Previous Next
Bağla

Rauf Mərdiyev: “Mən jurnalistikanı bir peşə, blogginqi isə daha çox bir hobbi kimi görürəm”.

04-01-2011 08:01
Rauf Mərdiyev: “Mən jurnalistikanı bir peşə, blogginqi isə daha çox bir hobbi kimi görürəm”.

Müsahibimiz “İRƏLİ” İctimai Birliyinin baş katibi və İnformasiya Texnologiyaları Akademiyası layihəsinin rəhbəri Rauf Mərdiyevdir.

- “İRƏLİ” İctimai Birliyində İnformasiya Texnologiyaları (İT) sahəsində nə kimi yeniliklər gözlənilir?

- Bildiyiniz kimi, “İRƏLİ” İctimai Birliyinin fəaliyyətində prioritet qəbul etdiyi sahələrdən biri də informasiya texnologiyalarıdır. 2005-ci ildən bu istiqamətdə 200-dən artıq irili-xırdalı layihələr həyata keçirmişik. Bunlar əsasən gənclər arasında IT biliklərinin artırılmasına yönəlmiş müxtəlif təlimlər, virtual məkanda Azərbaycan maraqlarının qorunmasına yönəlmiş məlumat bazalarının saytların, bloqların yaradılması, gənc peşəkarlardan ibarət şəbəkələrin yaradılması və s. istiqamətlərdə olub.
Yeniliklərə gəlincə, Azərbaycanda ilk bloq təlimləri 2007-ci ildə “İRƏLİ” İnformasiya Texnologiyalar Departamenti tərəfindən həyata keçirilmişdir. Biz daim bu sahəni diqqətdə saxlamışıq. 2010-cu ildə isə “WeBlog” adlı təlimlərə start verilmişdir. Təlimlər çərçivəsində 35 nəfər gənc bloqinq sahəsində 1 ay boyunca intensiv təlimlər keçir. Onlara bloqin yaradılması və işlədilməsi, onları necə reklam etməli, hətta bloqdan necə pul qazanmağın yolları onlara tədris olunur. Təlimlərin sonunda hər iştirakçının şəxsi bloqu olur və bir ay müddətində həmin bloq təlimçilər tərəfindən yoxlanılır. Təlim zamanı əldə etdiyi bilikləri praktikada düzgün tətbiq şəxslərə isə sertifikat verilir.

- Weblog təlimlərinə bölgələrdən də bloggerlər cəlb olunublarmı?

- Bu layihəyə çox təəsüf ki, bölgələrdən heç kim qatılmayıb. Amma biz layihələrimizdə heç zaman bölgədən olan gənclərimizi yaddan çıxarmırıq. Bəzi layihələrimizin hədəf qrupu kimi məhz bölgələrimizdə yaşayan gənclər müəyyən olunur. Məsələn “Gənc liderlərin şəbəkələşmə bacarığının artırlması” layihəsi çərçivəsində 2010-cu ilin noyabr-dekabr aylarında Azərbaycanın 4 bölgəsində: Şəki, Şirvan, Gəncə və Sumqayıt şəhərlərində treninqlər keçmişik və bu təlimlərin xüsusi bir hissəsi internetdə şəbəkələşməyə ayrılmışdır.

- Ümumiyyətlə, bölgələrdə internet istifadəçilərinin aktivliyi istənilən səviyyədədirmi?

- Ötən illərlə müqayisə etdikdə təbii ki, fəallıq artıb. Bunun bir neçə səbəbi var, internet tariflərinin aşağı endirilməsi, bölgələrdə güzəştli şərtlərlə kompüter əldə etmək imkanının olması, əhalinin məlumatlılıq səviyyəsinin yüksəlməsi və s. Ümumilikdə, bu istiqamətdə inkişaf gedir. Amma nəticəsi hələ ki, bizi tam qane edəcək səviyyədə deyil. Regionlarda ixtisaslı kadr çatışmazlığı var. “İRƏLİ” olaraq daim çalışırıq ki, layihələrimizdə bu problemlərin həllində rol oynayaq. Biz istəyirik ki, insanlara biliklər ötürdükdə onlar bununla kifayətlənməsin özləri də ətraflarındakı insanlara bu məlumatları ötürsünlər. Bu templə davam etsək əminəm ki, regiondakı vətəndaşlarımızın İT biliklərini ən azından şəhər səviyyəsinə gətirib çatdıracağıq.

- Bildiyimiz kimi, sizin də bloqunuz var? Öz bloqunuzu tez-tezmi yeniləyirsiz?

- Mənim bloqum 2007-ci ildən fəaliyyət göstərir. O vaxtlar işim nisbətən az idi və tez-tez yazılar yazırdım. Amma indi boş vaxtımın məhdudluğundan bloquma çox vaxt ayıra bilmirəm. Əsasən çalışıram ki, öz fəaliyyətimizi əhatə edən, aktual məsələləri informasiya agentliklərindən götürüb öz bloqumda yerləşdirim. Amma bəzən də olur ki, hansısa məsələ mənim diqqətimi cəlb edir və məsələyə öz bloqum vasitəsilə münasibət bildirir və bu yazını sosial şəbəkələr vasitəsilə yayıram. Bu çox gözəl ənənədir hər kəsin bloqu olması arzuolunan haldır.

- Daimi oxuduğunuz blog varmı?

- Mən Elnur Aslanovun bloqunu (
http://elnuraslanov.livejournal.com/) oxuyuram. Ceyhun Osmanlının (http://ceyhunosmanli.wordpress.com/) bloqundan xəbərləri izləyirəm. Fərid Novruzinin (http://novruzi.livejournal.com/) bloqunda maraqlı yazılar olur. Bundan başqa informasiya texnologiyaları yeniliklərini barədə xarici bloqlardan məlumat əldə edirəm.

- Sizcə bloggerlərə jurnalist demək olarmı?

- Mən jurnalistikanı bir peşə, bloqqinqi isə daha çox bir hobbi kimi görürəm. İnsan ola bilər jurnalistdir amma blogger deyil və yaxud ola bilər ki, bloggerdi amma jurnalistikaya aidiyyatı yoxdur. Elə bil hal da ola bilər ki, həm jurnalist, həm də bloggerdi və bu ən gözəl haldır – həm jurnalistlər, həm də bloggerlər üçün.


Hacıbəy Heydərli

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
“WeBlog” layihəsinin yekun təlimləri keçirildi

“WeBlog” layihəsinin yekun təlimləri keçirildi

11-02-2011
“İRƏLİ” İctimai Birliyi “WeBlog– 2” adlı blogging təlimlərinə start verir

“İRƏLİ” İctimai Birliyi “WeBlog– 2” adlı blogging təlimlərinə start verir

03-02-2011
Ağdam haqda yeni sayt/blog istifadəyə verilib

Ağdam haqda yeni sayt/blog istifadəyə verilib

23-07-2010
"İrəli" 20 Yanvar faciəsinə həsr olunmuş bloq istifadəyə verib

"İrəli" 20 Yanvar faciəsinə həsr olunmuş bloq istifadəyə verib

19-01-2011
“İRƏLİ” İctimai Birliyi 2010-cu ildə İKT sahəsində bir sıra layihələr həyata keçirəcək

“İRƏLİ” İctimai Birliyi 2010-cu ildə İKT sahəsində bir sıra layihələr həyata keçirəcək

04-12-2009
31 avqust Bloq Günüdür

31 avqust Bloq Günüdür

31-08-2010
Ağdərə haqqında yeni sayt / bloq istifadəyə verildi

Ağdərə haqqında yeni sayt / bloq istifadəyə verildi

09-07-2010
“WeBlog-2” layihəsi start götürdü

“WeBlog-2” layihəsi start götürdü

10-03-2011
“Gənc Liderlərin şəbəkələşmə bacarıqlarının artırılması” layihəsi həyata keçiriləcək

“Gənc Liderlərin şəbəkələşmə bacarıqlarının artırılması” layihəsi həyata keçiriləcək

08-10-2010
Füzuli və Cəbrayıl rayonları haqqında yeni sayt / bloq istifadəyə verildi

Füzuli və Cəbrayıl rayonları haqqında yeni sayt / bloq istifadəyə verildi

23-08-2010
"İrəli" İctimai Birliyi Laçın haqqında yeni sayt/blogu istifadəyə verib

"İrəli" İctimai Birliyi Laçın haqqında yeni sayt/blogu istifadəyə verib

19-05-2010
Razi Nurullayev: “Seçicilərlə görüşlərimi həm bloqumda, həm də facebookda yerləşdirəcəm”.

Razi Nurullayev: “Seçicilərlə görüşlərimi həm bloqumda, həm də facebookda yerləşdirəcəm”.

29-09-2010
WeTwitt adlı mikroblog təlimlərinə start verilir

WeTwitt adlı mikroblog təlimlərinə start verilir

01-06-2011
Samir Əsədli: “Mənim namizəd olduğum dairədə heç 1% insan da internetdən istifadə etmir.”

Samir Əsədli: “Mənim namizəd olduğum dairədə heç 1% insan da internetdən istifadə etmir.”

28-09-2010
Əli Novruzov: “Mənim üçün əsas olan kiminsə jurnalist və ya blogger sayılmasından daha çox ifadə azadlığı məsələsidir”

Əli Novruzov: “Mənim üçün əsas olan kiminsə jurnalist və ya blogger sayılmasından daha çox ifadə azadlığı məsələsidir”

16-10-2010
Xeberler.az-da yeni layihə

Xeberler.az-da yeni layihə

21-06-2010
“İrəli” Zəngilana həsr olunmuş bloqu istifadəyə verib

“İrəli” Zəngilana həsr olunmuş bloqu istifadəyə verib

04-11-2010
Bəxtiyar Hacıyev : “Biz internetdən təbliğat üçün yox, təşkilatlanmaq üçün istifadə edirik”

Bəxtiyar Hacıyev : “Biz internetdən təbliğat üçün yox, təşkilatlanmaq üçün istifadə edirik”

24-10-2010
Sosial şəbəkələrin xəstəlik yaradıcılığı

Sosial şəbəkələrin xəstəlik yaradıcılığı

07-01-2011
Nəsiman Yaqublu: “Mən internetin imkanlarından o qədər də istifadə etmirəm”.

Nəsiman Yaqublu: “Mən internetin imkanlarından o qədər də istifadə etmirəm”.

26-10-2010
“İnformasiya Texnologiyaları Akademiyası” layihəsi çərçivəsində Kürdəmir və Zərdabda yeni təlimlər gerçəkləşdirib

“İnformasiya Texnologiyaları Akademiyası” layihəsi çərçivəsində Kürdəmir və Zərdabda yeni təlimlər gerçəkləşdirib

02-12-2009
Bloqçu nə vaxtdan jurnalist olub?

Bloqçu nə vaxtdan jurnalist olub?

22-09-2010
Qubad İbadoğlu: “Seçkilər ən az 10 il sonra virtual yolla keçirilə bilər”.

Qubad İbadoğlu: “Seçkilər ən az 10 il sonra virtual yolla keçirilə bilər”.

03-11-2010
Aydın Xan Əbilli: «Mən təklif edərdim ki, bizim seçki məcəlləsində dəyişiklik olsun və virtual seçki keçirilsin»

Aydın Xan Əbilli: «Mən təklif edərdim ki, bizim seçki məcəlləsində dəyişiklik olsun və virtual seçki keçirilsin»

24-09-2010





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə