Vahid “Məhkəmə Çağrı Mərkəzi” istifadəyə verilib

18-12-2024 / 12:32

Ədalət mühakiməsinə əlçatanlığın asanlaşdırılması, müraciətlərin operativ şəkildə cavablandırılması və vətəndaş məmnunluğunun artırılması məqsədilə Azərbaycan Respublikasının Ali Məhkəməsi, Məhkəmə-Hüquq Şurası və ölkəmizdə fəaliyyət göstərən digər məhkəmələrlə əlaqə saxlamaq üçün “Məhkəmə Çağrı Mərkəzi” istifadəyə verilib.

Xeberler.az bildirir ki, bu barədə Ali Məhkəmənin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycanın istənilən regionundan stasionar telefonlardan (012) 887, bütün mobil operatorlardan isə 887 qısa nömrəsinə yığmaqla səsli menyuda təqdim olunan əlaqə kodları vasitəsilə müvafiq məhkəmə ilə əlaqə qurmaq mümkündür.

Məhkəmələrin əlaqə kodlarını, həmçinin Məhkəmə-Hüquq Şurasının rəsmi internet səhifəsindən də əldə etmək olar.

Qeyd edək ki, Çağrı Mərkəzi bazar ertəsi - cümə günləri saat 09:00-dan 18:00-dək canlı iş rejimində xidmət göstərir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə