), BMT Universitetinin Ətraf Mühit və İnsan Təhlükəsizliyi İnstitutu, Stokholm Ətraf Mühit İnstitutu, Su və İqlim Dəyişikliyi üzrə Asiya Platforması, Cənubi Afrika Beynəlxalq Münasibətlər İnstitutu, Qazaxıstan-Britaniya Texniki Universiteti, Kral Abdullah Neft Araşdırmaları və Tədqiqat Mərkəzi (KAPSARC) kimi nüfuzlu qlobal beyin mərkəzlərinin rəhbər heyəti iştirak ediblər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Qlobal Beyin Mərkəzləri Forumu keçiriləcək

Qlobal Beyin Mərkəzləri Forumu keçiriləcək

04-11-2024
Bakıda keçiriləcək Qlobal Beyin Mərkəzləri Forumuna hazırlıq  Nyu-Yorkda müzakirə edilib

Bakıda keçiriləcək Qlobal Beyin Mərkəzləri Forumuna hazırlıq Nyu-Yorkda müzakirə edilib

24-09-2024
İİTKM-in əməkdaşı Çində beyin mərkəzləri forumunda iştirak edib

İİTKM-in əməkdaşı Çində beyin mərkəzləri forumunda iştirak edib

16-08-2023
Vüsal Qasımlı Nyu-Yorkda nüfuzlu beyin mərkəzlərinin rəhbərləri ilə görüşüb.

Vüsal Qasımlı Nyu-Yorkda nüfuzlu beyin mərkəzlərinin rəhbərləri ilə görüşüb.

24-09-2024
Vüsal Qasımlı “Qlobal Beyin Mərkəzlərinin Əməkdaşlığı” tədbirində çıxış edib

Vüsal Qasımlı “Qlobal Beyin Mərkəzlərinin Əməkdaşlığı” tədbirində çıxış edib

23-09-2024
Vüsal Qasımlı qlobal beyin mərkəzləri tədbirində çıxış edib

Vüsal Qasımlı qlobal beyin mərkəzləri tədbirində çıxış edib

22-03-2025
COP29 çərçivəsində Davamlı İnnovasiya Forumu keçiriləcək

COP29 çərçivəsində Davamlı İnnovasiya Forumu keçiriləcək

03-11-2024
“Qlobal iqlim böhranında strateji kommunikasiya” mövzusunda iclaslar keçiriləcək

“Qlobal iqlim böhranında strateji kommunikasiya” mövzusunda iclaslar keçiriləcək

11-11-2024
Azercell-in dəstəyi ilə keçirilən 15-ci Davamlı İnnovasiya Forumu başa çatıb

Azercell-in dəstəyi ilə keçirilən 15-ci Davamlı İnnovasiya Forumu başa çatıb

23-11-2024
COP30-da Süni İntellekt üzrə İqlim İnstitutu təqdim edilib

COP30-da Süni İntellekt üzrə İqlim İnstitutu təqdim edilib

13-11-2025
Bakıda Azərbaycan-ABŞ Beyin Mərkəzlərinin birinci Forumu keçirilir

Bakıda Azərbaycan-ABŞ Beyin Mərkəzlərinin birinci Forumu keçirilir

18-11-2025
İİTKM Asiya İnkişaf Bankı İnstitutu ilə əməkdaşlığı genişləndirir

İİTKM Asiya İnkişaf Bankı İnstitutu ilə əməkdaşlığı genişləndirir

21-01-2025
Yaşıl Rəqəmsal Fəaliyyət üzrə dəyirmi masada nələr müzakirə olunacaq?

Yaşıl Rəqəmsal Fəaliyyət üzrə dəyirmi masada nələr müzakirə olunacaq?

10-11-2024
“Azərkosmos” Norveçdə “İqlim dəyişikliyi üzrə qlobal kosmik konfrans”da iştirak edir

“Azərkosmos” Norveçdə “İqlim dəyişikliyi üzrə qlobal kosmik konfrans”da iştirak edir

24-05-2023
“Azexport” portalı Asiyada 15 ən yaxşı nümunədən biri seçilib

“Azexport” portalı Asiyada 15 ən yaxşı nümunədən biri seçilib

29-10-2025
COP29-dan sonra ölkələr və təşkilatlar “yaşıl rəqəmsal aktivliyə” geniş yer ayırır

COP29-dan sonra ölkələr və təşkilatlar “yaşıl rəqəmsal aktivliyə” geniş yer ayırır

27-11-2024
İİTKM beynəlxalq müsabiqədə ən yaxşı beyin mərkəzi elan olunub

İİTKM beynəlxalq müsabiqədə ən yaxşı beyin mərkəzi elan olunub

18-11-2025
Çində Qlobal Cənub Media və Beyin Mərkəzləri Forumu keçirilir

Çində Qlobal Cənub Media və Beyin Mərkəzləri Forumu keçirilir

06-09-2025
Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib

Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib

25-12-2023
“Rəqəmsal CAREC: Regional rəqəmsal fərq” mövzusunda görüş keçirilib

“Rəqəmsal CAREC: Regional rəqəmsal fərq” mövzusunda görüş keçirilib

25-02-2022
KOBİA və Asiya İnkişaf Bankı arasında memorandum imzalanıb

KOBİA və Asiya İnkişaf Bankı arasında memorandum imzalanıb

06-12-2024
RİNN COP29 çərçivəsində keçirəcəyi tədbirləri açıqlayıb

RİNN COP29 çərçivəsində keçirəcəyi tədbirləri açıqlayıb

04-11-2024
Azercell “Dayanıqlıllığın təmin edilməsində təşkilatların rolu” adlı panel müzakirəsi keçirib

Azercell “Dayanıqlıllığın təmin edilməsində təşkilatların rolu” adlı panel müzakirəsi keçirib

25-11-2024
“Kağızsız Hökumət: Rəqəmsallaşma və İnnovasiyanın Ətraf Mühitə Təsiri” adlı beynəlxalq tədbir keçirilir

“Kağızsız Hökumət: Rəqəmsallaşma və İnnovasiyanın Ətraf Mühitə Təsiri” adlı beynəlxalq tədbir keçirilir

04-09-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə