Yeni hədəf Google oldu!

27-02-2015 / 16:17

Ötən il Sony və Microsoft kimi nəhənglərin canını bir xeyli sıxan xaker qrupunun yeni hədəfində Google dayanır.

Sony hack-ları ilə bir müddət əvvəl adını tez-tez eşitdiyimiz Lizard Squad indi də axtarış saytını hədəfə almış vəziyyətdədir. Lizard Squad qrupunun hədəfi Googlenin Vyetnam web saytı olub. Google.com.vn-nin çökməsi bir çox istifadəçiləri əsəbləşdirib. Hücumu Twitter üzərindən eşitdirən Lizard Squad Google-u niyə hədəfləyib mövzusunda hər hansı bir məlumat paylaşmayıb. "DNS zəhərləmə" üsulu ilə reallaşdırdığı hücum saytın qısa bir çevrə xaricində qalmasına səbəb olub.

Saytın bağlı olduğu müddət ərzində sayta daxil olmaq istəyənlər yuxarıdakı ekran ilə qarşılaşdılar. Lizard Squad ötən il Playstation Network və Xbox Live-a hücum etmiş və hücumların Milad zamanı reallaşması tətilini oyun oynayaraq keçirmək istəyənləri hövsələdən çıxarmışdı. Görünür ki, bu qrup hücumlarını dayandırmayacaq.

 

                                                                                                Sevil Rəsulzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə