Google-a hər gün sağlamlıqla əlaqədar milyon və bəlkə milyardlarla sual fərqli dillərdə müraciət olunur. Şirkətdən məlumata görə, Google-da edilən hər 20 axtarışdan biri səhiyyə mövzularıyla əlaqədardır və axtarış nəticələrini buna görə yenidən işləyir. Buna görə də həkimlər və klinikalar tərəfindən təsdiqlənən səhiyyə məlumatları Google axtarış nəticələrinə əlavə olunur.
Yeniliklə bərabər, sağlamlıqla əlaqədar tez-tez soruşulan məşhur sualları Google-a yazan istifadəçilər cavablarını birbaşa Google məlumat bazası olan “Knowledge Graph” vasitəsilə nəticələrdə görməyə başlayacaq. Axtarılan xəstəliyin əlamətləri, müalicəsi, yoluxucu olub-olmadığı, hansı yaş qruplarına təsir etdiyi kimi ətraflı məlumatları təqdim edən Google bəzi nəticələrə lisenziyalı tibbi illüstrasiyalar əlavə edəcəyini də söyləyir. Bu məlumatların təsdiqlənməsi və təqdimatı üçün Google və Mayo Clinic həkimləri ilə çalışdığını ifadə edən şirkət bu məlumatları həkimlərdən və web-dəki yüksək keyfiyyətli məzmundan tərtib edir.
Knowledge Graph-ə daxil edilən həkimlərin təsdiq olunmuş məlumatlarını Google gələcəkdə istinad olaraq fərqli tətbiqlər üçün istifadə edə bilər.
Sağlamlıq nəticələri ilk mərhələdə ingiliscə axtarışlar üçün önümüzdəki günlərdə ABŞ-da göstərilməyə başlanır. Google yeniliyi dünyanın fərqli bölgələrində və dillərində də açmağı planlaşdırır.
Sevil Rəsulzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri