Previous Next
Bağla

Uşaqların onlayn təhlükəsizliyi: Rəqəmsal risklər və maarifləndirmə

07-01-2026 12:16
Uşaqların onlayn təhlükəsizliyi: Rəqəmsal risklər və maarifləndirmə

Rəqəmsal dünya artıq uşaqlar üçün seçim deyil - gündəlik həyatlarının ayrılmaz hissəsinə çevrilib. Onlayn oyunlar, sosial media və tədris resursları uşaqlara həm maraqlı vaxt keçirmək, həm də bilik əldə etmək üçün geniş imkanlar təqdim edir. Lakin bu rəqəmsal rahatlıq fonunda təhlükəsizlik məsələləri də getdikcə daha ciddi xarakter alır.

Araşdırmalara əsasən, dünya üzrə uşaqların təxminən 60%-i kiberzorakılıqdan, fişinq hücumlarından, şəxsiyyət oğurluğundan tutmuş, tanımadığı şəxslərdən gələn mesajlara qədər müxtəlif onlayn risklərlə üzləşir. Təkcə ABŞ-da hər il 12 milyon uşaq bu kimi təhlükələrə məruz qalır və onların 9 milyonu kiberzorakılıq halları ilə qarşılaşır. Böyük Britaniyada isə 11–16 yaşlı uşaqların yarısı internetdə tanımadığı şəxslərlə əlaqə qurur, təxminən üçdə biri şəxsi məlumatlarını paylaşır.

Təcrübə göstərir ki, təhlükəsizliyi yalnız texnoloji vasitələrlə təmin etmək mümkün  deyil. Ən böyük boşluqlardan biri “sosial mühəndislik”dir - yəni kibercinayətkarların şəxsi və həssas məlumatları ələ keçirmək üçün psixoloji manipulyasiya üsullarından istifadə etməsidir. ABŞ Federal Təhqiqatlar Bürosunun məlumatına görə, texniki dəstək adı altında edilən fırıldaqçılıqlar 2023-cü ildə 1,3 milyard dollardan çox maliyyə itkisinə səbəb olub və xüsusilə həssas qrupları hədəfə alıb. Avropa İttifaqının Kibertəhlükəsizlik Agentliyi də sosial mühəndisliyi ən geniş yayılmış kiber təhdid kimi qiymətləndirir. Bu faktlar göstərir ki, maarifləndirmə və düzgün vərdişlərin formalaşdırılması texnoloji qorunma qədər vacibdir.

Yerli təşəbbüslər: Azercell-in kibermaarfiləndirməyə verdiyi töhfə

Azərbaycanda Azercell bu çağırışlara cavab olaraq hədəfli maarifləndirmə layihələri həyata keçirir. Şirkətin təşkil etdiyi interaktiv təlimlərdə müxtəlif yaş qrupları - uşaqlar və yaşlı nəsil də daxil olmaqla cəmiyyətin ən həssas təbəqələri - fişinqin əlamətlərini, saxta vebsaytların, mesaj və telefon fırıldaqçılıqlarının tanınması ilə bağlı praktiki biliklər əldə edirlər. Bu sessiyalarda real həyat nümunələri və gündəlik tətbiq oluna biləcək qorunma üsulları xüsusi yer tutur.

Son aylar ərzində ölkənin yeddi regionunda 400-ə yaxın uşaq “Məktəblilər üçün Kibertəhlükəsizlik Tədris Proqramı” çərçivəsində praktiki biliklər əldə edib. Bundan əlavə, sosial xidmət müəssisələri üçün keçirilən təlimlər də rəqəmsal savadlılığın artırılmasına real töhfə verir. Azercell-in bu fəaliyyətlərini birləşdirən əsas xətt isə cəmiyyətin rəqəmsal məkanda təhlükəsizliyini gücləndirmək və gələcək üçün dayanıqlı baza yaratmaqdır.

Beynəlxalq təcrübə də bu yanaşmanın effektivliyini təsdiqləyir. Finlandiya, İsveç və Estoniya kimi ölkələrdə məktəblilər fişinq və sosial mühəndislik kimi təhdidləri məhz təcrübəyə əsaslanan dərslərdə öyrənir - ssenarilər, nümunələr və interaktiv tapşırıqlar sayəsində bu mövzular daha anlaşılan olur.

Onlayn təhlükəsizlik üçün tövsiyələr

Uşaqların onlayn mühitdə qorunması üçün bir neçə əsas davranış qaydası formalaşdırılmalıdır. İlk növbədə, şəxsi məlumatların paylaşılmasının təhlükəli olduğu aydın şəkildə izah edilməlidir: ünvan, telefon nömrəsi, məktəb adı və parollar heç bir halda tanımadığı şəxslərlə bölüşülməməlidir.

Eyni zamanda, “klikləməzdən əvvəl düşün” qaydası ən vacib reflekslərdən birinə çevrilməlidir. Uşaqlar şübhəli linklərə keçid etməməli, tanımadıqları şəxslərin mesajlarına cavab verməməli və sosial şəbəkələrdə diqqətli davranmalıdırlar.

Valideyn və müəllimlərlə açıq dialoq da təhlükəsizliyin ayrılmaz hissəsidir. Uşaqlar onlayn təcrübələrini sorğu-sualdan çəkinmədən paylaşa bilməlidirlər. Yaşına uyğun tətbiqlərdən istifadə, ekran vaxtının balanslaşdırılması və zərurət yaranarsa valideyn nəzarəti alətlərinin tətbiqi əlavə qorunma təmin edir.

Nəticə etibarilə, uşaqların onlayn mühitdə müdafiəsi təkcə texnoloji həllərlə məhdudlaşmır. Valideynlərin, müəllimlərin və interaktiv təlim proqramlarının fəal dəstəyi sayəsində uşaqlar rəqəmsal mühiti təhlükəsiz şəkildə dərk edə, təkcə bacarıqlarını deyil, həm də onlayn risklərə qarşı dayanıqlılıqlarını inkişaf etdirə bilirlər. Bu yanaşma daha təhlükəsiz və davamlı rəqəmsal ekosistemin formalaşmasına töhfə verməklə yanaşı, gələcək nəsillərin təhlükəsizliyi üçün də etibarlı zəmin yaradır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azercell “Təhlükəsiz internet” mövzusunda təlimlərini davam etdirir

18-01-2025

Azercell “Məktəblilər üçün Kibermaarifləndirmə Proqramı”na start verib

30-05-2025

Uşaqların rəqəmsal təhlükəsizliyi üçün fərdi məlumatların qorunması vacibdir

04-06-2025

Prezident uşaqların zərərli məzmundan qorunması barədə Sərəncam imzalayıb

27-02-2026

Azercell 800-ə yaxın uşaq və valideyni rəqəmsal təhlükəsizlik qaydaları ilə tanış edib

25-02-2025

Azercell Kibertəhlükəsizlik Həftəsinə qoşulub

12-03-2019

ETX məktəblilərin maarifləndirilməsini davam etdirir

31-03-2026

AKTA kibertəhlükəsizlik üzrə sosial maarifləndirmə kampaniyasına start verib

07-05-2026

“Nar” uşaqlar üçün təhlükəsiz rəqəmsal mühitin yaradılmasına töhfə verir

20-11-2024

Azercell xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün təşəbbüs həyata keçirib

14-03-2026

Azercell-in kibermaarifləndirmə təşəbbüsü davam edir

09-07-2025

DİN: Uşaqların kibermühitdə müdafiəsi üçün valideyn nəzarəti şərtdir

04-06-2025

“Uşaqlara kiberqayğı” qrant layihəsi yekunlaşıb

01-10-2025

Azercell “Təhlükəsiz internet”in təbliğinə start verir

12-12-2023

Azercell Təhlükəsiz internet təlimin keçirilməsinə dəstək oldu

21-01-2020

“Nar”ın dəstəyi ilə uşaq hüquqlarına həsr olunmuş debat forum keçirilib

28-12-2024

Azercell ahıllara kibertəhlükəsizlik mövzusunda təlim keçib

02-12-2024

Azercell Bərdədə yaşlılar üçün kibertəhlükəsizlik təlimi keçib

05-09-2025

“Kiber Təhlükənin Fərqindəyəm” şüarı ilə silsilə tədbirlər keçiriləcək

07-10-2021

“Uşaqlara kiberqayğı” layihəsinin icrasına başlanılıb

18-07-2025

“Aztelekom” müəllimlər üçün rəqəmsal savadlılıq təşəbbüsünü genişləndirir

16-03-2026

Ombudsman: Uşaqların rəqəmsal təhlükəsizliyinə nəzarət edilməlidir

06-02-2026

Qəbələ məktəbliləri də internet təhlükəsizliyi haqqında təlim aldı

19-10-2018

Uşaqların internet təhlükəsizliyini necə təmin etməliyik?

01-06-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə