Previous Next
Bağla

Azərbaycan əlifbasının simvollarının texnoloji problemləri 12 il əvvəl həll olunub

12-09-2012 23:28
Azərbaycan əlifbasının simvollarının texnoloji problemləri 12 il əvvəl həll olunub

Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun rəhbəri Fəxrəddin Veysəlli əlifbadakı bəzi hərfləri dəyişməyi təklif edib. Həmin hərflərlə bağlı Akademiyanın prezidenti Mahmud Kərimovun da fikri mənfidir. “Pen klub”un qonağı olan "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz isə fərqli düşünür.

“BU ADAMLARIN DÜNYADAN XƏBƏRİ YOXDUR, YA NƏDİR BU MƏSƏLƏNİ QALDIRIRLAR...”

- Əlifbada bəzi hərfləri dəyişdirmək istəyənlərin bir arqumenti də budur ki, internet dövründə bəzi işarələr yazışmalarda sürəti azaldır, bir işi iki edir və s.

- Mən birmənalı şəkildə deyirəm ki, Azərbaycan əlifbasının simvollarının texnoloji problemləri 12 il əvvəl həll olunub. Vəssalam. Bilmirəm bu adamların dünyadan xəbəri yoxdur, ya nədir, bu məsələni qaldırırlar? Gülməli təklifdir. Bir daha deyirəm ki, 2000-ci ​​ildə texniki, texnoloji baxımdan bizim əlifbanın standart məsələsi həll olunub. Həm dünya proqram, kompyuter istehsalçıları tərəfindən, həm də hökumət tərəfindən. 2000-ci ilə qədər bu söhbətlərin yeri var idi. Yəni Windows-2000 çıxana qədər. Ona qədər Azərbaycanda hərənin cibində bir şrift standartı vardı. Qeyri-standart bir mühit idi. Ona görə ki, dünya ​​proqram, komyuter istehsalçıları balaca xalqların əlifbalarını nəzərə almamışdılar. 2000-ci ildə isə Unicode standartı ilə dünyadakı bütün balaca və böyük xalqların əlifba simvolları kodlaşdırıldı, bir standart düzəldildi. Monopolist Microsoft şirkəti də dərhal Unicode-un Azərbaycan dili üzrə standartlarını götürdü. Bununla da “ə”, “ü”, “ç”, “ş”  məsələsi həll olundu.

“ƏLİFBADA DƏYİŞİKLİK MİLLİ TƏHLÜKƏSİZLİK MƏSƏLƏSİNƏ GƏLİB ÇIXIR”

- Bir məsələ də “ş”, “ç” hərfləri ilə bağlıdır ki, çox zaman internet yazışmalarında onların yerinə “sh”, “ch” birləşmələrindən istifadə edilir. Və təklif var ki, bu işarələr bu qədər işləkdirsə, bəlkə elə rəsmiləşdirilsin?


- Düzdür, mən özüm də bəzən “ə” yerinə “e” yazıram, “ç” yerinə “ch” yazıram. Bunu düzgün hesab etmirəm. Bu, artıq mənim problemimdir, millətin, dövlətin problemi deyil. Yəni bu, tənbəlliklə bağlıdır, vərdişlə bağlıdır. “Ə”, “ç”, “ş”-nin problemi deyil. Əlifbada hərflərin ​​dəyişdirilməsi informasiya təhlükəsizliyi, milli təhlükəsizlik məsələsinə gəlib çıxır. Azərbaycanda əlifba bir neçə dəfə dəyişib. Bu gün kitabxanalar ağzına kimi kiril qrafikalı kitablarla doludur. Amma kimə lazımdır? Kimsə “ə”, “ç”, “ş”-ni dəyişəcək deyə internetdə nəhəng informasiya resursları məhv olmalıdır. 12 ildir internetdə nəhəng axtarış  sistemləri öz bazalarını Azərbaycan dilində  tonlarla informasiya ilə doldurublar. Demək, sabah bunlar bir qəpiklik olacaq.

“QARDAŞ, QARŞINIZI KİM ALIR Kİ, ALLAHIN 5 DOLLARLIQ KLAVİATURASINI ÖLKƏYƏ GƏTİRƏSİZ?”

- Bundansa dilçilik institutları İKT sahəsində Azərbaycan dilində terminlər yaratsınlar. Bu sahədə terminlər hələ də dilimizdə oturuşmayıb. Deyirlər yazmaqda problem var, qardaş, kim qarşınızı alır ki, Allahın 5 dollarlıq klaviaturasını Azərbaycan dilində ölkəyə gətirəsiz? Bu qədər milyardı olan ölkədə mobil telefonların düzülüşünə, klaviaturanın Azərbaycan dilində istehsalına nail olmaq boş şeydir. Bu cüzi xərc tələb edir, cüzi xərc. Buna fikir verən yoxdur...
İntervünün tam mətnini buradan əldə etmək olar :
http://www.azadliq.org/content/article/24705360.html



Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Visual Basic-də Azərbaycan dilinin istifadəsi

Visual Basic-də Azərbaycan dilinin istifadəsi

27-04-2009
Şəki veb məktəbindən türkmən, özbək və uyğur dillərində kataloq

Şəki veb məktəbindən türkmən, özbək və uyğur dillərində kataloq

04-08-2010
Azərbaycan dilinə elektron tərcümə problemi

Azərbaycan dilinə elektron tərcümə problemi

10-04-2019
4G-yə keçid nəyi dəyişəcək?

4G-yə keçid nəyi dəyişəcək?

26-05-2012
«Azərbaycanda dövlət provayderlərinin hegemonluğu var»

«Azərbaycanda dövlət provayderlərinin hegemonluğu var»

09-03-2010
Ayfon yoxsa iPhone? - Ekspertlər nə düşünür?

Ayfon yoxsa iPhone? - Ekspertlər nə düşünür?

28-10-2015
“Mobil texnologiyalar daha əlçatan olmalıdır”

“Mobil texnologiyalar daha əlçatan olmalıdır”

04-04-2015
Qeyri-dövlət saytlarının qorunması məsələsində çox boşluq var.

Qeyri-dövlət saytlarının qorunması məsələsində çox boşluq var.

21-06-2012
Ekspert: "Provayderlər internet istifadəçilərinə kələk gəlir"

Ekspert: "Provayderlər internet istifadəçilərinə kələk gəlir"

15-04-2020
"O yerlərdə distant təhsildən, ümumiyyətlə, imtina olunmalıdır" - Osman Gündüz

"O yerlərdə distant təhsildən, ümumiyyətlə, imtina olunmalıdır" - Osman Gündüz

07-09-2020
Azərbaycan yenidən internet kəsintisi ilə üzləşə bilərmi? - VİDEO

Azərbaycan yenidən internet kəsintisi ilə üzləşə bilərmi? - VİDEO

18-11-2015
Türk dilində seriallara qadağa qoyulması

Türk dilində seriallara qadağa qoyulması

07-01-2009
“Provayderlər öz aralarında gizli sövdələşmə aparırlar” - MÜSAHİBƏ

“Provayderlər öz aralarında gizli sövdələşmə aparırlar” - MÜSAHİBƏ

19-12-2008
Beynəlxalq Ana dili Gününə həsr olunan respublika konfransı keçirilir

Beynəlxalq Ana dili Gününə həsr olunan respublika konfransı keçirilir

21-02-2023
Azərbaycanın e-mail servisləri

Azərbaycanın e-mail servisləri

21-10-2010
Bəzi kompüter və telefonlarda saat avtomatik geri çəkiləcək

Bəzi kompüter və telefonlarda saat avtomatik geri çəkiləcək

27-10-2017
Osman Gündüz :  Azərbaycanda informasiya təhlükəsizliyinin qorunması ilə bağlı ciddi problemlər var

Osman Gündüz : Azərbaycanda informasiya təhlükəsizliyinin qorunması ilə bağlı ciddi problemlər var

14-01-2015
Azərbaycanın internet problemi: “Əhalinin yarısı kənddə yaşayır, bunu necə həll edək?”

Azərbaycanın internet problemi: “Əhalinin yarısı kənddə yaşayır, bunu necə həll edək?”

14-01-2021
“Dövlət startaplardan əvvəl təhsilə yatırım etməlidir”

“Dövlət startaplardan əvvəl təhsilə yatırım etməlidir”

19-08-2016
İnternet problemi niyə həllini tapmır - Ekspertdən AÇIQLAMA

İnternet problemi niyə həllini tapmır - Ekspertdən AÇIQLAMA

13-04-2021
Osman Gündüz: Facebook-un bağlanmasından söhbət gedə bilməz

Osman Gündüz: Facebook-un bağlanmasından söhbət gedə bilməz

03-12-2014
“Avropalılar üçün də Facebook xəstəlikdir” – Müsahibə

“Avropalılar üçün də Facebook xəstəlikdir” – Müsahibə

08-01-2015
Osman Gündüz: "Ölkəyə dron gətirməyə icazə məsələsi həll edilməlidir"

Osman Gündüz: "Ölkəyə dron gətirməyə icazə məsələsi həll edilməlidir"

27-01-2022
“Limitin 1000 dollardan 150 dollara qədər endirilməsində maraqlı qüvvələr var”

“Limitin 1000 dollardan 150 dollara qədər endirilməsində maraqlı qüvvələr var”

07-02-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə