«Bank of Azerbaijan»nın 175 rəqəmli Məlumat Mərkəzi istifadəyə verilib

27-05-2009 / 15:20

Bu gün «Bank of Azerbaijan» Səhmdar Kommersiya Bankının (SKB) baş ofisində Məlumat Mərkəzi (Call Center) istifadəyə verilib.

Bankdan verilən məlumata görə, bu gündən etibarən bankla əlaqə yaratmaq üçün yeddi rəqəmli telefon nömrəsinin yığılması tələb olunmayacaq: «Belə ki, 175 rəqəmini yığılmaqla istənilən şəxs bankın məhsulları və xidmətləri haqqında ətraflı məlumat ala bilər. Əgər vətəndaş bankın müştərisidirsə, bu halda o hesabının vəziyyəti və krediti haqqında məlumat əldə etmək imkanı qazanacaq. Bank isə öz növbəsində məlumatın məxfiliyinə zəmanət verir».

Qeyd edək ki, Məlumat Mərkəzinin əməkdaşları saat 09:00-dan 18:00-dək xidmət göstərəcək. Bu nömrəyə (175) həm stasionar telefondan, həm də istənilən mobil operator vasitəsilə zəng vurmaq mümkündür.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə