7 Fevral tarixində İRƏLİ İctimai Birliyinin Gənclik Mərkəzinin Şuşa zalında “WeBlog” layihəsinin yekun təlimləri keçirilib.
Blogerlərin öhdəsinə düşən əsas vəzifələrə toxunan İRƏLİ İctimai Birliyinin baş katibi Rauf Mərdiyev aşağıdakıları qeyd edib:
" Virtual məkanda milli və dövlətçilik maraqlarının müdafiəsində ən böyük iş məhz sadə istifadəçilərin payına düşür. “İRƏLİ” İnformasiya Texnologiyaları Mərkəzi öz fəaliyyətində hər zaman bu işi ən uğurlu şəkildə həyata keçirə biləcək gənclərin hazırlanmasına önəm vermişdir. Buna misal olaraq “İRƏLİ” İctimai Birliyinin İT sahəsində keçirdiyi “Kompüter savadsızılığına yox deyək”, “ İT Akademiya” və digər layihələri qeyd etmək olar.
Sonra proqramçı, Azeroo şirkətinin rəhbəri Samir Yəhyayev iştirakçılara Bloglar vasitəsilə pul qazanmağın yolları və necə PR edilməsi mövzusunda treninq keçib.
Sonda “İRƏLİ” İnformasiya Texnologiyaları Mərkəzinin Layihələr üzrə koordinatoru İmam Quliyev iştirakçılara bloglarının monitorinqinin ilkin nəticələrini açıqlayıb. Təlimləri uğurla başa vurmuş şəxslərə sonda sertifikat veriləcəyini və ən yaxşı blog yazarları isə xüsusi hədiyyələrlə mükafatlandırılacağını qeyd edib.
Qeyd edək ki, artıq “WeBlog-2” təlimlərinə ərizə qəbulu artıq yekunlaşıb. Bu təlimlərdə yalnız “İRƏLİ” İctimai Birliyinin üzvləri iştirak edəcək
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri