Previous Next
Bağla

Prezident İlham Əliyev yeni fərman imzalayıb

04-04-2019 11:06
Prezident İlham Əliyev yeni fərman imzalayıb

Aprelin 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərman imzalayıb.

Xeberler.az  bildirir ki, Fərmanda ölkəmizin davamlı tərəqqisinin təmin olunması üçün bütün sahələrdə həyata keçirilən islahatların məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanmasını və bu sahədə islahatların dərinləşdirilməsini zəruri etdiyi vurğulanıb.

Fərmana əsasən, ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılması məqsədilə Azərbaycan Respublikasının bütün məhkəmələrinin sədrlərinə və hakimlərinə tövsiyə edilib ki, məhkəmə hakimiyyətinin nüfuzunun artırılması və cəmiyyətdə məhkəmələrə etimadın möhkəmlənməsi üçün fəaliyyətlərində ədalət, qanunçuluq, qərəzsizlik, aşkarlıq, hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi və Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarında təsbit edilmiş ədalət mühakiməsinin digər prinsiplərinə dönmədən riayət etsinlər.

Eləcə də cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması üzrə tədbirləri davam etdirmək məqsədilə müvafiq qanun layihələrini hazırlayıb üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək barədə Ali Məhkəməyə və Baş Prokurorluğa tövsiyə olunub, Ədliyyə Nazirliyinə tapşırıq verilib.

Bundan başqa, Ali Məhkəməyə və Məhkəmə-Hüquq Şurasına tövsiyə edilib, həmçinin Ədliyyə Nazirliyinə tapşırılıb ki, sahibkarların məhkəməyə müraciət imkanlarının asanlaşdırılması və sahibkarlıqla bağlı mübahisələrə müvafiq sahədə daha dərin hüquqi bilik və təcrübəsi olan hakimlər tərəfindən baxılmasını təmin etmək məqsədilə vergi və gömrük ödənişləri, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan mübahisələrə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar digər məsələlərə dair işlər üzrə ixtisaslaşmış məhkəmənin yaradılması, hakimlərin müstəqilliyini təmin etmək məqsədilə məhkəmələrin fəaliyyətinə müdaxilənin qarşısının alınması mexanizmlərinin təkmilləşdirilməsi və belə müdaxiləyə görə məsuliyyətin artırılması, hakimlərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə onların maddi təminatının əhəmiyyətli dərəcədə artırılması, məhkəmələrdə baxılan işlər üzrə ödənilən dövlət rüsumunun müəyyən hissəsinin məhkəmə aparatları işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə və məhkəmələrin maddi-texniki bazasının möhkəmləndirilməsinə yönəldilməsi, bütün məhkəmə iclaslarının fasiləsiz audioyazısının aparılması və s. məsələlərə dair normativ hüquqi aktların layihələrini hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

Fərmanda mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının səmərəliliyinin artırılması, xüsusən sahibkarlıqla bağlı məsələlərin məhkəmələrdə daha sürətli və səmərəli həllinin təmin edilməsi məqsədilə mülki prosessual qanunvericiliyi kompleks şəkildə birgə təhlil edib, bu sahədə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla onun təkmilləşdirilməsi barədə təkliflərini altı ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək barədə Ali Məhkəməyə, apellyasiya instansiyası məhkəmələrinə, Vəkillər Kollegiyasına və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasına tövsiyə edilib, Ədliyyə, İqtisadiyyat və Vergilər nazirliklərinə tapşırıq verilib.

Həmçinin Ədliyyə Nazirliyinə məhkəmələrin və digər orqanların qərarlarının qanunla müəyyənləşdirilən müddətdə icrasının təmin edilməsi, “Elektron icra” informasiya sisteminin tətbiqinin genişləndirilməsi, icra məmurlarının süründürməçilik və sui-istifadə hallarına yol vermələrinin qarşısının alınması məqsədilə ciddi tədbirlər görmək, məhkəmələrin və digər orqanların qərarlarının icrasının sürətləndirilməsi və səmərəliliyinin artırılması məqsədilə bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, eləcə də qabaqcıl beynəlxalq təcrübə barədə təkliflərini Azərbaycan Prezidentinə məlumat vermək barədə tapşırıq verilib.

Fərmanda, həmçinin “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi ilə əlaqədar təşkilati işlərin yekunlaşdırılması, mediasiya prosesinin tətbiqi ilə bağlı maarifləndirmə və təşviqat tədbirlərinin həyata keçirilməsi, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin və Ədliyyə Akademiyasının fəaliyyətinin müasirləşdirilməsi, infrastrukturunun və maddi-texniki təchizatının yaxşılaşdırılması, birinci instansiya məhkəmələrində kargüzarlığın aparılması ilə bağlı dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitin birbaşa hakimlərin bank hesablarına köçürülməsi və digər məsələlərlə bağlı tövsiyə və tapşırıqlar verilib, məhkəmə hakimlərinin ümumi sayının 200 nəfər artırılması tapşırılıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Elektron məhkəmə informasiya sistemində son dəyişikliklər təqdim olunub

17-04-2019

“Elektron məhkəmə” sistemi bu gündən bütün ölkəni tam əhatə edir

04-06-2023

“Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

14-02-2014

Vəkillər Elektron Məhkəmə İnformasiya Sistemi ilə bağlı təlimlərə cəlb olunurlar

23-01-2019

"Məhkəmə Ekspertizası" informasiya sistemi yaradılır

04-11-2025

Elektron məhkəmə sisteminin yaradılması nə zaman başa çatacaq ?

05-04-2019

Elektron məhkəmə islahatlarına dair müzakirə aparılıb

03-09-2019

Toğrul Hüseynov: Mediasiyanın rəqəmsallaşması vaxt itkisinin qarşısını alacaq

17-09-2024

Vahid “Məhkəmə Çağrı Mərkəzi” istifadəyə verilib

18-12-2024

Məhkəmələrin 61 faizi Elektron məhkəmə sisteminə qoşulub

30-04-2019

Alternativ icra mexanizmləri ilə bağlı beynəlxalq təcrübə öyrənilir

15-04-2019

“E-justice” platforması yaradılır

02-04-2024

Məhkəmə sistemində süni intellektin tətbiq olunacağı sahələr açıqlanıb

20-02-2026

Prezident "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Fərman imzalayıb

07-02-2013

İxtisaslaşmış Texnoloji Məhkəmə yaradılması vacibdirmi?

10-04-2019

Prezident korrupsiyaya qarşı tədbirlər barədə yeni Sərəncam imzaladı

04-04-2022

“Məhkəməyə elektron müraciət və sahibkarlara açılan imkanlar” mövzusunda onlayn müzakirə keçirilib

11-09-2020

Prezident rabitə şəbəkələrində informasiya təhlükəsizliyi ilə bağlı qaydaları təsdiqlədi

02-10-2015

“Açıq hökumətin təşviqinə dair Milli Fəaliyyət Planı” təsdiqlənib

29-04-2016

Azərbaycan və Qazaxıstan ədliyyə nazirlərinin görüş baş tutub

20-11-2025

"Ədliyyə və məhkəmə sistemində islahatlar və innovasiyaların tətbiqi" adlı təqdimat keçirilib

25-09-2021

Vahid Məhkəmə Portalının funksionallığına dair video hazırlanıb

13-12-2024

ATƏT nümayəndələrinə Azərbaycanda həyata keçirilən İKT layihələrindən danışılıb

06-03-2013

Elektron İttiham proqramının təqdimatı keçirilib

25-09-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə