Google TV'nin Satışı Başladı

14-10-2010 / 11:07

Son zamanlarda texnologiya sevərlərin maraqla gözlədiyi Google TV konsepsiyası nəhayət satışa verildi. İnternet dəstəkli televiziyaları Google infrastrukturu ilə birləşdirən bu texnologiya, ilk olaraq Sony tərəfindən seçildi.

Dünən mətbuat konfransıyla bütün dünyaya tanıdılan bu texnologiya, klaviatura və joypad qarışığı bir pult ilə idarə edilir.

Google TV Nələr Gətirir?

Normal televiziya xüsusiyyətləri xaricində, application (tətbiq) işlətmə qabiliyyətinə də sahib olan Google TV infrastrukturuyla, gündəlik internet funksiyalarını reallaşdırmaq da mümkündür.

Sony bu televiziyaları, normal yayım və Google TV arasında keçiş təmin edə biləcək. Android OS, əməliyyat sisteminə sahib olan Google TV məzmunu standart olaraq Hulu, Twitter, Netflix, YouTube, Pandora kimi video və sosial şəbəkə saytlarını qaynaq olaraq istifadə edəcək.

Xüsusiyyətləri Nədir?

Kabelli yayım ya da peyki istifadə edərək internetdə bağlana bilən Google TV, yayımları yazıb sosial şəbəkələrdə paylaşmağınıza da imkan verir. Televiziyanın digər xüsusiyyəti isə Android üçün hazırlanmış tətbiqləri də dəstəkləməsi.

1080 P və 720 P arasında keçiş imkanı da təmin edən Google TV üçün Sony 24" və 46" arasında dəyişən fərqli modellər hazırladı. Sony Google TVlər 600 ilə 1.400 dollar arasında dəyişən qiymətlərlə ABŞda satışa təqdim edilib.

Hələlik yalnız internetdən alına bilən televiziya bu bazar günü mağazalarda da olacaq.

mənbə weboxu.com


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə