Previous Next
Bağla

Visual Basic-də Azərbaycan dilinin istifadəsi

27-04-2009 10:34
Visual Basic-də Azərbaycan dilinin istifadəsi

Bu məqalədə proqramların interfeysini (zahiri görünüşünü) Azərbaycan dilində
yaradılması üsulları haqqında məlumat veriləcək.
Azərbaycan dilinin rəsmi kodlaşdırma standartı mövcud olmadığından , adi üsullar ilə
forma üzərində Azərbaycan hərflərin yazılması çətinlik törədir.
Lakin Azərbaycan dili Unicode (Yunikod) standartında öz yerini tutmuşdur. Unicode
kodlaşdırmadan azad, daha doğrusu bütün dilləri vahid kod səhifəsində təsvir edən,
bir üsuldur. Bu üsul ilə eyni zamanda eyni sahədə (proqram formasının üzərində,
mətn sənədində, internet səhifəsində) istənilən dillərdə mətn yaratmaq mümkündür.
Visual Basic-in özündə Unicode dəstəyi mövcud olsa da, onun bəzi elementləri və standart komponentləri Unicode növlü mətnləri dəstəkləmir. Bu problemin həlli üçün Unicode dəstəkləyən komponentlər və Azərbaycan dilinin qeyri-Unicode üsulları ilə təsviri istifadə oluna bilər.

UNICODE haqqında
İstifadə olunan şriftlərin standartlaşdırması ilə məşğul olan Unicode təşkilatı (www.unicode.org) hələ 90-cı illərin əvvəlində dünyada istifadə olunan bütün dillərin işarələrini vahid bir şriftə birləşdirilməsi ideyası ilə çıxış etdi. Uzun müddət çəkən mübahisələrdən sonra bu standart proqram istehsal edən şirkətlər tərəfindən qəbul olundu. Bunun nəticələrindən bir də o oldu ki, Windows NT sisteminə bu şriftlər daxil olundu və Windows 2000 əməliyyat sistemində isə UNICODE əsasında qurulmuş Azərbaycan dilində mətn yaratmaq üçün Azeri (Cyrillic) və Azeri (Latin) klaviatura drayverləri əlavə olundu.
Belə standart ilə mətni yalnız Windows2000 də yaradılması mümkün olduğuna baxmayaraq bu cür mətni Windows 95 və 98 əməliyyat sistemində oxumaq olur.

Unicode dəstəkləyən komponentlər
Visual Basic-in (5 və 6 versiyası ) standart komponentləri Unicode standartında olan işarələri əks etdirmir. Bunu yoxlamaq üçün sadə bir üsuldan istifadə edə bilərik. Təəsüf ki, formanın dizayn rejimində, komponentin üzərində (hətta Unicode dəstəkli komponentlərdə) mətni birbaşa daxil edəndə, Azərbaycan dilinin spesifik hərfləri düzgün daxil olunmur. Bu, Visual Basic-in dizayn rejimində, klaviaturadan gələn kodların düzgün emal olunmaması nəticəsində baş verir. Komponentin daxilinə Unicode işarələrin yazılmasını dizayn rejimində deyil, layihənin icra zamanı həyata keçirəcəyik. Bu məqsəd üçün xüsusi ChrW funksiyasından istifadə edəcəyik. Bu funksiya kod ilə verilmiş Unicode işarəni hasil edir. Bildiyiniz kimi, “ə” hərfinin Unicode ilə nömrəsi 601-di. Buna əsasən, ChrW(601) funksiyasının nəticəsi “ə” hərfindən ibarət sətir olacaq.

nümünə faylları və məqalənin davamını buradan yükləyin

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Amerikalılar filmləri özləri seçəcək

27-03-2012

Azərbaycan əlifbasının simvollarının texnoloji problemləri 12 il əvvəl həll olunub

12-09-2012

Dövlət Radiotezliklər İdarəsi monitorinq keçirib

00-00-0000

1 milyondan çox saxta WhatsApp tətbiqi yüklənib

06-11-2017

Microsoft növbəti yenilənmələrini hazırladı

06-12-2008

Disk təmizləyicisi - Clean Center

20-10-2008

Kiyev-də RRB-nin iclası keçirilir

21-07-2010

Azərbaycan dilində mətnlərin səsləndirilməsi üçün ilk kompüter sistemi yaradılmışdır

07-04-2010

Milli Kitabxanamıza dünya oxucuları da müraciət edə biləcəklər

17-07-2010

"Microsoft Office 2003" üçün Azərbaycan dilinin orfoqrafiya yoxlayıcısı

14-01-2011

Google bütün dillərdə danışacaq :-)

14-11-2008

Azərbaycanda dövlət dilinin internetdə istifadəsi üçün normalar hazırlanır

03-12-2012

Silverlight 4 Beta istifadəyə təqdim edildi

23-11-2009

İranda Windows qadağan edildi!!!

23-03-2009

Kibercinayət haqqında» Konvensiyaya qoşulması ilə əlaqədar seminar keçiriləcək

28-08-2008

2018-də telefonunuza 67 emoji gələcək

07-08-2017

Azərbaycan dilində mətni insan səsi ilə oxuyan proqram yaradılıb

04-08-2010

Microsoft bir sıra server və müştəri məhsullarını təqdim etdi

20-11-2009

Milli klaviatura düzülüşü tətbiq edilib

29-10-2013

Ekoloqlar çapa çıxarılma imkanı olmayan sənəd formatı yaradıblar

14-12-2010

Microsoft şirkəti Windows 7-nin hazırlanmasını yekunlaşdırdı

22-10-2009

Gooogle+-da mətn formatlaması imkanı

14-07-2011

Word proqramında təhlükəli boşluqlar tapılıb

15-04-2017

Hakerlər Telegram-dakı problemdən necə faydalanıb?-Araşdırma

15-02-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə