Previous Next
Bağla

Azercell Kibertəhlükəsizlik Həftəsinə qoşulub

12-03-2019 15:56
Azercell Kibertəhlükəsizlik Həftəsinə qoşulub

“Azercell Telekom” MMC bölgələrdə “Təhlükəsiz internet” mövzusuna dair təlimlər təşkil edir.

Xeberler.az  bildirir ki, Azərbaycanda ilk dəfə olaraq kibertəhlükəsizlik sahəsində maarifləndirmə və informasiya təhlükəsizliyi mədəniyyətinin formalaşdırılması, informasiya proseslərinin mühafizəsinə nail olmaq məqsədilə 11 - 15 mart 2019-cu il tarixlərində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” keçiriləcək.“Kibertəhlükəsizlik həftəsinin” əsas istiqamətlərindən biri virtual dünyada uşaqların təhlükəsizliyinin təmin edilməsidir. Bu sahədə böyük təcrübəsi olan “Azercell Telekom” MMC həftənin aktiv iştirakçılarından biridir. Qeyd edək ki, “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində Azercell tərəfindən təhsil müəssisələrində uşaqlar, valideynləri və müəllimlər üçün internetdən təhlükəsiz istifadə mövzusunda təlimlər təşkil edilir. Artıq mart ayının 4-dən 7-nə kimi Şəmkirdə Azercell-in dəstəyi ilə “Azərbaycan Müəllim İnkişafı Mərkəzi” tərəfindən “İnternet təhlükəsizliyi və rəqəmsal vətəndaşlıq” mövzusunda təlim keçirilib. Təlimdə 166 şagird, 38 müəllim və valideyn iştirak edib.

Təlimlərdə böyüklərlə yanaşı, uşaqların da həyatının ayrılmaz hissəsinə çevrilən internetdə rastlanan təhlükələr barədə məlumat verilir. Yüzlərlə iştirakçısı olan treninqlərdə məktəblilərə kibertəhlükəsizlik anlayışı aşılanır, internetdən gələn təhlükənin dərəcəsi, səbəbləri araşdırılır. Uşaqlar təhlükəsiz portallarla tanış edilir, onlara təhlükəsiz axtarış saytlarından istifadə qaydaları öyrədilir. Təlimlərdə internetdəki təhlükəli oyunlar, ekstremizm çağırışları,insanların maliyyə məlumatlarının, özəl informasiyanın oğurlanması kimi hallarla mübarizə yollarından bəhs olunur, internet təhlükəsizliyi, təhlükəsiz ev mühiti, şagirdlərin üzləşə biləcəkləri çətinliklərlə bağlı ətraflı məlumat verilir. Təlimlərdə eyni zamanda müəllim və valideynlərə qurğuların kibertəhlükələrdən mühafizəsi, login və parolların kibermüdafiəsi, təhlükəsiz paylaşma üsulları öyrədilir, şəbəkədən səmərəli istifadə ilə bağlı tövsiyələr verilir, uşaqlar üçün yaradılmış təhlükəsiz resursların siyahıları, internetdən təhlükəsiz istifadənin əsaslarını öyrədən materiallar təqdim
olunur.

Qeyd edək ki, indiyədək Azərbaycanın müxtəlif bölgələrində Azercell-in təşəbbüsü ilə məktəblilər, valideynləri və müəllimlər üçün keçirilən bu cür təlimlərlər, gələcəkdə də mütəmadi olaraq təşkil olunacaq. Kibertəhlükəsizlik həftəsi çərçivəsində “Azercell Telekom” MMC-nin növbəti təlimi 11-15 mart tarixlərində Gəncədə baş tutacaq. Dünyada kiber təhlükələrin sayı və əhatə dairəsi genişləndiyindən, hal-hazırda valideyn nəzarəti proqramlarına daha çox ehtiyac yaranmaqdadır. Bu baxımdan, artıq 3 ildir ki, tətbiq olunan “Azercell Plus Təhlükəsizlik” proqramı böyük əhəmiyyət kəsb edir. Bu proqram uşaqlar üçün internet şəbəkəsində təhlükəsizliyə yönəldilmiş “Universal Müdafiə”, “Android üçün müdafiə” və “Valideyn nəzarəti” xidmətlərini əhatə edir. Bu proqram uşağın sosial şəbəkələrdə postlarını və dostlar siyahısındakı dəyişiklikləri izləməyə, onun qoşulduğu qruplardan xəbərdar olmağa, yerini müəyyənləşdirmək və onun üçün təhlükəsiz ərazi yaratmaq imkanı verir.

Qeyd edək ki, “Kibertəhlükəsizlik həftəsinin” məqsədləri sırasında əhalinin bu sahədə maarifləndirmə səviyyəsinin artırılması, habelə ümummilli hazırlığın yüksəldilməsinə nail olmaq mühüm yer tutur. Həftə çərçivəsində fərqli qurumların dəstəyi ilə müxtəlif forum və tədbirlər, müsabiqələr də təşkil olunacaq.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azercell-in dəstəyi ilə Quba məktəbliləri üçün təlim keçirilib

Azercell-in dəstəyi ilə Quba məktəbliləri üçün təlim keçirilib

22-05-2019
Azercell VI Regional İnternet İdarəçilik Forumunda iştirak edib

Azercell VI Regional İnternet İdarəçilik Forumunda iştirak edib

14-03-2019
Sumqayıtda kibertəhlükəsizlik təlimləri təşkil olunub

Sumqayıtda kibertəhlükəsizlik təlimləri təşkil olunub

13-05-2019
Azercell Təhlükəsiz internet təlimin keçirilməsinə dəstək oldu

Azercell Təhlükəsiz internet təlimin keçirilməsinə dəstək oldu

21-01-2020
Qəbələ məktəbliləri də internet təhlükəsizliyi haqqında təlim aldı

Qəbələ məktəbliləri də internet təhlükəsizliyi haqqında təlim aldı

19-10-2018
İnternetdən təhlükəsiz istifadənin təlimi keçirilib

İnternetdən təhlükəsiz istifadənin təlimi keçirilib

20-11-2018
Azercell kibertəhlükəsizlik tədbirlərinə davam edir

Azercell kibertəhlükəsizlik tədbirlərinə davam edir

26-12-2017
ETX məktəblərdə maarifləndirmə tədbirlərini davam etdirir

ETX məktəblərdə maarifləndirmə tədbirlərini davam etdirir

30-05-2026
İnternetdəki təhlükələrdən xəbərdarsınızmı?

İnternetdəki təhlükələrdən xəbərdarsınızmı?

25-09-2018
Azercell “Təhlükəsiz internet” mövzusunda təlimlərini davam etdirir

Azercell “Təhlükəsiz internet” mövzusunda təlimlərini davam etdirir

18-01-2025
Elektron Təhlükəsizlik Xidməti Beynəlxalq Təhlükəsiz İnternet Günü ilə bağlı  təlim keçirib

Elektron Təhlükəsizlik Xidməti Beynəlxalq Təhlükəsiz İnternet Günü ilə bağlı təlim keçirib

08-02-2022
Microsoft-un təşkilatçılığı ilə Kibertəhlükəsizlik həftəsi sona çatıb

Microsoft-un təşkilatçılığı ilə Kibertəhlükəsizlik həftəsi sona çatıb

19-03-2019
“Kiber Təhlükənin Fərqindəyəm” şüarı ilə silsilə tədbirlər keçiriləcək

“Kiber Təhlükənin Fərqindəyəm” şüarı ilə silsilə tədbirlər keçiriləcək

07-10-2021
IV Milli Kibertəhlükəsizlik Forumu Azercell-in dəstəyi ilə keçəcək

IV Milli Kibertəhlükəsizlik Forumu Azercell-in dəstəyi ilə keçəcək

02-06-2026
ETX məktəblilərin maarifləndirilməsini davam etdirir

ETX məktəblilərin maarifləndirilməsini davam etdirir

31-03-2026
Azercell “Təhlükəsiz internet”in təbliğinə start verir

Azercell “Təhlükəsiz internet”in təbliğinə start verir

12-12-2023
Azercell “CIDC 2025: 2-ci Kibertəhlükəsizlik Konfransı”nın sponsorudur

Azercell “CIDC 2025: 2-ci Kibertəhlükəsizlik Konfransı”nın sponsorudur

06-10-2025
Bakcell uşaqlara İnternetdən təhlükəsiz istifadəni öyrədir

Bakcell uşaqlara İnternetdən təhlükəsiz istifadəni öyrədir

11-06-2019
Informatika müəllimləri üçün təlim keçirilib

Informatika müəllimləri üçün təlim keçirilib

18-01-2020
Məktəblərdə Kiberməkanda təhlükəsiz davranış mədəniyyəti müzakirə olunub

Məktəblərdə Kiberməkanda təhlükəsiz davranış mədəniyyəti müzakirə olunub

23-10-2019
Azercell “Məktəblilər üçün Kibermaarifləndirmə Proqramı”na start verib

Azercell “Məktəblilər üçün Kibermaarifləndirmə Proqramı”na start verib

30-05-2025
Azərbaycan məktəblərində Təhlükəsiz İnternet günü ilə əlaqədar açıq dərslər keçirilib

Azərbaycan məktəblərində Təhlükəsiz İnternet günü ilə əlaqədar açıq dərslər keçirilib

13-02-2020
Bakcell məktəbliləri İnternetdən təhlükəsiz istifadə ilə tanış edir

Bakcell məktəbliləri İnternetdən təhlükəsiz istifadə ilə tanış edir

07-01-2019
ETX və “Məktəblinin dostu” növbəti maarifləndirmə tədbirləri keçirib

ETX və “Məktəblinin dostu” növbəti maarifləndirmə tədbirləri keçirib

24-12-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə