iPhone 6s və iPhone 6s Plus satışa çıxarıldı

25-09-2015 / 14:45

Məlumat verdiyimiz kimi, Apple şirkəti San Fransiskoda təşkil etdiyi  geniş təqdimatda  iPhone 6S və iPhone 6S Plus modellerini təqdim etdi.

Xeberler.az-ın məlumatına görə, yeni modellər bu gün bazarda satışa  çıxarılıb.

 iPhone 6s və  iPhone 6s Plus bazara təqdim olunması müştərilər tərəfindən maraqla qarşılanıb.

Hər iki model  bu gün Sidney  vaxtı ilə  8:00 -da  ən böyük Apple Store mağazasında satışa təqdim olunub.

Qeyd edək ki, ilkin olaraq bu iPhone-lar  Amerikada satışa təqdim olunub.

 Daha sonra isə  Singapur , Kosta- Rika,  Yeni Zellandiya,  Yaponiya, Hong Kong,  Almaniya, Fransa, Çin ,Kanada , Avstraliya kimi ölkələrin  Apple Store mağazalarında da satışa çıxarılacağı gözlənilir.

Amerikadan 3 saat  sonra isə ilk satışı başlayan  ölkə Yaponiya olub.  

Azərbaycanda isə yeni iPhone-ların satışa oktyabrın 12-dən sonra təqdim olunacağı gözlənilir.

Apple rəsmiləri bildirib ki, yeni modellər müştərilər tərəfindən böyük maraqla qarşılanıb. Hətta bu modelləri ilk almaq istəyənlərdən tez gəlib sıraya düzülənlər də olub. Mağazanın qarşısında geniş müştəri kütləsi olub. 

Satış marketoloqları bildirib ki, yeni iPhone-larda digər Apple tətbiqlərindən daha çox iOS 9 versiyası tərcih olunur. 

 Bu modellərin satış qiyməti isə müqavilə ilə 199, müqaviləsiz 649 dollar olub.

Məltəm Talıbzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə