Yeni iPhone-lar bu ölkələrdə satışa çıxarıldı-Siyahı

22-09-2017 / 16:50

Bu gündən etibarən yeni təqdim edilmiş iPhone 8 və 8 Plus smartfonları bəzi ölkələrdə satışa çıxarılıb.

Belə ki, bu gündən etibarən Avstraliya, Avstriya, Belçika, Böyük Britaniya, Almaniya, Honkonq, Danimarka, İrlandiya, İspaniya, İtaliya, Kanada, Çin, Lüksemburq, Meksika, Niderland, Yeni Zelandiya, Norveç, BƏƏ, Portuqaliya, Puerto-Riko, Sinqapur, ABŞ, Tayvan, Finlandiya, Fransa, İsveç, İsveçrə və Yaponiyada yeni iPhone-lar satışa çıxarılıb.

Xeberler.az xarici mediaya istindən məlumat verir ki, ABŞ-da iPhone 8 və iPhone 8 Plus 699 və 799 dollardan satışa təqdim edilib.

3 YouTuber yeni iPhone-ların satışını çəkmək üçün sırada gözləyib. Hətta, onlardan 20 yaşlı YouTube bloqeri Mazen Kourouche ilk yeni iPhone alan olub.

Mazen elə ilk videonu çəkdikdən sonra yeni nəsil iPhone-nu geri qaytarıb. O deyib ki, iPhone X smartfonunu alacaq.

ABŞ-ın San-Fransisko şəhərində Apple mağazası qarşısında gözləyən minlərlə müştəri ilə ən çox sifariş alan mağaza olub. Londonda dünən səhər saat 10.00-dan etibarən cihaz bazarda satışa çıxmağa başlayır.

 iPhone X isə  3 noyabrdan satışa çıxarılacaq.

Günel


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə